aspirantura sözü azərbaycan dilində

aspirantura

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aspirantura • 92.6357%
  • Aspirantura • 7.3643%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aspirantura
Aspirantura — ali təhsilli şəxslərin ixtisas səviyyələrinin artırılması, təhsil sisteminin ali təhsildən sonrakı növbəti hissəsi. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işinin aparılması və yekununa görə elmim dərəcənin elmlər namizədi adının verilməsi. Ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin yüksək səviyyəli ali məktəb müəllimləri və elmi işçilərin hazırlanması üçün xüsusi bölməsi. Aspirantura Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişdir. Aspirantura şəbəkəsi indi Rusiya Federasiyası və bir neçə ölkədə qalmaqdadır. Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru ardıcılllığı ilə aparılır. == Аdyunktura, klinik ordinatura == Аdyunktura — ali hərbi məktəblərin aspiranturası. Klinik ordinatura — həkimlərin tibb universitetlərində və tibb elmi-tədqiqat institutlarında elmi ixtisaslarını artırma forması.

aspirantura sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Ali məktəblərdə və ya elmi-tədqiqat idarələrində professormüəllim və elmi kadr hazırlama sistemi; aspirantın keçdiyi elmi hazırlıq. [Şeyda:] …Bitkiçilik institutunda bağçılıq aspiranturasını başa vurmuşam. Ə.Məmmədxanlı. 2. Ali məktəb və ya elmi idarənin aspirant hazırlayan şöbəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / aspirantura
  • 2 lat. aspiro – səy edirəm, yaxınlaşmağa çalışıram 1) ali məktəblərdə və elmi-tədqiqat idarələrində (müəssisələrində) yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması; 2) ali məktəblərdə və ya elmi müəssisələrdə elmin bütün əsas sahələri üzrə həm əyani, həm də qiyabi formada həyata keçirilən, aspirantlar hazırlayan şöbə; 3) ali məktəblərdə və ya elmi-tədqiqat idarələrində professor-müəllim və elmi kadr hazırlama sistemi; aspirantın keçdiyi elmi hazırlıq.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / aspirantura

aspirantura sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. аспирантура (форма подготовки научных и научно-педагогических кадров). Aspiranturaya daxil olmaq поступить в аспирантуру, əyani aspirantura очная аспирантура, qiyabi aspirantura заочная аспирантура

    Azərbaycanca-rusca lüğət / aspirantura

aspirantura sözünün inglis dilinə tərcüməsi

aspirantura sözünün fransız dilinə tərcüməsi

aspirantura sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] аспирантура (1. али мектебра ва я илимдин идарайра профессор, муаллим ва илимдин кадрияр гьазурунун система; 2. али мектеб ва илимдин идарайрин аспирантар гьазурдай хел).

    Azərbaycanca-ləzgicə lüğəti / aspirantura

aspirantura sözünün türk dilinə tərcüməsi

"aspirantura" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aspirantura nədir? #aspirantura sözünün mənası #aspirantura nə deməkdir? #aspirantura sözünün izahı #aspirantura sözünün yazılışı #aspirantura necə yazılır? #aspirantura sözünün düzgün yazılışı #aspirantura leksik mənası #aspirantura sözünün sinonimi #aspirantura sözünün yaxın mənalı sözlər #aspirantura sözünün əks mənası #aspirantura sözünün etimologiyası #aspirantura sözünün orfoqrafiyası #aspirantura rusca #aspirantura inglisça #aspirantura fransızca #aspirantura sözünün istifadəsi #sözlük