ATV-İnternational sözü azərbaycan dilində

ATV-İnternational

Yazılış

  • ATV-İnternational • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ATV
Azad Azərbaycan Televiziyası — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. Azad Azerbaijan International Televiziyası — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı. Azərbaycan TV — «İran Radio və Televiziya» şirkətinin sahibləndiyi regional İran telekanalı. ATV (Türkiyə) — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalı ATV (Ermənistan) — Ermənistan özəl telekanalı. ATV (Peru) — 1969-ci ildə Peruda qurulmuş bir televiziya kanalı.
ATV (Ermənistan)
«ATV» (erm. ՝ Ա ԹիՎի) — Ermənistan özəl telekanalı. Otar Hakobyanın təsis etdiyi telekanal yayıma 25 aprel 2009-cu ildə başlamışdır. Telekanal 2012-ci ildən bəri «Panarmenian Media Group» şirkətinin bir mülküdür. «ATV» hal-hazırda Ermənistanın ən çox izlənən telekanallarından biridir. və Rusiyanın «TNT» telekanalı ilə əməkdaşlıq edir. Telekanal Ermənistanda tam şəkildə yayım edir. «ATV» telekanalında idman, musiqi, əyləncə və siyasət mövzulu verilişlər, yerli teleseriallar, eləcə də erməni və rus dilindəki filmlər yayımlanır.
ATV (Peru)
ATV (Peru) və ya andına də Radiodifusión y Television — 1969-ci ildə Peruda qurulmuş bir televiziya kanalı. Lakin 1970-ci illərin əvvəlində müvəffəqiyyətsiz sınaqlar və sonrasında Peru 'dakı siyasi çalxantılar səbəbiylə kanal bağlandı. 1983-ci ildə isə yenidən quruldu. Peruda ən çox izlənilən televiziya kanallarından biridir. ATV Noticias, Əl Deportivo, Hola a todos, Maqali Teve, Vidas Extreme, Smackdown kimi proqramları vardır. Ayrıca 2010 FİFA Dünya Kubokunın nəşr hüquqlarına malikdir.
ATV (Türkiyə)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A.Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftə içi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
ATV (dəqiqləşdirmə)
Azad Azərbaycan Televiziyası — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. Azad Azerbaijan International Televiziyası — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı. Azərbaycan TV — «İran Radio və Televiziya» şirkətinin sahibləndiyi regional İran telekanalı. ATV (Türkiyə) — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalı ATV (Ermənistan) — Ermənistan özəl telekanalı. ATV (Peru) — 1969-ci ildə Peruda qurulmuş bir televiziya kanalı.
ATV International
Azad Azerbaijan International — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanırdı. Filmlər isə original dillərində nümayiş etdirilirdi. Sənədli filmlər əsasən, Ermənistanla informasiya müharibəsi ilə əlaqədar yayımlanırdı. Lakin kanalın gəlirlərinin olmaması, üstəlik populyarlığının az olması Azad Azərbaycan Teleradio Yayım Şirkətinin qənaət məqsədi ilə kanalı əlindən çıxarması fikrinə gətirib çıxartdı və bu məqsədlə 10 aprel 2013-cü il tarixində kanal SOCAR şirkətinin tabeliyinə verilmiş və kanalın adı dəyişdirilərək "CBC" (Caspian International Broadcasting Company) olmuşdur. == ATV International "Televiziya Filmləri Studiyası" == "ATV International Televiziya Filmləri Studiyası" Azərbaycanda sənədli film istehsalçılarından biridir.
ATV Kitab
ATV Kitab — Azad Azərbaycan TV ilə Parlaq İmzalar nəşriyyatının birgə layihəsi. == Haqqında == 17 oktyabr, 2015-ci ildə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti ilə Parlaq İmzalar nəşriyyatı arasında əməkdaşlıq memoarandumu imzalanaraq "ATV Kitab" layihəsinə start verilib. 9 mart, 2015-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili çərçivəsində “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulub. Layihə çərçivəsində 27 may 2016-cı il tarixinə kimi 7 kitab nəşr olunub. 5 iyul, 2016-cı il tarixində də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə Azad Azərbaycan MTş arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Parlaq İmzalar nəşriyyatında çap olunmuş “Bartlbi və çevrəsi”, “Səsindən tanıdılar payızı”, “Dədə Qorqud”, “Tənha”, “Alman malı”, “Azəristan ölkəsi” adlı ilk kitabların təqdimat mərasimi keçirilib. ATV Kitab layihəsinin rəhbəri Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu ilə Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq arasında imzalanıb. ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Eitbar Babayev, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı və Rəşid Çulaqov daxildir. İyunun 20-də "ATV Kitab" layihəsi "Hədəf" Şirkətlər Qrupu ilə daha bir Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandumu layihənin rəhbəri Səlim Babullaoğlu və qrupun təsisçisi Şəmil Sadiq imzalayıblar.
