arxitekturası sözü azərbaycan dilində

arxitekturası

Yazılış

  • arxitekturası • 98.0198%
  • Arxitekturası • 1.5842%
  • arxitekturasI • 0.3960%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterlərin arxitekturası
Müasir kompüterlərin yaradılmasının əsas prinsipləri XX əsrin 40-cı illərində Amerikanın alimləri Con fon Neyman və Bers tərəfindən verilmişdir. Başqa sözlə desək, hələ ki kompüterlər Fon Neyman arxitekturası ilə işləyir. Bu arxitekturaya görə kompüter iki hissədən ibarətdir: mərkəzi və perferiya hissələrindən.Mərkəzi hissə hesab məntiqi qurğusundan (HMQ); idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğularından ibarətdir. Daxili yaddaşlar — operativ yaddaş (RAM); daimi yaddaşdan (ROM) ibarətdir. Müasir kompüterlər HMQ və IQ prosessor adlanan qurğuda birləşir. Perferiya hissəsində xarici yaddaş qurğuları, daxiletmə qurğuları, xaricetmə qurğuları və idarəetmə pultu perferiya qurğularına aiddir. == Kompüterlərin təsnifatı == Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri ölçülərinə, məhsuldarlığına, qiymətinə və element bazasına görə seçilə bilər. Kompüterlər ölçülərinə görə aşağıdakı siniflərə bölünürlər.Çox böyük kompüterlər Böyük kompüterlər Orta kompüterlər Kiçik kompüterlər Mikro kompüterlərSon illərdə böyük kompüterləri Meynfreym adlandırırlar. Mikro kompüterlərin əsas sinfini fərdi kompüterlər təşkil edir.
Mikroprosessorun arxitekturası
Mikroprosessorun arxitekturası onun bir neçə xüsusiyyəti ilə təyin edilir. Bunlardan başlıcası təlimat sistemini təşkil edən təlimatların (əmrlərin) xüsusiyyəti və onların icra mexanizmi ilə bağlıdır. Mikroprosessorların əsasən iki tip arxitekturası mövcuddur: RISC arxitekturası CISC arxitekturasıRISC (Reduced Instruction Set Computer- sadələşdirilmiş təlimat sisteminə malik kompüter) arxitekturası ilk dəfə 1979-cu ildə IBM801 mini-kompüterində gerçəkləşdirildi. Bu arxitektura üç əsas prinsipə söykənir: sistemin mükəmməl kompilyator vasitəsilə yüksək səviyyə proqramlaşdırma dillərini dəstəkləməsi; tamamilə aparat vasitələri ilə icra olunan primitiv təlimatlar toplusundan istifadə; əksər təlimatların prosessor tərəfindən bir taktda icra edilməsinə imkan verən yaddaş və giriş-çıxışın təşkili.İlk RISC arxitekturalı mikroprosessorlar 80-cı illərin əvvəllərində Kaliforniya (Berkli şəhəri) və Stəndford universitetlərində işləndi və hazırlandı. Bu mikroprosessorların müəlliflərinin qarşılarına qoyduqları məqsəd mümkün qədər sadə quruluşa malik daha məhsuldar mikroprosessora nail olmaq idi. Bu məsələnin həllində iki yol var idi. Birinci yol registr faylı tutumunu artırmaqla yaddaşa müraciət sayını azaltmaqdan ibarət idi. Bu prinsipə əsaslanan arxitektura ilk dəfə RISC I mikroprosessorunda istifadə olundu və Berkli arxitekturası adı ilə tanındı. İkinci yolun mahiyyəti kompilyatorun optimallaşdırmasının köməyilə konveyerdə təlimatların ardıcıllığını dəyişməklə mikroprosessor registrlərinin intensiv işini təmin etmək və nəticədə konveyerin boşdayanmalarını aradan qaldırmaqdan ibarət idi. Bu ideya üzərində qurulmuş arxitektura ilk dəfə Stəndford şəhərində işlənib və tətbiq edildiyindən Stəndford arxitekturası adlanır.
