Astrabad sözü azərbaycan dilində

Astrabad

Yazılış

  • Astrabad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Astrabad
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Astrabad bəylərbəyliyi
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər.
Astrabad körfəzi
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir.
Astrabad vilayəti
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi.Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər.1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər. Müvəqqəti olaraq vilayətdə hakimiyyətə sahiblənmiş Saen-xanilərin bu bacarmasının əsas səbəbi həmin zaman effektiv Səfəvi hakimiyyətinin olmaması idi. Onların hakimiyyəti I Abbasın dövrünə qədər davam etdi.
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. == Həyatı == Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. == Məşrutə inqilabı == Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. == Qızların ibtidai məktəbi == Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Səfəvi Astrabadı
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi.Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər.1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər. Müvəqqəti olaraq vilayətdə hakimiyyətə sahiblənmiş Saen-xanilərin bu bacarmasının əsas səbəbi həmin zaman effektiv Səfəvi hakimiyyətinin olmaması idi. Onların hakimiyyəti I Abbasın dövrünə qədər davam etdi.
Mirzə Mehdi xan Astrabadi
Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) — XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688–1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur. == Həyat və fəaliyyəti == Mirzə Mehdi xanın Şah Sultan Hüseynin hakimiyyəti illərində (1696–1722) İsfahanın bağbanbaşısı təyin edilməsi barədə fərmanın surəti mövcuddur. Bu vəzifə sahibi şəhərin dövlət idarələrinin tikintisinə nəzarət edirdi. Mirzə Mehdi xan uzun müddət Səfəvilərin və Nadir şahın sarayı ilə ünsiyyətdə olub. Tarixdən bilirik ki, o, təxminən 1726-cı ildə II Təhmasibin (1722–1732) sarayında münşi vəzifəsini icra edib. İranda fəaliyyət göstərən rus diplomatik nümayəndələri onu dövlət naziri adlandırmışlar. M. M. Astrabadinin geniş biliyinə, istedadına yüksək dəyər verən Nadir şah ona xan titulunu, müasir dövrümüzdə xarici işlər nazirinə uyğun gələn münşi əl-məmalik vəzifəsini vermişdi. 1736-cı ildə taxta çıxdıqdan sonra Nadir şah onu baş vaqiənəvis – sarayın baş tarixçisi vəzifəsinə təyin edir. Mirzə Mehdi xan Səfəvilər dövründə də, Nadirin hakimiyyəti zamanında da ölkədə baş verən bütün əsas siyasi hadisələrdən xəbərdar idi, buna görə də bu vəzifəyə tam uyğun gəlirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2010 •••••••••••• 0.09
2012 ••••••••••• 0.09

Oxşar sözlər

#astrabad nədir? #astrabad sözünün mənası #astrabad nə deməkdir? #astrabad sözünün izahı #astrabad sözünün yazılışı #astrabad necə yazılır? #astrabad sözünün düzgün yazılışı #astrabad leksik mənası #astrabad sözünün sinonimi #astrabad sözünün yaxın mənalı sözlər #astrabad sözünün əks mənası #astrabad sözünün etimologiyası #astrabad sözünün orfoqrafiyası #astrabad rusca #astrabad inglisça #astrabad fransızca #astrabad sözünün istifadəsi #sözlük