ATM sözü azərbaycan dilində

ATM

Yazılış

  • ATM • 95.7130%
  • atm • 2.7959%
  • Atm • 1.3048%
  • AtM • 0.1864%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ATM
ATM (ing. asynchronous transfer mode — verilənlərin ötürülməsinin asinxron vasitəsi) Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu uyğunlaşmanı müəyyən dərəcədə yerinə yetirən ATM texnologiyası aşağıdakı şərtləri yerinə yetirir: lokal şəbəkə və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu; hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək; tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün giqabit/san sürətə malik iyerarxik sistemin olması. == ATM texnologiyasının üstünlükləri == Burada ən çətin məsələ eyni əlaqə kanalı və eyni kommunikasiya avadanlıqları istifadə etməklə kompüter və multimedia trafiklərini eyni vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyilə həyata keçirilir. ATM texnologiyasında müxtəlif təbiətli paketlər - kompüter, telefon və ya videokanal paketləri çox kiçik ölçülü paketlərə bölünərək sistemin girişinə daxil olur. Paketlərin uzunluğu 53 bayt olur, bunlardan 5 bayt başlığın uzunluğu, 48 bayt isə verilənlər olur. Belə ATM paketləri cell oyuqları adlanır. Bu paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun az vaxt ərzində ötürülməsinə imkan yaradır ki, bunun da bir az gecikməsi ötürmə tempinin aşağı düşməsinə səbəb olmur.
ATM (Bank)
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
ATMOS 2000
ATMOS 2000 (avtonom olaraq yük maşınına quraşdırılmış haubitsa sistemi) İsrailin hərbi məhsullar istehsal edən Soltam Systems şirkəti tərəfindən istehsal olunan 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemidir. == Təyinatı == Azərbaycan Ordusunun artilleriya hissələrində məhdud sayda mövcud olan, standart versiyada 6x6 çəkimli TATRA T815 VVN 6X6 şassisi bazasında hazırlanan İsrailin ATMOS 2000 özüyeriyən artilleriya qurğusu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikası və canlı qüvvəsini, idarəetmə bölmələrini və təminat məntəqələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq, habelə mina sahələrində və digər səhra maneələrində keçidləri təmin etmək üçün hazırlananan artilleriya sistemidir. == İstehsalçı == Əvvəlcə bu artilleriya sisteminin inkişafı “Soltam” tərəfindən həyata keçirilirmişdir. ATMOS 2000 ilk növbədə ixracyönümlü sistem olaraq hazırlandı, yalnız 2006-cı ildə İsrail ordusu tərəfindən onun sınaqlarına başlandı. 2010-cu ildən isə sonradan bu şirkət İsrailin “Elbit Sistems” kompaniyasının tərkibinə daxil oldu. Bu isə sonuncunu artilleriya sistemlərinin məşhur ixracatçılarından birinə çevirdi. “Soltam” indi də “Elbit Sistems” kompaniyasının tərkibində müasir tipli müxtəlif çaplı artilleriya silahlarının geniş assortimentinin layihələndirilməsini, hazırlanmasını və istehsalını həyata keçirir. Sistemlər bütün standart NATO döyüş sursatlarından istifadə edə bilir. Müştərilərin tələblərini ödəmək üçün “Soltam” artilleriya sistemləri atəşi idarəetmə sistemi, sürət RLS-i, ətalətli naviqasiya və hədəf aşkarlama sistemi və s. ilə təchiz edilir.
ATMU
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. == Tarixi == === Azərbaycan Turizm İnstitutu === Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. == Rektorlar == Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Atmilçək qaş səhləbi

