Astrabadi sözü azərbaycan dilində

Astrabadi

Yazılış

  • Astrabadi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. == Həyatı == Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. == Məşrutə inqilabı == Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. == Qızların ibtidai məktəbi == Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Mirzə Mehdi xan Astrabadi
Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) — XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688–1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur. == Həyat və fəaliyyəti == Mirzə Mehdi xanın Şah Sultan Hüseynin hakimiyyəti illərində (1696–1722) İsfahanın bağbanbaşısı təyin edilməsi barədə fərmanın surəti mövcuddur. Bu vəzifə sahibi şəhərin dövlət idarələrinin tikintisinə nəzarət edirdi. Mirzə Mehdi xan uzun müddət Səfəvilərin və Nadir şahın sarayı ilə ünsiyyətdə olub. Tarixdən bilirik ki, o, təxminən 1726-cı ildə II Təhmasibin (1722–1732) sarayında münşi vəzifəsini icra edib. İranda fəaliyyət göstərən rus diplomatik nümayəndələri onu dövlət naziri adlandırmışlar. M. M. Astrabadinin geniş biliyinə, istedadına yüksək dəyər verən Nadir şah ona xan titulunu, müasir dövrümüzdə xarici işlər nazirinə uyğun gələn münşi əl-məmalik vəzifəsini vermişdi. 1736-cı ildə taxta çıxdıqdan sonra Nadir şah onu baş vaqiənəvis – sarayın baş tarixçisi vəzifəsinə təyin edir. Mirzə Mehdi xan Səfəvilər dövründə də, Nadirin hakimiyyəti zamanında da ölkədə baş verən bütün əsas siyasi hadisələrdən xəbərdar idi, buna görə də bu vəzifəyə tam uyğun gəlirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.14
2020 •••••••••••••••••••• 0.13
#astrabadi nədir? #astrabadi sözünün mənası #astrabadi nə deməkdir? #astrabadi sözünün izahı #astrabadi sözünün yazılışı #astrabadi necə yazılır? #astrabadi sözünün düzgün yazılışı #astrabadi leksik mənası #astrabadi sözünün sinonimi #astrabadi sözünün yaxın mənalı sözlər #astrabadi sözünün əks mənası #astrabadi sözünün etimologiyası #astrabadi sözünün orfoqrafiyası #astrabadi rusca #astrabadi inglisça #astrabadi fransızca #astrabadi sözünün istifadəsi #sözlük