Şəbəkə arxitekturası
Şəbəkə arxitekturası (ing. Network architecture) – aparat vasitələri, funksional səviyyələr, interfeyslər və rabitə protokolları da daxil olmaqla kompüter şəbəkəsinin iç quruluşu. Şəbəkə arxitekturaları etibarlı rabitənin qurulması və informasiyanın ötürülməsinə zəmanət verməklə, həm terminoloji, həm də fiziki standartların təmin olunması üçün hazırlanıb. Şəbəkə arxitekturaları arasında bütün dünyada qəbul olunmuş yeddi səviyyəli ISO/OSI modeli və IBM firmasının Systems Network Architecture (SNA) arxitekturası seçilir; Bu və ya başqa şəbəkə arxitekturalarının son məqsədi çeşidli kompüterlərin sərbəst informasiya mübadiləsinə imkan verən rabitə standartlarının yaradılmasıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Computer Network Architects at the US Department of Labor.
Fon Neyman arxitekturası
Fon Neyman arxitekturası (Von Neumann architecture) – mikrokompüterlər də daxil olmaqla adi kompüterlərin konstruksiyasının xarakteristikası. 1945-ci ildə əslən macar olan Amerika alimi Con fon Neyman (John von Neumann) tərəfindən "First Draft of a Report on the EDVAC" hesabatında təklif olunmuşdur. Ancaq Fon Neyman arxitekturasının müəlliflik hüququ ona deyil, həmin dövrdə son dərəcə məxfi olan ENIAC kompüterinin gəlişdiriciləri Con Mauçli (J. Mauchly) və Con Ekkertə (J. Eckert) məxsusdur. Ona görə də çox zaman bu arxitekturanı Mauçli və Ekkertin işlədikləri universitetin adına görə Priston arxitekturası (PRINCETON ARCHITECTURE) adlandırırlar. Fon Neyman arxitekturası kompüterin yaddaşında komandaların və verilənlərin birgə saxlanması prinsipinə əsaslanır. Eyni zamanda, bu yanaşma prosessor modulunun proqram və verilənlərin saxlanması qurğularından fiziki ayrılmasını nəzərdə tutur. Komandaların və verilənlərin bir yaddaşda saxlanmasının bir sıra çatışmazlıqları olduğundan Harvard arxitekturası (HARVARD ARCHITECTURE) meydana çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternetin Arxitekturası Şurası
İnternetin Arxitekturası Şurası və ya qısaca IAB (ing. Internet Architecture Board) – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.54 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••• 0.67
2005 •••• 0.67
2006 ••••••••••••• 2.25
2007 ••••• 0.85
2008 •••••• 0.97
2009 ••••••••••••• 2.24
2010 ••••• 0.73
2011 ••••••• 1.12
2012 •••••••••••••••••••• 3.61
2013 •••••••••• 1.75
2014 •••••• 1.03
2015 ••••••••••••••••• 2.89
2016 ••••••••• 1.56
2017 ••••••• 1.14
2018 •••••••• 1.35
2019 ••••••• 1.25
2020 ••••• 0.80

"arxitekturası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arxitekturası nədir? #arxitekturası sözünün mənası #arxitekturası nə deməkdir? #arxitekturası sözünün izahı #arxitekturası sözünün yazılışı #arxitekturası necə yazılır? #arxitekturası sözünün düzgün yazılışı #arxitekturası leksik mənası #arxitekturası sözünün sinonimi #arxitekturası sözünün yaxın mənalı sözlər #arxitekturası sözünün əks mənası #arxitekturası sözünün etimologiyası #arxitekturası sözünün orfoqrafiyası #arxitekturası rusca #arxitekturası inglisça #arxitekturası fransızca #arxitekturası sözünün istifadəsi #sözlük