aterin sözü azərbaycan dilində

aterin

Yazılış

  • aterin • 50.0000%
  • Aterin • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Aterinkimilər
Aterinkimilər (lat. Atheriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Aterina Xəzər dənizinin hər yerində yayılmışdır. Onlar əsasən dənizin sahil zonasında, az duzlu və şirinsu qatında, sürü halında yaşayırlar. Aterinaların səciyyəvi əlamətləri: - İri dişli ağızın, çox iri gözlərin bədən boyu, gümüşü zolağın olmasıdır.Aterinalar çox da böyük olmayan balıqlardır. Bədən uzunluğu 6-13 sm, kütləsi 2,7 - 13,5 q olur. 2-3 yaşında cinsi yetişkənliyə çatır. Suda temperatur 10-12°C olduqda kürü verməyə başlayır və bu proses bütün yay aylarında davam edir. Kürülərin səthində sap şəkilli çıxıntılar vardır ki, onların köməyi ilə otlara yapışır, Uzunluğu 4-12 sm olan aterina orta hesabla 360 ədəd kürü verir. Aterina pelagik balıqdır, dənizdə fəsillər üzrə yerdəyişməsi zəif öyrənilmişdir.
Aterinlər
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Aterinlər (fəsilə)
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Xəzər aterini
Xəzər aterini (lat. Atherina caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinin aterin cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin hər yerində yayılmışdır. Sara yarmadası, Böyük Qızılağac körfəsi, Kür dili rayonlarında üstünlük təşkil edir. Kürün mənsəbində, az miqdarda Kiçik körfəzdə, Qumbaşı çayında, Lənkəran çaylarında, Uzbay vadisi göllərində, duzluluğu 60 %-ə çatan Kaydak körfəzində qeydə alınır. == Morfoloji əlamətləri == D VIII,1 10–15, A 11–16, qəlsəmə dişiciklərinin sayı 19–26, orta hesabla 22–23, fəqərələrinin sayı 44–48 olur. Yan xətti yoxdur. Bədəninin yanları boyu gümüşü rəngdə zolaq uzanır. Qarnı girdələşmiş şəkildədir. Ağzı böyükdü və ucda yerləşir.

Oxşar sözlər

#aterin nədir? #aterin sözünün mənası #aterin nə deməkdir? #aterin sözünün izahı #aterin sözünün yazılışı #aterin necə yazılır? #aterin sözünün düzgün yazılışı #aterin leksik mənası #aterin sözünün sinonimi #aterin sözünün yaxın mənalı sözlər #aterin sözünün əks mənası #aterin sözünün etimologiyası #aterin sözünün orfoqrafiyası #aterin rusca #aterin inglisça #aterin fransızca #aterin sözünün istifadəsi #sözlük