Atəşgahı sözü azərbaycan dilində

Atəşgahı

Yazılış

  • Atəşgahı • 76.0000%
  • atəşgahı • 24.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ani atəşgahı
Ani atəşgahı — Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında olan qədim atəşgah. Abidə Birinci Dünya Müharibəsindən qısa müddət sonra, 1909 - cu ildə Anidə arxeoloji qazıntılar aparan tanınmış qafqazşünas və şərqşünas alim, akademik N. Y. Marr tərəfindən aşkarlanmışdır. Lakin bu qazıntılardan sonra abidəyə diqqət yetirilməmiş, abidə Aninin xəritələrinə salınmamışdır. Qalıntıların e.ə. I - IV əsrlərə aid bir atəşpərəstlik məbədinə aid olduğu gümün edilir. Digər tərəfdən qalıqların erkən xristianlıq dönəminə aid bir açıq hava şəhidliyi olması ehtimalı da var. Lakin qədim Ermənistan ərazisində bir çox yeraltı şəhidliklərin olması faktı məlum olsa da açıq hava şəhidliyi örnəyi məlum deyil. Təyinatı hər nə olursa olsun böyük ehtimalla Aninin ən qədim abidələrindən biridir və əgər həqiqətən də abidədirsə o zaman bu tikili şəhərdə, xristianlıqdan əvvəlki dövrə aid olan yeganə abidədir. Onu da qeyd edək ki, tarixin sonrakı dövründə dörd sütunlu abidənin sütunlarının arası hörülərək kilsə kimi istifadə olunmuşdur. 1998 - 1999 - cu illərdə atəşgahın ərazisində Ani qazıntılarının rəhbəri professor Beyhan Karamağaralı tərəfindən yenidən arxeoloji qazıntılara başlanılıb.
Suraxanı atəşgahı
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.
Tbilisi atəşgahı
Tbilisi atəşgahı (gürc. ათეშგა) – Tbilisi şəhərinin Qədim şəhər ərazisindəki Kldisubani məhəlləsində, Qomi küçəsi, 3 ünvanında yerləşən qədim dini ibadətgah. 2017-ci ildə məbəd milli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Bütün dünyada ən şimalda yerləşən od məbədi olan Tbilisi atəşgahı, həm də Gürcüstan ərazisindəki yeganə od məbədidir. Dövrümüzdə məbəd yaşayış binaları ilə əhatə olunduğuna görə, giriş çətindir. == Tarixi == Belə ehtimal edilir ki, hazırda Tbilisi atəşgahının yerləşdiyi ərazidə qədim dövrlərdən məbəd yerləşmiş və o, V-VII əsrlərdə farsların ərazidə hakim olduqları dövrdə inşa edilmişdir. 1720-ci ildə məbəd binasında dəyişikliklər edilərək məscidə çevrilmiş, 1735-ci ildə türklərin Tbilisidən qovumasından sonra isə bina dağıdılaraq xarabaya çevrilmişdir. Sonrakı dövrlərdə binadan məişət məqsədləri üçün istifadə edilmişdir. Tbilisi atəşgahı dövrümüzə xarabalıq şəklində çatmışdır. 2007-ci ildə Norveçin mədəni irsin idarə olunması idarəsinin maddi vəsaiti hesabına bina qalıqlarının möhkəmləndirilməsi işləri həyata keçirilmiş və plastik dam inşa edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2007 •••••••••••••• 0.21
2008 ••••••••••••••• 0.24
2010 •••••• 0.09
2011 •••••• 0.09
2016 ••••••••••• 0.17
2017 •••••••••••••••••••• 0.33
2018 ••••••••••••••••••• 0.30

"atəşgahı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atəşgahı nədir? #atəşgahı sözünün mənası #atəşgahı nə deməkdir? #atəşgahı sözünün izahı #atəşgahı sözünün yazılışı #atəşgahı necə yazılır? #atəşgahı sözünün düzgün yazılışı #atəşgahı leksik mənası #atəşgahı sözünün sinonimi #atəşgahı sözünün yaxın mənalı sözlər #atəşgahı sözünün əks mənası #atəşgahı sözünün etimologiyası #atəşgahı sözünün orfoqrafiyası #atəşgahı rusca #atəşgahı inglisça #atəşgahı fransızca #atəşgahı sözünün istifadəsi #sözlük