ATV Plus
ATV Plus — 16 avqust 2013-cü il tarixində fəaliyyətə başlamış efir-kabel televiziyası. Azad Azərbaycan Teleradio Yayım şirkətinin tabeliyindədir. Yayım, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin “Teleqüllə” Müəssisəsindən aparılır. Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər. 2014-cü ilin sonuna kimi kanalların sayının 120-yə çatdırılacağı gözlənilir. 2013-cü ilin dekabr ayında Rusiyanın "NTV+ Premyera" və "Disney Channel" kanallarının yayımı dayandırılmış, əvəzində Türkiyənin Kanal D və Rusiyanın "Pervıy Kanal" kanallarını yayımına başlanmışdır. 2013-cü ilin dekabr ayında Rusiyanın "Kto Yest Kto" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Azərbaycannın "Region TV" kanalının yayımına başlanmışdır. 2014-cü ilin fevral ayında Türkiyənin "MCJ Shopping" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Türkiyənin "Samanyolu Haber" kanalının yayımına başlanmışdır. 21 aprel 2014-cü il tarixində "Viasat History", "TV 1000", "Rossiya 24" kanallarının yayımı dayandırılmışdır. 21 aprel 2014-cü il tarixində "İnterAz", "Mir" və "Mir 24" kanallarının yayımına başlanmışdır.
ATV Vivace
ATV Vivace — 18 sentyabr 2016-cı il tarixində ATV Classic adı altında fəaliyyətə başlayan, Azərbaycanın özəl kanallarından biri.Azad Azərbaycan Müstəqil Teleradio Yayım şirkətinin layihələrindən biridir. Azərbaycan və dünya klassik musiqisinin, ölkədə təbliğatı və tanınmasında mühüm rola malikdir. ATV Vivace nəinki operanın beşiyi olan Azərbaycanda, eləcə də Qafqazda və Şərqdə ilk klassik musiqi kanalıdır. İnsan ruhunu oxşayan klassik musiqini səsləndirməklə daxili harmoniyanı, klassik musiqiyə olan tələbatı ödəmək bu kanalının üzərinə düşür. 24 saat yayımlanan kanalda həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri səslənir. Xarici teleşirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.
BWF İnternational Challenge
BWF İnternational Challenge — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 15000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF İnternational Challenge BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
BWF İnternational Series
BWF İnternational Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Challenge və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 5000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF Beynəlxalq Seriyası BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
CI İnternational (jurnal)
Caucasus İnternational (jurnal)
“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır. == Haqqında == CI Cənubi Qafqaz və Türkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyət və iqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir. Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, Çin və Azərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir. CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir. Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, Rusiya və ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, Asiya və Orta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.Jurnal Bakı şəhərində "Vanur Poliqraf" MCC nəşr evində dərc olunur.
ATV maqazin (jurnal)
2012-ci ilin dekabrına qədər "ATV maqazin" jurnalının baş redaktoru Samirə Rüstəmova olub. Bundan sonra baş redaktor vəzifəsini Zakirə Zakirqızı əvəz edib. Hal-hazırda baş redaktor Günay Firudinqızıdır. == İstinadlar == == Həmçinin bax == ATV maqazin (veriliş) == Xarici keçidlər == SƏS TV. ""ATV Maqazin" jurnalı 8 yaşını qeyd edib" (az.). tv.sia.az. 13:31 18.09.2013. 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#atv-international nədir? #atv-international sözünün mənası #atv-international nə deməkdir? #atv-international sözünün izahı #atv-international sözünün yazılışı #atv-international necə yazılır? #atv-international sözünün düzgün yazılışı #atv-international leksik mənası #atv-international sözünün sinonimi #atv-international sözünün yaxın mənalı sözlər #atv-international sözünün əks mənası #atv-international sözünün etimologiyası #atv-international sözünün orfoqrafiyası #atv-international rusca #atv-international inglisça #atv-international fransızca #atv-international sözünün istifadəsi #sözlük