arxalıq-çuxa sözü azərbaycan dilində

arxalıq-çuxa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arxalıq-çuxa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur.
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. == Haqqında == Azərbaycanda iki cür - vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Çuxa sultan Təkəli
Çuxa sultan Təkəli – qızılbaş sərkərdəsi, I Şah Təhmasibin vəkili, əmir əl-üməra. == Həyatı == Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi. Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar.

Oxşar sözlər

#arxalıq-çuxa nədir? #arxalıq-çuxa sözünün mənası #arxalıq-çuxa nə deməkdir? #arxalıq-çuxa sözünün izahı #arxalıq-çuxa sözünün yazılışı #arxalıq-çuxa necə yazılır? #arxalıq-çuxa sözünün düzgün yazılışı #arxalıq-çuxa leksik mənası #arxalıq-çuxa sözünün sinonimi #arxalıq-çuxa sözünün yaxın mənalı sözlər #arxalıq-çuxa sözünün əks mənası #arxalıq-çuxa sözünün etimologiyası #arxalıq-çuxa sözünün orfoqrafiyası #arxalıq-çuxa rusca #arxalıq-çuxa inglisça #arxalıq-çuxa fransızca #arxalıq-çuxa sözünün istifadəsi #sözlük