attaşesi sözü azərbaycan dilində

attaşesi

Yazılış

  • attaşesi • 97.7679%
  • Attaşesi • 2.0833%
  • attaŞesi • 0.1488%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elm attaşesi
Elm attaşesi — diplomatik missiyalarda, xüsusilə səfirlik və konsulluqlarda çalışan xüsusi diplomatik vəzifə. Elm attaşesinin əsas funksiyası ölkəsi ilə təmsil olunduğu xarici ölkə arasında elmi, texnoloji və təhsil sahələrində əməkdaşlığı təşviq etmək və genişləndirməkdir. Onlar elmi-tədqiqat işlərində, innovasiyalarda, tenologiyanın transferində və beynəlxalq əməkdaşlıq layihələrində mühüm rol oynayırlar. == Vəzifə və öhdəlikləri == Elm attaşesinin vəzifə və öhdəlikləri diplomatik missiya çərçivəsində ölkəsini beynəlxalq elmi-tədqiqat və innovasiya sahələrində təmsil etmək, elmi əməkdaşlığı təşviq etmək və bu sahədə əlaqələri gücləndirməkdir. Elmi əməkdaşlığın təşviqi baxımından iki ölkə arasında elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını inkişaf etdirmək, universitetlər, tədqiqat mərkəzləri və elmi institutlar arasında əlaqələri qurmaq və dəstəkləmək, müxtəlif ölkələrin alimləri və mütəxəssisləri arasında əməkdaşlıq üçün təmas nöqtəsi kimi çıxış etmək elmi attaşelərin vəzifələrindən yalnız müəyyən bir qismidir. Elmi məlumat mübadiləsinə daxil olan ev sahibi ölkədəki elmi və texnoloji inkişafları izləmək və bu haqda öz ölkəsinə məlumat vermək, elmi tədqiqatlar və innovasiya ilə bağlı məlumatların paylaşılmasını asanlaşdırmaq, beynəlxalq konfranslar və seminarlar haqqında məlumatları təbliğ etmək və alimləri bu tədbirlərdə iştirak etməyə təşviq etmək öhdəlikləri də elm attaşesinin qarşısında duran vəzifələr sırasındadır. Ev sahibi ölkədəki texnoloji yenilikləri, elmi kəşfləri və innovativ inkişafları izləmək, bu sahədə olan nailiyyətlərin öz ölkəsinə transfer olunmasına dəstək vermək, iki ölkə arasında elmi-texnoloji əməkdaşlıq layihələrini təşviq etmək və koordinasiya etməyi də vəzifə və öhdəliklərinə aid etmək olar.
Mədəniyyət attaşesi
Mədəniyyət attaşesi — bir ölkənin xaricdəki diplomatik nümayəndəliyində çalışan və əsas vəzifəsi həmin ölkənin mədəniyyətini təbliğ etmək olan diplomatik əməkdaş. O, öz ölkəsinin mədəni irsini, incəsənətini, ədəbiyyatını, musiqisini və digər mədəni fəaliyyətlərini tanıtmaq, iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün çalışır. Mədəniyyət attaşesi, tez-tez mədəni tədbirlər, sərgilər, festivallar təşkil edir və yerli mədəniyyət təşkilatları ilə əməkdaşlıq edir. Onlar həmçinin öz ölkələri haqqında daha geniş məlumat yaymaq və mədəniyyət vasitəsilə ölkələrinin imicini beynəlxalq arenada yaşılaşdırmaq üçün fəaliyyət göstərir. == Vəzifə və öhdəlikləri == Mədəniyyət attaşesinin vəzifə və öhdəlikləri ölkədən asılı olaraq mütəlif ola bilər. Başlıca vəzifələrindən biri xarici ölkələrlə mədəni əməkdaşlıq layihələri həyata keçirməkdir. İki ölkə arasında incəsənət, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində mübadilə proqramlarını təşviq etmək də vəzifələri sırasındadır. Eyni zamanda xarici ölkələrdəki mədəniyyət təşkilatları, universitetlər və digər qurumlarla əlaqələr qurur. Mədəniyyət attaşesi xarici ölkələrdə mədəniyyət siyasətini izləyərək ölkəsinin mədəni siyasətinin həyata keçirilməsinə kömək edir. Mədəniyyət sahəsindəki trendləri və dəyişiklikləri təhlil edərək ölkəsinin mədəniyyət strategiyasını uyğunlaşdırmaq üçün məsləhətlər verir.
Kənd təsərrüfatı attaşesi
Kənd təsərrüfatı attaşesi — bir ölkənin xarici nümayəndəliyində kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış diplomatik nümayəndə. Bu vəzifədə olan şəxs, ölkəsinin kənd təsərrüfatı maraqlarını xarici ölkələrdə təmsil edir, həmin ölkədəki kənd təsərrüfatı siyasətləri və ticarət münasibətləri haqqında məlumatlar toplayır və öz hökumətinə məsləhətlər verir. Kənd təsərrüfatı attaşesi kənd təsərrüfatı ticarəti, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və digər sahələrdə beynəlxalq əməkdaşlığı və dialoqu təşviq edir. == Vəzifə və öhdəlikləri == Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq və bazar imkanlarını genişləndirmək üçün yerli şirkətlərə və hökumətə dəstək olmaq kənd təsərrüfatı attaşesinin başlıca vəzifələrindəndir. Vəzifəli şəxs təyin edildiyi ölkədəki kənd təsərrüfatı siyasətlərini, qanunvericilik dəyişikliklərini və ticarət qaydalarını izləyərək məlumatları öz hökumətinə çatdırır. Xarici ölkələrdəki kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, sanitariya və fitosanitar standartlara uyğunluğunu təmin etmək üçün tənzimləyici qurumlarla əlaqə saxlayır. Kənd təsərrüfatı sahəsində beynəlxalq müqavilələr, sazişlər və ticarət danışıqlarında iştirak etmək, hökumətlərarası razılaşmaları təşviq etmək və təmsil etdiyi ölkənin maraqlarını müdafiə etmək də kənd attaşesinin başlıca vəzifələrindəndir. Kənd attaşesi təyin olunduğu ölkədə kənd təsərrüfatı sektorunda baş verən yeniliklər və tədqiqatlarla bağlı məlumatlar toplayaraq, bu barədə öz ölkəsinin kənd təsərrüfatı nazirlərinə və iş adamlarına tövsiyələr verir. Kənd təsərrüfatı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsi və bazarda tanınması üçün yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Kənd təsərrüfatı bazarlarına, ticarətə və siyasətlərə dair hesabatlar hazırlamaq və onları hökumətə təqdim edir.

Oxşar sözlər

#attaşesi nədir? #attaşesi sözünün mənası #attaşesi nə deməkdir? #attaşesi sözünün izahı #attaşesi sözünün yazılışı #attaşesi necə yazılır? #attaşesi sözünün düzgün yazılışı #attaşesi leksik mənası #attaşesi sözünün sinonimi #attaşesi sözünün yaxın mənalı sözlər #attaşesi sözünün əks mənası #attaşesi sözünün etimologiyası #attaşesi sözünün orfoqrafiyası #attaşesi rusca #attaşesi inglisça #attaşesi fransızca #attaşesi sözünün istifadəsi #sözlük