Atmiyan-i Süfla (Sərab)
Atmiyan-i Süfla (fars. تميان سفلي‎) və ya Aşağı Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Atmiyan-i Vüsta (Sərab)
Atmiyan-i Vüsta (fars. اتمیان وسطی‎) və ya Orta Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə).
Atmofil elementlər
Atmofil elementlər - atmosferdə sərbəst və ya davamlı birləşmələr şəklində toplanan yüksək uçuculuq qabiliyyətli və atom çəkisi böyük olan kimyəvi elementlər. Atmofil elementlər içərisində xarici elektron örtüyündə 8 elektron olan atomlar (nəcib, inert qazlar) üstünlük təşkil edir. Bunlardan başqa, atmofil elementlər N (aşağı temperaturda), H, həmçinin Cl, Br və I aid edilir. Litosferin əsas hissəsini təşkil edən oksigen atmosferdə qeyri-sabit olub yalnız fotosintez və suyun fotolizi ilə tənzimlənir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Atmosfer
Atmosfer — ətrafında bir cazibə qüvvəsi ilə tutulmuş bir göy cisminin qaz zərfi. Atmosferlə planetlərarası məkan arasında kəskin bir sərhəd olmadığından, atmosfer ümumiyyətlə qaz mühitinin özü ilə birlikdə döndüyü bir səma cisminin ətrafındakı bölgə hesab olunur. Əsasən qazlardan (qaz planetlərindən) ibarət olan bəzi planetlərin atmosferinin qalınlığı çox böyük ola bilər. Yer atmosferində əksər canlı orqanizmlərin tənəffüs üçün istifadə etdiyi oksigen və fotosintez zamanı bitkilər və siyanobakteriyalar tərəfindən istehlak edilən karbon dioksid var. Atmosfer həm də planetin qoruyucu təbəqəsidir, sakinlərini günəş ultrabənövşəyi radiasiyadan və meteoritlərdən qoruyur. Bütün nəhəng cisimlərdə - qaz nəhənglərində və əksər yer planetlərində (Günəş sistemində - Merkuri istisna olmaqla) bir atmosfer var. == Etimologiya == "Atmosfer" sözü yunanca "ἀτμός" — «buxar» və "σφαῖρα" — «sfera» sözlərindən əmələ gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə kürəhava (کورهاوا) adlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Atmosfer // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Atmosfer cəbhələri
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur.Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana,həm də biri digərinin üzərində yerləşərək hərəkət edir.Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir.Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur.Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür.Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq,isti və soyuq atmosfer cəbhəsi ayrılır.İsti hava kütləsi daha fəal hərəkət edib,soyuq hava kütləsini geri çəkilməyə məcbur edirsə,bu kütlələr arasında cəbhə İsti cəbhə adlanır.İsti cəbhə zolağında lələkli,lələkli-laylı,yüksək laylı,laylı yağışlı buludlar əmələ gəlir və yağıntı düşür. Soyuq hava kütləsi daha fəal olub isti hava kütləsinə doğru hərəkət edib onu sıxışdırarsa,bu kütlələr arasında yaranan atmosfer cəbhəsi Soyuq cəbhə adlanır.Soyuq cəbhədə lələkili-laylı,yüksək laylı,laylı yağışlı və yüksək topa buludlar sistemi yaranır,küləyin güclənməsi və yağıntıların düşməsi müşahidə edilir.Atmosfer cəbhəsinin tipindən asılı olmayaraq cəbhə zolağında baş verən proseslərə cəbhə prosesləri deyilir.Hava kütlələrinin əsas coğrafi tiplərini bir-birindən ayıran səthəplanetar cəbhə zonası və ya 'iqlim cəbhəsi deyilir. Planetar cəbhə zonaları aşağıdakılardır: Arktika ('Antarktida) cəbhələri Arktika (Antarktika) havası ilə mülayim enliklər havasını ayıraraq təxminən 65° şm.və c.e. yaxınlığında yerləşir; Mülayim (və ya qütb) cəbhələr mülayim enliklər havasını tropik hava kütlələrindən ayıraraq,yayda 50°,qışda 30° enliklərdə yerləşir; Tropik cəbhələr tropik hava kütlələri ilə ekvatorial hava kütlələri arasında mövcud olub,iyulda 10° şm.en,yanvarda isə təxminən 10°Cənub enliyindən keçir.4. Isti və soyuq atmosfer cəbhələri Isti cəbhə zonasinda havanin xarakteri və uçuş şəraiti orada layli buludlar və onlardan yağan yağintilar zonasi ilə xarakterizə olunur. Bulud sistemi cəbhə xəttindən qabaqda, cəbhə səthindən yuxarida yerləşir və 800 – 1000 km eni olan bir ərazini əhatə edir.
Atmosfer cəbhəsi

