astrofizik sözü azərbaycan dilində

astrofizik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • astrofizik • 76.4706%
  • Astrofizik • 23.5294%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nadir İbrahimov (astrofizik)
Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932, Quba, Azərbaycan SSR, SSRİ – 1 yanvar 1977, Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nəaliyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir.1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır. == Həyatı == === Erkən illəri === Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü. === Elmi tədqiqatları === Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.1968-ci ildə "Bakinski raboçi" qəzetində Baba kişi ilə onun sənəti haqqında dərc olunan müsahibədə ailəsi barədə suala fəxrlə belə cavab verir: "Oğlum Nadiri kim tanımır? O, Şamaxıda ulduzları öyrənir".O, əvvəlcə kiçik teleskoplarla Marsın tam diskinin parlaqlığının dəyişməsini öyrənmiş və bu müşahidələr əsasında planetin atmosferinin bir neçə optik parametrini təyin etmişdir.
Rəhim Hüseynov (astrofizik)
Rəhim Hüseynov (tam adı: Rəhim Əyyub oğlu Hüseynov; d. 9 sentyabr 1924, Şuşa, Azərbaycan SSR, SSRİ – ö. 21 avqust 2012) — tanınmış azərbaycanlı alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, əməkdar müəllim, professor. == Həyatı == Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından XX əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm orta, həm də ali təhsili almaq üçün, sözün həqiqi mənasında, böyük çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Sabir Məmmədov (astrofizik)
Sabir Məmmədov (25 fevral 1933, Kirəç Muğanlı, Marneuli rayonu) — astrofizik. == Həyatı == Məmmədov Sabir Həsən oğlu 25 fevral 1933 –cü ildə Gürcüstan respublikası Borçalı mahalının Kirəç-Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universitetinin) fizika –riyaziyyat faultəsinin fizika bölməsinə daxil olmuşdur. Ali məktəbi 1956-cı ildə bitirmiş və Şamaxı Astrofizika Rəsədxanasında əmək fəaliyyətinə başlamışdır. 1959-1962-cı illədə Pulkovo Rəsədxanasında aspiranturada oumuş və 1962- ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvu professor V.A. Kratın rəhbərliyi altında “Zəif xromosfer alışmaları” mövusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2008-ci ildə “ Günəş atmosferində dinamik proseslər” mövzusunda dissertasiya müdafiə etmiş və fizika- riyaziyyat elmləri doktoru elmi dərəcəi almışdır. 1972-ci ildə keçmiş SSRİ-nin Ali Attestasiya Komissiysının qərarı ilə ona Baş Elmi İşçi elmi adı diplomu verilmişdir. Əsas elmi işləri Günəşin fəal üzvlərinin tədqiqinə həsr edilib: xromosfer alışmaları, spikullar, protuberanslar, tac protuberansları, Günəş tacında yayılan maqnitoakustik dalğaları. Günəş müşahidəsinin yeni üsulunu vermişdir. Bu üsul “Məmmədov üsulu” adlandırılmış və Moskvada dərc edilmiş ali məktəblər üçün dərslik “ Курс астрофизики и звездной астрономии” kitabında geniş şərh edilmişdir.
AMEA Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435-1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150-180-ə çatır . == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Astrofizika
Astrofizika (q.yun. ἀστήρ – "ulduz" və φυσικά – "təbiət") — Astronomik obyektlərin yerləşməsini və hərəkətini yox, təbiətini öyrənən elm sahəsidir və Astronomiyanın bir qoludur. Astrofizika, əslində müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölmələrindən biri hesab edilir və kosmokimya ilə birgə ulduzların, kometlərin, dumanlıqların, planetlərin fiziki və kimyəvi tərkiblərini də öyrənir. Fotometrik və fotoqrafik araşdırmaları bəzən astrofotoqrafiya və astrofotometriya terminləri ilə də ifadə edirlər. Astrofizikanı bəzən nəzəri olaraq 2 hissəyə bölürlər: praktik astrofizika nəzəri astrofizikaPraktiki astrofizikada astrofizika texnikası nəzəriyyəsi, bu texnikadan istifadə metodikası, alınan müşahidə materiallarının işlədilməsi metodikası, radioelektronika, hesablama texnikasının avtomatlaşdırılması və s. problemləri öyrənilir. Nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi, bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir. Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur. Onlardan radioastronomiya, qamma və rentgen astronomiya, ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar. Astrofizikanı Fiziki astronomiya ilə səhv salmaq olmaz.
Batabat Astrofizika Rəsədxanası
Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır. == Haqqında == Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb. Binanın günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb. Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər. Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435-1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150-180-ə çatır . == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Şamaxı Astrofizika Rəsədxanası

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2009 ••••• 0.16
2010 •••••••• 0.27
2011 ••••• 0.17
2012 •••••••• 0.26
2013 ••••••••• 0.29
2014 ••••• 0.17
2015 ••••• 0.17
2016 •••••••••••••••••••• 0.69
2018 ••••••••• 0.30

astrofizik sözünün leksik mənası və izahı

astrofizik sözünün rus dilinə tərcüməsi

astrofizik sözünün inglis dilinə tərcüməsi

astrofizik sözünün fransız dilinə tərcüməsi

"astrofizik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#astrofizik nədir? #astrofizik sözünün mənası #astrofizik nə deməkdir? #astrofizik sözünün izahı #astrofizik sözünün yazılışı #astrofizik necə yazılır? #astrofizik sözünün düzgün yazılışı #astrofizik leksik mənası #astrofizik sözünün sinonimi #astrofizik sözünün yaxın mənalı sözlər #astrofizik sözünün əks mənası #astrofizik sözünün etimologiyası #astrofizik sözünün orfoqrafiyası #astrofizik rusca #astrofizik inglisça #astrofizik fransızca #astrofizik sözünün istifadəsi #sözlük