arxipelaqı sözü azərbaycan dilində

arxipelaqı

Yazılış

  • arxipelaqı • 97.8022%
  • Arxipelaqı • 2.1978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. == Tarixi == Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Aleksandr arxipelaqı
Aleksandr arxipelaqı (ing. Alexander Archipelago) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Materikdən Linn-Kanal boğazı ilə ayrılır Boğazın yaxınlığında ştatın paytaxtı olan Cuno şəhəri yerləşir. == Tarixi == Arxipelaq rus dənizçiləri tərəfindən 1741-ci ildə kəşf edilir. Ekspedisiyada Vitus Berinq və Aleksey Çirikova iştirak edirdilər. 1809–1867-ci illərdə rus köçmənlərinin inzibati mərkəzi olan Novoarxangelsk (hazırda Sitka) arxipelaqda yerləşirdi. Arxipelaq 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ dölvətinə satılır. Arxipelaq isə rus çarı II Aleksandrın şərəfinə adlandırılır. == Coğrafiyası == Arxipelaqda 1100 ada və qaya parçası vardır, ümumi sahəsi 36,8 km² təşkil edir. Adalar sualtı dağların zirvələrini təşkil edir.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Babuyan arxipelaqı
Babuyan arxipelaqı — Luzon boğazında, Luson adasındn şimalda yerləşən arxipelaq. Luson adasından Babuyan boğazı, Betan adalarından isə Balitanq boğazı ilə ayrılır. Arxipelaqın sahəsi 620 km²-dir. Babuyan axipelaqına daxil olan 5 iri ada: Babuyan adası (100 km²), Dalupuri (50 km²), Kalayan (196 km²), Kamiquin (166 km²), Fuqa adası (100 km²).6 kiçik ada: Barit (3,8 km²), Didikas (0,7 км²), İrao (0,2 km²), Pamoktan (0,3 km²), Panuitan (2,3 km²), Pinon (0,04 km²).İki qaya: Dilayaq (<0,3 km²), Mabaq (0,7 km²).İnzibati cəhətdən Kaqayan vilayətinə daxildir.
Bakı arxipelaqı
Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasındakı Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil adası, Qarasu, Xərə Zirə, Daşlı ada, Kür daşı, Adsız, Qutan Tava, Karvansaray, Xanlar adası, Daş adalar qövsü, Baburi adalara aiddir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adaları və Sualtı ataları tektonik məşəllidir. Böyük Zirə, Daş Zirə və Kiçik Zirə adaları bəzən Bakı körfəzi (buxtası) adaları kimi göstərilir. Bu arxipelaqına daxil adaların heç birində yaşayış məntəqəsi yoxdur. == Flora və Faunası == Xəzər dənizinə xas canlılarıla zəngindir. Dəniz quşlarıdan Qutan, Fitçi cürə, Gümüşü qağayı və Cüllüt kimi quşların adını cəkmək olar. Yeganə məməlisi Xəzər suitisidir. Sularında isə Nərəkimilər üstünlük təşkil edir.
Bismark arxipelaqı
Bismark arxipelaqı (Əvvəllər Yeni Britaniya) — Melaneziya və Sakit okeanda Yeni Qvineyadan şimal-şərqdə yerləşən adalar qrupu. 1616-cı ildə hollandlar V.Sxauten və Y.Lemer tərəfindən kəşf olunmuşdur. 1884-cü ildən Almaniyanın koloniyası olmuş və Bismarkın adı ilə adlandırılmışdır. Papua-Yeni Qvineya dövlətinin bir hissəsidir. İki böyük adadan - Yeni Britaniya və Yeni İrlandiya və bir neçə digər adadan ibarətdir. Sahəsi 49,700 min km²-ə yaxındır. Əhalisi ümumi sayı 218000 nəfər (1966) olan melaneziylər və papuaslardır. Böyük adalarda hündür dağları var. Kiçik adaları vulkan və mərcan mənşəlidir. Arxipelaqın ərazisində kokos palması, banan, şəkər qamışı, tütün, pambıq becərilir.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Habomai arxipelaqı
Habomai arxipelaqı (yap. 歯舞群島) — əslinə qalanda Habomai adı əslində Hokkaydo adasında yerləşən eyni adlı rayonun eyni adlı kəndindən götürülmüşdür. Bu adalar qrupuna ümumilikdə 20 ada daxildir. Onlar arasında Polonski adası, Oskolki adaları, Zelyonı adası, Dyomin adaları, Yuri adası, Anuçin adası, Tanfilev adası sahəsinə görə xüsusi ilə seçilir. Bu qrupun adaları Hokkaydodan Sovet boğazı ilə ayrılır. Adaların ümumi sahəsi km² təşkil edir. == Etimalogiyası və adın istifadəsi == Yaponlara məxsus olan Habomai adı onların işğalından öncə mövcud olmuşdur. Hətta 1959-cu ilin 1 aprelinə qədər burada Hamboi uezdi mövcud idi. Bir ara hətta bu adın rəsmi rus mənbələrində işlədilməsi Saxalin vilayət dumasında qərar qəbul olunur. Onlar hətta bu adın rus kütləvi informasiya mənbələrində səslənməsini və beynəlxalq iki tərəfli müqavilələrdə belə bu adın işlənməsini əsas gətirirdilər.
