ASEA sözü azərbaycan dilində

ASEA

Yazılış

  • ASEA • 60.0000%
  • Asea • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb.4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı. ASEAN'ın ən üst qərar vermə orqanı hər il həyata keçirilən ASEAN dövlət başçıları zirvəsidir.ASEAN ölkələrinin xarici işlər nazirləri də hər il bir dəfə bir yerə gəlir.Bundan başqa əkinçilik və meşəbəyilik, ticarət, enerji, ətraf mühit, maliyyə, sağlamlıq, investisiya, əmək, hüquq, çöl inkişaf, yoxsulluğun azaldılması, telekommunikasiya, beynəlxalq cinayət, nəqliyyat, turizm kimi mövzularda ASEAN ölkələrinin nazirlərinin bir yerə gəldiyi yığıncaqlar təşkil edilməkdədir.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
ASEAN–Yaponiya əlaqələri
ASEAN–Yaponiya əlaqələri — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə Yaponiya arasındakı mövcud olan ikitərəfli əlaqələr. == Tarixi == ASEAN–Yaponiya əlaqələri 1972-ci ildə yaradılmışdır. Münasibətlərinin qurulmasında və inkişafında hər iki tərəfin maraqları vardır. Həmin vaxtlarda Yaponiyanın hökumət nümayəndələri bəyan etmişdilər ki, "Yaponiya əsas diqqəti ASEAN ölkələri ilə sosial-iqtisadi və siyasi sabitliyi qorumağa yönəldəcəkdir." 1976-cı ildə isə Assossiasiya üzvləri Yaponiya ilə münasibətləri daha geniş səviyyədə qurmaq qərarına gəldilər. 1976-cı ilin sonlarında ASEAN-ın Baş katibi Tokiyoya səfər etdi. Bu səfər zamanı gələcəkdə ASEAN–Yaponiya forumunun keçirilməsi qərara alındı. 1977-ci ilin martında Cakartada ilk ASEAN–Yaponiya forumu keçirildi. Nəticədə, XX əsrin 70-ci illərindən başlayaraq Yaponiya ABŞ-dən sonra ASEAN-la iqtisadi əlaqələri olan ikinci dövlətə çevrildi. 1997-ci ildən başlayaraq hər il yapon liderlərinin iştirakı ilə ASEAN+1 (Yaponiya) sammiti keçirilir. Yaponiyanın ASEAN-la daimi əlaqələri hər il keçirilən ASEAN–Yaponiya forumu vasitəsilə də həyata keçirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••••••••••••••••• 1.35

Oxşar sözlər

#asea nədir? #asea sözünün mənası #asea nə deməkdir? #asea sözünün izahı #asea sözünün yazılışı #asea necə yazılır? #asea sözünün düzgün yazılışı #asea leksik mənası #asea sözünün sinonimi #asea sözünün yaxın mənalı sözlər #asea sözünün əks mənası #asea sözünün etimologiyası #asea sözünün orfoqrafiyası #asea rusca #asea inglisça #asea fransızca #asea sözünün istifadəsi #sözlük