asiyalılar sözü azərbaycan dilində

asiyalılar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • asiyalılar • 71.9298%
  • Asiyalılar • 28.0702%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asiyalılar
Asiyalılar — Asiyanın yerli əhalisi, Asiya xalqı. Adətən yerli və ya Asiya mənşəli insanlar kimi istinad edilir. Bu terminə verilən məna ölkədən ölkəyə dəyişir və Şərqi, Mərkəzi, Cənubi, Cənub-Şərqi, Cənub-Qərbi və Şimali Asiyadan olan insanlar və ya yerlilər üçün fərqli ola bilən Asiya etnik qruplarının təsnifatı üçün müxtəlif təriflər təklif olunur. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə asiyayi (آسیایی) adlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asiyalılar ilə əlaqəli mediafayllar var.
Amerikalı asiyalılar
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Asiyalıların Uqandadan qovulması
Asiyaların uqandadan qovulması (ing. Expulsion of Asians from Uganda) — Uqanda prezidenti İdi Amin tərəfindən 1972-ci ilin avqust ayında ölkədə yaşayan Asiya kökənli şəxslərin Uqandadan deportasiya edilməsi barədə qərar qəbul etməsindən sonra baş vermiş proses. 1971-1979-cu ildə Uqandanı vahid güc formasında idarə etmiş və Qərb tərəfindən diktator olaraq qəbul olunan İdi Amin ölkə dəyərlərini və iqtisadiyyatını xilas etmək naminə Uqandadan yaşayan bütün asiya kökənli şəxslərə ölkədən çıxmaq üçün 90 gün vaxt vermişdir. Deportasiya kompaniyası əsasən Hindistandan gəlmiş və ölkədə ticarətlə məşğul olan qucaratlılara şamil olunmuşdur. Ümumiyyətlə, sözügedən qərardan sonra 80 minə yaxın şəxsin ölkədən məcburi çıxmaq məcburiyyətində qaldığı təxmin edilir.Uqandada qalmasına icazə verilən əcnəbilərin bir çoxu mövcud qərardan sonra ölkəni könüllü tərk etməyə üstünlük vermişdir. İdi Amin korrupsiya hallarına qarşı mübarizə və xalqın təhlükəsizliyinin qoruması üçün asiyalıların deportasiya olunmasını zəruri hesab etmiş və bu addımı atması ilə Uqandanı əsil sahiblərinə qaytardığını fikirini müdafiə etmişdir. Deportasiyalar nəticəsində ölkədən çıxmaq məcburiyyətində qalan şəxslərin 27.200 nəfəri keçmiş Böyük Britaniya müstəmləklərinə getmək məcburiyyətində qaldılar. 6.000 nəfər Kanada, 4.500 nəfər Hindistan və 2.500 nəfər mühacir Keniyaya sığınmışdır. Ümumilikdə asiyalılara məxsus olan 5.655 şirkət, təsərrüfat sahəsi, ticarət və iaşə obyektləri onlardan müsadirə olunaraq etnik baxımından yerli olaraq qəbul edilmiş vətəndaşlara paylanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2009 •••••••••• 0.32
2010 ••••••••• 0.27
2011 •••••••• 0.26
2012 •••••• 0.17
2013 ••••••••• 0.29
2014 •••••• 0.17
2017 •••••••••• 0.33
2019 ••••• 0.14

Oxşar sözlər

#asiyalılar nədir? #asiyalılar sözünün mənası #asiyalılar nə deməkdir? #asiyalılar sözünün izahı #asiyalılar sözünün yazılışı #asiyalılar necə yazılır? #asiyalılar sözünün düzgün yazılışı #asiyalılar leksik mənası #asiyalılar sözünün sinonimi #asiyalılar sözünün yaxın mənalı sözlər #asiyalılar sözünün əks mənası #asiyalılar sözünün etimologiyası #asiyalılar sözünün orfoqrafiyası #asiyalılar rusca #asiyalılar inglisça #asiyalılar fransızca #asiyalılar sözünün istifadəsi #sözlük