Haniş arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Juenvil arxipelaqı
Juenvil arxipelaqı (ing. Joinville Island group) — Antarktik yarımadasından şimal-şərqində yerləşir. Yarımadadan Antarktik boğazı ilə ayrılır. Arxipelaqa daxil olan ən böyük ada Juenvildir. Arxipelaq ümumilikdə 5 adadan ibarətdir. Juenvil adasından şimalda Dürvil adası, cənubda isə Dandi adası yerləşir. Dürvil adasından Larsen boğazı ilə ayrılır. Arxipelaqa həmçinin Paulet və Bransfilddir. Arxipelaqın ümumi sahəsi 2124,6 km² təşkil edir. Ada ilk dəfə 1838-ci ildı Jyul Dümon-Dürvil tərəfindən kəşf edilmişdir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. == Coğrafiyası == Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Ligitan arxipelaqı
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo.Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Maldiv arxipelaqı
Maldiv arxipelaqı (mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ) — Hindustan yarımadasından cənub-qərbdə yerləşən ardalar qrupu. Bu adalar qrupunda Maldiv adaları adlı dövlət yerləşir. Ölkənin paytaxtı Male şəhəridir. Arxipelaqın sahəsi 298 km² təşkil edir. 2006-cı ilə olan məlumata görə arrxipelaqda ümumilikdə 298 968 nəfər sakin yaşayır. Atxipelaqın ən böyük şəhəri təbii ki, oaytaxt olan Male şəhəridir. Burada mövcud olan 1196 mərcan adasından yalnız 200 adada yaşayış vardır. Yerdə qalan adalar yaşamsızdır. == Adının etimalogiyası == «Atol» sözü yerli söz olun «Atolu» kimi səslənir.
Malta arxipelaqı
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir. == Coğrafiyası == Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur. Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur.
Moonzund arxipelaqı
Qərbi Estoniya arxipelaqı (est. Lääne-Eesti saarestik) və ya Moonzund arxipelaqı — Baltik dənizində adalar qrupu. == Coğrafiyası == Estoniyanın ərazisindədir. 4 böyük (Saaremaa, Hiyumaa, Muhu, Vormsi) və 500-dən çox kiçik adadan ibarətdir. Sahəsi 4,000 km2, hündürlüyü 54 metrə qədərdir. Ərazisinin çox hissəsi meşələr və çəmənlərlə örtülüdür. Sahillərində qum dünləri var. == İqtisadiyyatı == Balıqçılıq, əkinçilik və heyvandarlıqla məşğul olunur. Mühüm şəhəri Kingiseppdir (Saaremaa adası).
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı — Şimal Buzlu okeanın Kara dənizi akvatoriyasıbfa yerləşən arxipelaq. Arxipelaqın şərqdən qərbə uzunluğu 93 kilometr təşkil edir. Taymır yarımadası sahilində yerləşən Taymır körfəzindən şimal-qərbdə qərarlaşır. Nordenşeld arxipelaqından cənubda Taymır adası qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq öz növbədində 90 irili və xırdalı adalardan ibarətdir. Üstəlik bura bir sıra adalar qrupu daxildir: Vilkinski adaları, Şərq adaları, Litke adaları, Paxtusov adaları, Sivolko adaları. Adalar əsasən vulkanik suxurlardan ibarətdir. Bikti örtüyü zəyifdə olma mövcuddur. Əsasən arktik tundra hakimdir.
