Ataməli sözü azərbaycan dilində

Ataməli

Yazılış

  • Ataməli • 94.7368%
  • ataməli • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ataməli Musaoğlu
Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Şövkətxanım Ataməliyeva
Şövkətxanım Ataməliyeva – əməkdar həkim. == Həyatı və Fəaliyyəti == Şövkətxanım Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. İlk əvvəl təyinatla Ordubada göndərilib. 5 il orada fəaliyyət göstərəndən sonra 1953-cü ildə Bakıya qayıtmış, aviasiya tibb xidməti sahəsində çalışmağa başlamışdır. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib və ömrünün sonuna qədər bu sahədə çalışıb. Şövkətxanım xanım 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Həmçinin fəaliyyətinə görə o, "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı, eləcə də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatları ilə təltif olunmuşdur. 2 övladı, 2 nəvəsi və 3 nəticəsi vardır.. Şövkətxanım Ataməliyeva 30 mart 2017-ci ildə 92 yaşında Bakı şəhərində vəfat edib.
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Cüveyni Ələddin (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2014 ••••••• 0.17
2015 •••••••••••••••••••• 0.51
2016 ••••••• 0.17
2018 •••••• 0.15

ataməli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

atam Əli; ataya bənzəyən Əli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#ataməli nədir? #ataməli sözünün mənası #ataməli nə deməkdir? #ataməli sözünün izahı #ataməli sözünün yazılışı #ataməli necə yazılır? #ataməli sözünün düzgün yazılışı #ataməli leksik mənası #ataməli sözünün sinonimi #ataməli sözünün yaxın mənalı sözlər #ataməli sözünün əks mənası #ataməli sözünün etimologiyası #ataməli sözünün orfoqrafiyası #ataməli rusca #ataməli inglisça #ataməli fransızca #ataməli sözünün istifadəsi #sözlük