Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.