Palmera arxipelaqı
Palmera arxipelaqı (ing. Palmer Archipelago) — Antarktik yarımadasından qərbdə yerləşən adalar qrupu. Adalar yarımadadan Jerlaş boğazı ilə ayrılır. Arxipelaqa daxil olan iri adalar: Brabant adası, Anvers adası, Tauer adası, Triniti adası, Hosizn adası, Lej adası və Vinkl adası. Arxipelaqa ümumilildə 13 ada daxildir. == Tarix == Arxipelaq Adrien de Jerlaş tərəfindən adlandırılmışdır (Belçika Antarktika ekspedisiyası rəhbəri (1897—1899)). O, adaları 1821-ci ildə ziyarət etmiş amerikalı dənizçi Nataniel Palmerin şərəfinə adlandırmışdır. Ola bilsin ki, o 1821-ci ilin noyabrında adaları tam şəkildə müşahidə edmişdir. Arxipelaqda çoxlu sayda qütb stansiyaları mövcuddur. Amerikanlara məxsus Palmera stansiyası Anvers adasında, Argentinaya məxsus olan Melixor Qamma adasında, Çiliyə məxsus olan Yelço Doumer adasında yerləşir.
Pataqoniya arxipelaqı
Pataqoniya arxipelaqı (isp. Archipiélago de Patagonia) — Cənubi Amerikanın Sakit Okean sahillərində, Çilinin cənub-qərbində bir sıra adalar qrupunu və minlərlə kiçik ada və qayaları özündə birləşdirən arxipelaq. == Coğrafiyası == Adalar materik məşəllidir. Buradan Sahil Andları keçir. Sahilləri fiordlarla parçalanıb. Bütünlüklə dağlıq relyefə malikdir. Ən hündür nöqtəsi 1341 metr təşkil edir (Santa-İnes a.) Qrupa aşağıdakı arxipelaqlar daxildir: Çiloe arxipelaqı (Archipiélago de Chiloé) Quaitekas arxipelaqı (Guaitecas Archipelago) Çonos arxipelaqı (Chonos Archipelago) Quayaneko arxipelaqı (Guayaneco Archipelago) Kampana arxipelaqı (Campana Archipelago) Marde-de-Dios arxipelaqı (Archipiélago Madre de Dios) Karaleva Adelaida arxipelaqı (Queen Adelaide Archipelago)Ən iri adaları: Çiloe, Vellinqton (ada), Santa-İnes, Maqdalena, Littl Vellinqton, Kampana, Madre-de-Dios. Ən əsas limanı və şəhəri Çiloe adasında yerləşən Ankuddur. İqlimi okeanın təsirinə məruz qaldığından rütubətlidir. İl ərzində 3000 mm yağıntı düşür.
Phiphi arxipelaqı
Phiphi adaları (tay หมู่เกาะพีพี və ya Phi-Phi — Tayland sahillərinə yaxın ərazidə yerləşən, materiklə Phuket adası arasında yerləşir. Krabi vilayətinin tərkib hissəsini təşkil edir. Arxipelaq iki əsas (Phiphi-Don və Pxi-Pxi-Le) və dörd kiçik adalardan ibarətdir. Adalar 2004-cü il Hind okeanı zəlzələsindən güçlü zərər görmüşdür. 2004-cü ilin dekabrında təkcə adalarda 2 000 nəfər həlak olmuşdur (1200 nəfəri itkin düşmüş və bu gündə aşkarlanmamışdır). Arxipelaq Leonardo DiKaprionun çəkildiyi Çimərlik filminə görə məşhurdur. == Adının etimalogiyası == Arxipelaqın adı malay dilindən keçmədir. Orijinallıqda adanın hərfi tələffüzü ‘Pulau Api-Api’ (malay Pulau Api-Api) kimidir. Hərfi tərcümədə isə «Üfürən ada» və ya «Odlu ada» mənasını verir. Böyük ehtimal ki, bu adanın adı ‘Pokok Api-Аpi’ (malay Pokok Api-Api), və ya «Odlu ağaca» kimidur.
