assosiasiyalar sözü azərbaycan dilində

assosiasiyalar

Yazılış

  • assosiasiyalar • 81.1983%
  • Assosiasiyalar • 18.8017%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası (ing. European Federation of Psychology Students' Associations və ya qısaca EFPSA) — Avropa üzrə psixologiya assosiasiyaları tələbələrindən ibarət qeyri-hökumət tələbə təşkilatıdır. Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. EFPSA-nın hər il keçirilən ənənəvi və ən böyük tədbiri illik konqresdir. İllik konqresə EFPSA-ya üzv olan 33 ölkədən 400-ə qədər gənc psixoloqlar və professor müəllim heyəti qatılır. Bu günə qədər təxminən 30-dan çox azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib.
Ağır mineral assosiasiyaları
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. "Официальный сайт МФПА" (ingilis).
Ulduz assosiasiyaları
Ulduz assosiasiyaları — XX yüzilliyin ortalarında müşahidələr və onların nəzəri interpretasiyası yolu ilə müəyyən etmişlər ki, O və B siniflərinə məxsus böyük işıqlıqlı ulduzlar dinamik bağlı olan müəyyən qruplar təşkil edirlər. Bunlar ulduz assosiasiyaları adlanır. İki növ ulduz assosiasiyası vardır. Böyük işıqlıqlı isti O və B ulduzları toplanır və belə assosiasiya OB tipli isti assosiasiya adlanır; hər belə assosiasiyafa yüzə qədər O və B siniflərinə məxsus işıqlıqları böyük olan isti ulduzlar vardır. İkinci növ assosiasiyalar T Buğa tipli dəyişənlərdən ibarətdir; belə assosiasiyalar T tipli soyuq assosiasiyalar adlanır. Yerə ən yaxın T assosiasiyalardan biri Orion bürcündədir; bu assosiasiyada 500-dən çox T Buğa tipli ulduz vardır. Ulduz assosiasiyalar da müstəvi altsistemdə yerləşirlər. Ulduz assosiasiyalarda ulduzlar çox cavan olduğundan və assosiasiyalar həm də dayanaqsız olduğundan iki mühüm nəticə söyləmək olar: ulduzəmələgəlmə prosesi Bizim Qalaktikada indi də davam edir və ulduzlar tək-tək deyil, qruplarda - ulduz assosiasiyalarında əmələ gəlirlər.

"assosiasiyalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#assosiasiyalar nədir? #assosiasiyalar sözünün mənası #assosiasiyalar nə deməkdir? #assosiasiyalar sözünün izahı #assosiasiyalar sözünün yazılışı #assosiasiyalar necə yazılır? #assosiasiyalar sözünün düzgün yazılışı #assosiasiyalar leksik mənası #assosiasiyalar sözünün sinonimi #assosiasiyalar sözünün yaxın mənalı sözlər #assosiasiyalar sözünün əks mənası #assosiasiyalar sözünün etimologiyası #assosiasiyalar sözünün orfoqrafiyası #assosiasiyalar rusca #assosiasiyalar inglisça #assosiasiyalar fransızca #assosiasiyalar sözünün istifadəsi #sözlük