Arxivşünaslıq
Arxivşünaslıq — arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan köməkçi tarix elmi.
== Arxiv sənədləri ==
Tarixin ölməz yaddaşı olmaqla keçmiş faktlar və hadisələrin mənbəyidir. Millətin, ölkədə yaşayan müxtəlif xalqların keçmişi kimi unikal dəyərləri qorumaq üçün arxivin yaddaş depoları var. Bu baxımdan arxiv təşkilatlarının və qurumlarının əməkdaşlarının ``Sənədləşmə və arxiv işi`` təlimi istiqamətində ``Rusiyada arxiv tarixi``məsələsi böyük rol oynayır. Bu sahədə çalışan insanlar arxivin xalqın keçmişi, bu günü və sababı üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər.
== Arxivşünaslıq ==
Arxivşünaslıq digər fənnlərlə sıx bağlı olub əhəmiyyətli bir yer tutur.``Rusiyada dövlətçilik tarixi``,``Rusiyada ictimai qurum tarixi``,``Arxeoqrafiya``,Xronologiya`` və s.fənnlər və tarixi mövzular bura daxildir. Rusiyada arxiv işinin tarixini bilmək bizə ölkədəki arxiv işinin təşkili, onun istiqamətləri, funksiyaları və s.haqqda məlumat verir. Qədim dövrlərdən 19-cu əsrədək Rusiyada arxiv işini öyrənməyimiz üçün bu vacib şərtdir.
Arxiv işini öyrənmək məqsədimizi aşağıdakı kimi də təsnif edə bilərik:
Müxtəlif tarixi dövrlərdə arxiv sahəsində biliklərin əldə edilməsi,
Arxiv sahəsində yeniliklərin, arxivlərin tərkibi, strukturu və məzmununun öyrənilməsi,
Arxivlər, onların səbəbləri və nəticələrinin tarixi bilik kimi yenirən formalaşdırılması,
Rusiyada arxiv islahat layihələrinin məzmunu ilə tanışlıq və onların nəticələrinin həyata keçirilməsi,
Arxivlər arasındakı əlaqələrin yoxlanışı, dövlət və cəmiyyətlə bağlılığının aşkar edilməsi.
Bu sahədə intizamlı şəkildə çalışmaq iki cəhətdən vacibdir:konkret tarixi hadisənin ortaya çıxarılması səbəbləri və arxivlərin yaradılması, inkişafı üçün.