Ağciyər arteriyası
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır.
Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı.
O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır.
== İstinadlar ==
== Mənbələr ==
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy
Р. Д. Синельников.