arteriyalar sözü azərbaycan dilində

arteriyalar

Yazılış

  • arteriyalar • 93.1034%
  • Arteriyalar • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arteriyalar
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Tac arteriyalar
Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır. === Sağ tac arteriya === Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir. === Sol tac arteriya === Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır. a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır. b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var.Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir.Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir. Hər bronxial arteriyanın qida borusunu təmin edən bir qolu var. === Ağciyər arteriyaları ilə müqayisədə === Bronxial arteriyaları ağciyər arteriyaları ilə qarışdırmaq asandır, çünki hər ikisi ağciyərləri qanla təmin edir.
İnterkostal arteriyalar
İnterkostal arteriyalar (qabırğaarası arteriyalarda) deyilir — qabırğalararası boşluq adlanan qabırğalar arasındakı sahəni (“costae”) təmin edən arteriyalar qrupu. Ən yüksək İnterkostal arteriya (yuxarı qabırğaarası arteriya və ya üstün qabırğaarası arteriya) insan bədənində adətən 1-ci və 2-ci arxa qabırğaarası arteriyaları əmələ gətirən, müvafiq interkostal boşluğa qan verən arteriyadır. Adətən körpücükaltı arteriyanın bir qolu olan kostoservikal gövdədən yaranır. Bəzi anatomistlər yuxarı qabırğaarası arteriyanın olmadığını, yalnız yuxarı qabırğaarası damar olduğunu iddia edirlər. == Anatomiyası == İnterkostal arteriya daha kiçik qan damarlarının 3 qrupuna bölünür. 2 qrup öndə, digər qrup isə arxada olur. İnterkostal boşluq 2 qabırğa arasında əmələ gələn bir çuxurdur. Onların hər biri üçün müvafiq arteriyaları olan cəmi 11 boşluq var. İlk 2 qabırğaarası boşluq posterior interkostal arteriya tərəfindən təmin edilir. Bu arteriyalara superior qabırğaarası arteriyalar da deyilir və kostoservikal torakal gövdədən əmələ gəlir.
Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Uşaqlıq arteriyalarının embolizasiyası
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur. == Tarixi == Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hələ 1979-cu ildən doğumdan sonra və uşaqlıqda aparılan əməliyyatlardan sonra meydana çıxan uşaqlıq qanaxmalarının dayandırılması üçün geniş tətbiq olunur. Bu metodika artıq uzun müddətdir ki, əməliyyat ginekologiyasında tətbiq olunmağa başlamış laparoskopik cərrahiyyənin yaranmasından əvvəl tətbiq olunurdu. Bununla belə embolizasiya üsulunu uşaqlıq miomasının müalicəsində tətbiqinə yalnız 90-cı illərin əvvəllərində başlamışdırlar. İlk zamanlar UAE-nı mioektomiya əməliyyatlarında qanaxma riskinin azaldılması üçün əmaliyyat öncəsi hazırlıq metodu olaraq istifadə etməyə başlamışdırlar. Lakin sonra tezliklə müəyyən olunmuşdu ki, embolizasiya edildikdən sonra mioektomiya əməliyyatının aparılmasına ehtiyac qalmırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 •••••••••• 0.17
2012 •••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17
2020 •••••••• 0.13

"arteriyalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arteriyalar nədir? #arteriyalar sözünün mənası #arteriyalar nə deməkdir? #arteriyalar sözünün izahı #arteriyalar sözünün yazılışı #arteriyalar necə yazılır? #arteriyalar sözünün düzgün yazılışı #arteriyalar leksik mənası #arteriyalar sözünün sinonimi #arteriyalar sözünün yaxın mənalı sözlər #arteriyalar sözünün əks mənası #arteriyalar sözünün etimologiyası #arteriyalar sözünün orfoqrafiyası #arteriyalar rusca #arteriyalar inglisça #arteriyalar fransızca #arteriyalar sözünün istifadəsi #sözlük