astrofotometr sözü azərbaycan dilində

astrofotometr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • astrofotometr • 66.6667%
  • Astrofotometr • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Astrofotometr
Astrofotometr — Göy cisimlərinin parlaqlığını və ya parıltısını, yaxud onlardan gələn işıq selini bir-biri ilə və süni işıq mənbəyi ilə müqayisəli ölçən fotometr. Vizual Astrofotometrdən və elektrofotometrlərdən istifadə edilir. XIX əsrin 30–40-cı illərindən tətbiq olunan vizual astrofotometr öyrənilən obyektin parlaqlığının etalonla müqayisəsinə əsaslanırdı. Etalon kimi süni işıq mənbəyi və ya parıltısı dəyişməz olan ulduz götürülür. Astrofotometrin müşahidə sahəsinə optiki daxil edilən etalon eyni zamanda tədqiq olunan obyektlə birlikdə görünür. Müqayisə iki obyektdən daha parlağının zəifləməsini ölçməklə aparılırdı. 1861-ci ildə alman astronomu Fredrik Sölnerin ixtira etdiyi polyarlaşmış astrofotometr daha çox yayılmışdı. İki işıq mənbəyinin bərabərliyinin qiymətləndirilməsində vizual astrofotometr yüksək dəqiqlik göstərmirdi: nöqtəvi cismlərin ölçülməsindəki xətalar 5–10%-ə çatırdı. XX əsrin 30-cu illərində vizual astrofotometri daha həssas elektrofotometrlər əvəz etdi. Ulduz elektrofotometri ilə öyrənilən obyektdən və etalondan gələn işıq selinə foto elementin və ya foto elektron artırıcısının fotokatodunun reaksiyası ölçülür.

astrofotometr sözünün rus dilinə tərcüməsi

"astrofotometr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#astrofotometr nədir? #astrofotometr sözünün mənası #astrofotometr nə deməkdir? #astrofotometr sözünün izahı #astrofotometr sözünün yazılışı #astrofotometr necə yazılır? #astrofotometr sözünün düzgün yazılışı #astrofotometr leksik mənası #astrofotometr sözünün sinonimi #astrofotometr sözünün yaxın mənalı sözlər #astrofotometr sözünün əks mənası #astrofotometr sözünün etimologiyası #astrofotometr sözünün orfoqrafiyası #astrofotometr rusca #astrofotometr inglisça #astrofotometr fransızca #astrofotometr sözünün istifadəsi #sözlük