arxeologiyası sözü azərbaycan dilində

arxeologiyası

Yazılış

  • arxeologiyası • 89.3557%
  • Arxeologiyası • 10.6443%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan arxeologiyası
Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. (Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30–50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır). İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır. Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O. H. Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılzadə, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar.
Azərbaycan Arxeologiyası (jurnal)
"Azərbaycan Arxeologiyası" jurnalı — 1999-cu ildə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadədir. Keçən müddətdə jurnalın 12 sayı çapdan çıxmışdır. "Azərbaycan Arxeologiyası" jurnalının əsas vəzifəsi Azərbaycanda arxeologiya elminin yaranma və inkişaf tarixini, nailiyyətlərini və prespektivlərini işıqlandırmağa yönəldilsə də əhatə dairəsi və istiqamətləri daha geniş və çoxsahəlidir. Jurnalın "Tədqiqatlar", "Maraqlı tapıntılar", "Elm tarixi", "Böyük arxeoloji kəşflər" və digər bölmələrində Azərbaycan və dünya arxeologiyasının mühüm problemləri və yenilikləri daim diqqət mərkəzindədir. Dünya arxeologiyasının tanınmış karifeylərinin böyük elmə əhəmiyyət kəsb edən məqalələrinin jurnalda vaxtaşırı çapı "Azərbaycan Arxeologiyasi" jurnalının yüksək elmi nəzəri istiqamətini müəyyən edən xüsusiyyətlərdəndir. Bu baxımdan dünya şöhrətli arxeoloq-alimlər Burxard Brentes, V.M. Masson, V.İ. Sarianidi, R.M. Munçayev və başqalarını jurnalın ayrı-ayrı saylarında çap olunan məqalələri buna əyani misaldır. Dünyanı bürüyən qloballaşma prosesi şəraitində mədəni irsimizin tarixi köklərinin üzə çıxarılması, qorunub saxlanılması və təbliği məsələləri də "Azərbaycan Arxeologiyası" jurnalının diqqət mərkəzində duran məsələlərdəndir. Bununla əlaqədar jurnalın "İşğal olunmuş abidələr" bölməsi ümdə əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı "Azərbaycan Arxeologiyası" jurnalının hər bir sayında düşmən əlində olan abidələr haqqında geniş ictimaiyyətə xəbərdarlıq prinsiplərinə əsaslanan önəmli məlumatlar verilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.37 dəfə / 1 mln.
2002 ••••••••••••••• 3.43
2005 •••••••••••••••••••• 4.72
2006 ••••••••• 2.03
2007 •••••••••• 2.33
2008 •• 0.24
2009 ••••••• 1.60
2010 ••••••••• 2.09
2011 •••••• 1.20
2012 •••••••• 1.72
2013 ••• 0.58
2014 ••• 0.51
2015 ••• 0.68
2016 •••••• 1.21
2017 ••• 0.65
2018 •••• 0.75
2019 •••••••• 1.81
2020 ••••••••••• 2.52

"arxeologiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arxeologiyası nədir? #arxeologiyası sözünün mənası #arxeologiyası nə deməkdir? #arxeologiyası sözünün izahı #arxeologiyası sözünün yazılışı #arxeologiyası necə yazılır? #arxeologiyası sözünün düzgün yazılışı #arxeologiyası leksik mənası #arxeologiyası sözünün sinonimi #arxeologiyası sözünün yaxın mənalı sözlər #arxeologiyası sözünün əks mənası #arxeologiyası sözünün etimologiyası #arxeologiyası sözünün orfoqrafiyası #arxeologiyası rusca #arxeologiyası inglisça #arxeologiyası fransızca #arxeologiyası sözünün istifadəsi #sözlük