Sedov arxipelaqı
Sedov arxipelaqı — Şimal Torpağının qər hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə altı ada və çoxlu sayda adaclqlar daxildir. Oktyabr İnqilabı adasında yarləşən Paris Kommunası yarımadasın cənub-şərqindən 53 kilometr boyunca şimal-qərbə doğru uzanan kiçik adacıqlar qrupun tərkibini təşkil edir. Qrupun ən şərq adası Oktyabr İnqilabı adasından 4,9 kilometr cənub-qərbdə yerləşən ada ondan Şərq boğazı ilə ayrılır. Adalar qrupuna daxil olan adalar (qərbdən şərqə): Qolomyannıy adası — adanın uzunluğu 6 kilometr, eni isə iki kilometrdir. 1954-cü ilin yazından adada Qolomyannıy adası qütb stansiyası fəaliyyət göstərir edir. Sredniy adası ilə qumlu-gilli bərzəxlə birləşir. Bu bərzəxin uzunluğu 1 km, eni isə ən enli yerdə 300 metrdir.
Abşeron və Bakı arxipelaqıları
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları,Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Aleksandr adası (Nordenşeld arxipelaqı)
Aleksandr adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədi ilə yaradılmışdır. == Coğrafiyası == Aleksadr adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Paxtusov adaları qrupuna aiddir. Qrupun ən şimal adasıdır. Adadan 7,5 km şimalda, Lenin boğazının digər sahilində Sikora adası, Sofi adası, 2 km cənubda isə Paxtusov adası yerləşir. Bir qədər qərbdə bir, 1,7 km cənub-qərbdə isə iki adsız ada yerləşir. Rusiyanın materik hissəsi ilə ara məsafəsi 65 km-dir.
Asafovı Qorı arxipelaqı
Asafovı Qorı arxipelaqı və ya Osanovı qorı — Volqanın yatağında, İvanovo vilayəti, yureves şəhərindən 3 km məsafədə yerləşir. adalar Qorskoe su tutarının inşasından sonra meydana gəlmişdir. Uzunluğu 4 km çatan qumlu adalar qarışıq meşələrlə örtülüdür. Adcaların özlərində belə bir neçə göl vardır. Adalarda su-bataqlıq quşları yuvalayır. Bu baxımından Rusiyanın xüsusi qorunan əraziləri siyahısına daxil edilmişdir.. Adın mənşəyi ilə bağlı bir neçə əfsanə vardır. Bu əfanələrin birinə görə bu yüksəkliklərdə Ataman Asafın başçılıq etdiyi Volqa boyunca keçən gəmiləri talan edən quldurların dayanacağının olduğunu iddia edilir.. Adalar məşhur turistik ərazilərdən sayılır.
Bakı arxipelaqı (film, 1971)
Bakı arxipelaqı qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Axundov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Mənzərə filmi Bakı arxipelaqının adaları-Bulla, Duvannı və s. haqqındadır. == Məzmun == Mənzərə filmi Bakı arxipelaqının adaları-Bulla, Duvannı və s. haqqındadır. Eyni zamanda bu yerlərdə adaların əmələ gəlməsi barədə də söhbət gedir.
Kabrera Arxipelaqı Milli Parkı
Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir. Arxipelaq böyük təbii dəyərə malikdir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. == Coğrafiyası == Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2005 ••••••••••••• 0.67
2006 ••••••••• 0.45
2007 •••• 0.21
2008 ••••• 0.24
2009 •••••••••••••••••••• 1.12
2010 ••••••• 0.36
2011 ••••••••••• 0.60
2012 •••••••••• 0.52
2013 ••• 0.15
2015 •••• 0.17
2017 ••• 0.16
2018 ••••••••• 0.45
2019 ••••• 0.28

Oxşar sözlər

#arxipelaqı nədir? #arxipelaqı sözünün mənası #arxipelaqı nə deməkdir? #arxipelaqı sözünün izahı #arxipelaqı sözünün yazılışı #arxipelaqı necə yazılır? #arxipelaqı sözünün düzgün yazılışı #arxipelaqı leksik mənası #arxipelaqı sözünün sinonimi #arxipelaqı sözünün yaxın mənalı sözlər #arxipelaqı sözünün əks mənası #arxipelaqı sözünün etimologiyası #arxipelaqı sözünün orfoqrafiyası #arxipelaqı rusca #arxipelaqı inglisça #arxipelaqı fransızca #arxipelaqı sözünün istifadəsi #sözlük