Ataulla sözü azərbaycan dilində

Ataulla

Yazılış

  • Ataulla • 92.3077%
  • ataulla • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala ili) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.
Mehmed Ataullah Əfəndi
Mehmed Ataullah Əfəndi (v. 2 avqust 1715, Bolu) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Qazı Əyyubi İbrahim Əfəndinin oğludur. Doğum tarixi və təhsili haqqında yetərli məlumat yoxdur. Mədrəsə təhsilini tamamladıqdan sonra dövrün şeyxülislamı Minkarizadə Yəhya Əfəndidən dərslər aldı. Eyni zamanda şeyxülislamın məktubçusu olaraq da xidmət etmişdir. 1667-ci ildə Molla Krımi mədrəsəsinə müdərris olaraq təyin edildi və 1685-ci ilədək fərqli mədrəsələrdə dərs verdi. Dərin din bilgisi səbəbilə fərqli vaxtlarda 3 dəfə fətva əminliyinə gətirilmişdir. Eyni zamanda 1686-cı ildə Yenişəhər, 1690-cı ildə Dəməşq və 1695-ci ildə İstanbul qazısı təyin edildi. 1702-ci ildə Anadolu başqazısı, 1706 və 1712-ci illərdə isə iki dəfə Rumeli başqazısı seçildi.
Nelli Ataullayeva
Nelli Xayrullayevna Ataullayeva (20 mart 1931, Daşkənd – 26 iyul 1974, Daşkənd) — Özbəkistan aktrisası, sənədli film rejissoru, Özbəkistan SSR-in əməkdar artisti, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü. Özbək aktrisasıdır. 43 yaşında ağciyər xərçəngindən vəfat edib. Görüş (film, 1955) История жизни Нелли Атауллаевой из фильма "Göruş" Narkotikin gətirdiyi son: "Görüş" filminin "Lala"sı necə öldü?
Şərifzadə Ataullah Mehmed Əfəndi
Şərifzadə Ataullah Mehmed Əfəndi (1760, Konstantinopol – 14 oktyabr 1811, Aydın) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Şərif Əfəndi özü kimi şeyxülislam olmuşdur. Atasına istinadən "Şərifzadə", axsaqlığı səbəbilə isə "Topal" ləqəbiylə tanınan Ataullah Əfəndi 1760-cı ildə İstanbulda dünyaya gəlmişdir. Atası Mehmed Şərif Əfəndi I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuşdur. Atasının və ətrafındakı digər alimlərin yanında başlayan təhsilini daha sonra Tokatlı Mustafa Əfəndidən tamamlayaraq gənc yaşda müdərris oldu. Qısa zamanda yüksələrək 1782-ci ildə Qalata, 1792-ci ildə Məkkə qazılığına təyin edildi. 2 il sonra İstanbul qazılığına və naqibüləşraflığa yüksəldi. 1801-ci ildə payə olaraq aldığı Rumeli başqazılığı vəzifəsində yalnız 1804-cü ildə fəaliyyətə başlaya bildi. Siyasi vəziyyətin gərgin olduğu bu illərdə köklü bir ailəyə mənsub olması, mükəmməl təhsil alması və mühafizəkar yönümlü olması səbəb göstərilərək Sultan Səlim tərəfindən şeyxülislamlığa gətirildi (14 noyabr 1806). Bu ilk şeyxülislamlığı dönəmində baş verən siyasi hadisələrin mərkəzində yer aldı.

ataulla sözünün leksik mənası və izahı

Oxşar sözlər

#ataulla nədir? #ataulla sözünün mənası #ataulla nə deməkdir? #ataulla sözünün izahı #ataulla sözünün yazılışı #ataulla necə yazılır? #ataulla sözünün düzgün yazılışı #ataulla leksik mənası #ataulla sözünün sinonimi #ataulla sözünün yaxın mənalı sözlər #ataulla sözünün əks mənası #ataulla sözünün etimologiyası #ataulla sözünün orfoqrafiyası #ataulla rusca #ataulla inglisça #ataulla fransızca #ataulla sözünün istifadəsi #sözlük