Atmosfer dövranı
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer elektriki
Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir. Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur. Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100-300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır. Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsi ilə qeydə almaq mümkündür.
Atmosfer faktoru
Atmosfer faktoru- atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, çirkləndiricilərin olması).
Atmosfer fizikası
== Atmosfer == Atmosfer – Yerin aerozol hissəciklərinin tərkibində olan qaz örtüyüdür. Yerlə birgə fəzada hərəkət edərək, eyni vaxtda Yerin fırlanmasında iştirak edir. Atmosferin dibində əsasən bizim yerdə həyatımız baş verir. Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.
Atmosfer hadisələri
Atmosfer hadisələri-Duman, çovğun, buzbağlama, dolu atmosfer hadisələridir.
Atmosfer prosesləri
== Ümumi atmosfer dövranı == Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. == Atmosfer prosesləri == İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B.P.Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5-7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi – bir sıra atmosfer proseslərinin sadələşdirilmiş şəraitdə müxtəlif laboratoriya qurğularında kicik miqyasda gedişinin modelləşdirilməsidir. Belə üsul atmosfer hərəkətlərinin ümumi xassələrini təyin etməyə imkan verir.
Atmosfer sirkulyasiyası
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer suyu
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Atmosfer təbəqələri
== Atmosfer təbəqələri == Yüksəklikdən asılı olaraq temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə ayrılır: Troposfer Stratosfer Mezosfer Termosfer Ekzosfer. === Troposfer === Yer səthindən polyar en dairələrində 8-10km, tropiklərdə 15-18km yüksəkliyə qədər atmosferin yerüstü təbəqəsidir. === Stratosfer === Bu qat troposferdən sonrakı qat olub 50-55km yüksəkliyə qədər yayılır. === Mezosfer === Stratosferdən sonrakı təbəqədir, onun yuxarı sərhəddi 80- 0km- də yerləşir. === Termosfer === Bu təbəqənin yuxarı sərhəddi 800km-ə qədər davam edir. === Ekzosfer === Başqa sözlə səpilmə sferası atmosferin fövqəladə seyrək xarici təbəqəsi olub hidrogen və helium kimi daha yüngül atmosfer qazlarından ibarətdir.
Atmosfer təzyiqi
Atmosfer təzyiqi - atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir noqtədə Atmosfer təzyiqi o noqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir.
Atmosfer yağıntıları
Atmosfer yağıntıları — buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qırov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə qədər (Kəkiran, Lənkəran) dəyişir. Atmosfer yağıntıları hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer yağıntıları xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür.Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150–200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur. İsti yarımillikdə (aprel-oktyabr) ən az yağıntı Kür-Araz ovalığı və Abşeron yarımadasının Xəzər sahili hissəsində müşahidə olunur (50–100 mm).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.79 dəfə / 1 mln.
2003 •• 0.79
2004 •• 1.01
2006 ••• 2.03
2007 0.42
2008 ••• 2.19
2009 •• 1.12
2010 ••••• 3.18
2011 •••• 2.40
2012 ••••• 3.44
2013 ••••• 3.21
2014 •• 1.20
2015 •••• 2.72
2016 ••••••• 5.03
2017 •••••••••••••••• 11.38
2018 •••••••••••••••• 11.84
2019 •••••••••••••••••••• 14.88
2020 •••••••••••••• 10.08

"atm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atm nədir? #atm sözünün mənası #atm nə deməkdir? #atm sözünün izahı #atm sözünün yazılışı #atm necə yazılır? #atm sözünün düzgün yazılışı #atm leksik mənası #atm sözünün sinonimi #atm sözünün yaxın mənalı sözlər #atm sözünün əks mənası #atm sözünün etimologiyası #atm sözünün orfoqrafiyası #atm rusca #atm inglisça #atm fransızca #atm sözünün istifadəsi #sözlük