avara sözü azərbaycan dilində

avara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avara • 84.6154%
  • Avara • 13.9053%
  • AVARA • 1.4793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avara (film, 1951)
"Avara" (hind आवारा) — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi. == Məzmun == Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir. Rac təsadüfən bilir ki, Caqqa onun atasının anasını evdən qovmasına səbəbkar olub.
Avara illər (kitab)
Avara illər - Orxan Kamalın yazdığı və 1950-ci ildə nəşr olunan roman. Müəllif romanı 1949-cu ildə yazıb. Roman Orhan Kamalın "Kiçik Adamın Qeydləri" adı altında toplanıb. Seriyanın digər kitabları Ata evi (roman), Cəmilə (roman) və Dünya Evi (türk.) idi. == Məzmun == Avara illər, xalqına inanan bir yazıçının dili ilə desək, çətin uşaqlıqdan sonra yetkinliyə keçid zamanı şəxsiyyətin həqiqəti tapmaq mübarizəsindəki qorxularını, qaçışlarını, xatirələrini əks etdirən romandır. Ata evi (roman)dan sonra ədəbiyyatımızda “insan məsələsini” hər yönüylə ən yaxşı qələmə verən yazarlardan biri olan Orxan Kamalın qələmə aldığı “Boş illər” həm də bir maarifçilik romanıdır...
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Avara aşiq (film, 1993)
== Məzmun == Quldurlar tərəfindən gənc taksi sürücüsü və onun arvadı həlak olur. Onların oğulu Cimi, dələduzlarla dostluq edir və yalan hesabına yaşayır. Böyük qaçaqmalçıya aid olan qızıl oğurlayır. Cimi Polislərdən qaçmağa məcbur olur. O, Bir vaxtlar Atası xilas etdiyi və həlak olduğu şəxsin evinə düşür. Hadisədən Ciminin xəbəri olmur. Cimi özünü ABŞ-dən gəlmiş ev sahibinin qızının adaxlısı kimi aparır. Sonda Cimi Quldurlardan qisasını alır.
Xanım və Avara (film, 1955)
Xanım və avara (ing. Lady and the Tramp) — 1955-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 15-ci cizgi filmi. İlk nümayişi 22 iyun 1955-ci ildə təqdimatı olmuşdur. Uord Qrinin eyniadlı romanının ekranlaşdırmasıdır. 27 fevral 2001-ci ildə Disney studiyası filmin sikvelini - "Xanım və Avara 2: Yaramazın sərgüzəştləri" (Lady and the Tramp II: Scamp's Adventure) cizgi filmini təqdim etmişdir. 28 fevral 2006-cı ildə "Xanım və avara" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2012-cü ildə "Xanım və avara" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Barbara Laddi - Xanım Peggi Li - Darlinq, Si, Am, Peq Larri Roberts - Avara Bill Tompson - Cok, Co, Bulldoq, Datçsi, Polismen Bill Byukom - Trasti Sten Freberq - beaver Verna Felton - Sara xala Alan Rid - Boris Törl Reyvenskroft - Alliqator Al Corc Civot - Toni Dallas Mak-Kennon - Togi, Pedro, Professor, Hayena Li Millar - Cim Diər, İt ovçusu Mellomen - Xorus (it) == Xarici keçidlər == Rəsmi sayt Xanım və avara — Internet Movie Database saytında.
Xanım və Avara (cizgi filmi, 1955)

Xanım və Avara 2: Yaramazın sərgüzəştləri
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (ing. Lady and the Tramp II: Scamp's Adventure) — 2001-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 27 fevral 2001-ci ildə təqdimatı olmuşdur. 1955-ci ildə yaradılmış "Xanım və Avara" cizgi filminin davamıdır. Cizgi filminin süjetini Xanım və avaranın oğlu Yaramazın başına gələnlər təşkil edir. O, ev iti olmaq istəmir və atası kimi "əsl küçə iti" olmaq arzusundadır. Cizgi film Volt Disney şirkətinin hazırda ləğv olunmuş Avstraliya nümayəndəliyi tərəfindən yaradılmışdır. == Rollarda == Skot Volf - Yaramaz Alissa Milano - Mələk Codi Benson - Xanım Cef Bennet - Avara, Kok, it ovçusu Ket Susi və Debi Derriberri - Anneta, Daniela və Koleta Nik Ceymson və Barbara Gudson - Cim Diər və Darlinq Endryu MakDonehyu - Cunior Tres MakNil - Sara xala Meri Key Berqman və Tres MakNil - Si və Am Cim Kamminqs və Maykl Gug - Toni və Co Çaz Palminteri - Baster Bronson Pinçot - Fransua Bill Faqerbeyk - Muç Keti Moriarti - Rubi Miki Runi - Sparki == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Xanım və avara 2: Yaramazın sərgüzəştləri — Internet Movie Database saytında.
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (cizgi filmi, 2001)

Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Avaranqışlaq
Avaranqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Avaran kənd inzibati-ərazi vahidi tərkibindəki Avaranqışlaq kəndi Kuzunqışlaq kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Avaran (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Avaran kəndinin qışlağı" deməkdir. Avaran kəndinə məxsus keçmiş qışlaq yerində məskunlaşma nəticəsində bu yaşayış məntəqəsi meydana gəlmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusarçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 490 nəfər yaşayır.
Avarayr döyüşü
Avarayr döyüşü və ya Avaray döyüşü — Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında döyüş. Maku ilə Xoy arasındakı Avarayr düzündə, 26 may 451-ci ildə olmuşdur. Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir.
Avarayr düzü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Avarayr çölü

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.72 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.34
2005 •••• 0.67
2007 •••• 0.85
2010 •••• 0.73
2011 •••• 0.77
2012 ••• 0.43
2013 ••••• 1.02
2014 •••••• 1.20
2015 •••••••••••••••••••• 4.25
2016 0.17
2017 0.16
2018 0.15
2019 •••••• 1.25
2020 0.13

avara sözünün leksik mənası və izahı

  • 1 is. məh. Camış balası, ikiyaşar kəlçə.

    Azərbaycan dilinin izahlı lüğəti / avara
  • 2 [fars.] 1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov. // sif. İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan. …Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür. S.S.Axundov. 2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. – Avara itin hörməti olmaz. (Ata. sözü). □ Avara dolanmaq (gəzmək) – işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq. Avara düşmək – vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. M.F.Axundzadə. Avara etmək – bax avara qoymaq (salmaq). Avara qalmaq – əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq. Avara qoymaq (salmaq) – işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq. [Tükəz:] Kişiciyi tovlayıb aparıb, avara saldınız. M.F.Axundzadə. [Qonaqlar] kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. S.S.Axundov. Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı. Avara olmaq – bax avara qalmaq. Avara-sərgərdan düşmək – bax avara düşmək. Avara-sərgərdan etmək – bax avara etmək. [Mirzə:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara-sərgərdan eləyib gətirib buraya… Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / avara

avara sözünün etimologiyası

  • 1 Camışın 1-2 yaşlı balasını bəzi rayonlarda bu sözlə adlandırırlar, Həmid Abbasov adlı bir müəllim bunu belə yozub: buradakı avara yaşla bağlıdır (nə uşaqdır, nə də böyük; hər ikisindən avaradır). Mən də qəbul edirəm, çünki 1 yaş­dan 2 yaşa qədər olan heyvan, doğrudan da, nə o yanlıqdır, nə bu yanlıq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / avara

avara sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 yersiz — yurdsuz — məskənsiz — sərsəri — sərgərdan

    Azərbaycan dilinin sinonimlər lüğəti / avara
  • 2 1. AVARA (heç bir işlə məşğul olmayan, iş-güc görməyən adam) [Əli:] Mən sənətsiz-peşəsiz avaraya qız vermərəm (M.İbrahimov); BAMBILI (dan.) Gövhərtacın anası: O axmaq bambılıda sən nə görübsən? (Ə.Haqverdiyev); HƏPƏND (köhn.) (söyüş kimi də işlənir) Əhməd bəy: A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim? (Ə.Haqverdiyev); SƏRSƏRİ Zeynalı belə sərsəri həyata ..bəzi arqadaşları.. sürükləmişdi (S.Hüseyn). 2. avara bax veyl

    Azərbaycan dilinin sinonimlər lüğəti / avara

avara sözünün antonimləri (əks mənalı sözlər)

avara sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AVARA I is. [ fars. ] İşsiz-gücsüz adam, sərsəri. Sən demə, başqa yerdə arvadı, qızı varmış; onları başsız qoyub qaçmış bu avara (S.Rüstəm). AVARA II is. məh. Bir və ya ikiillik camış balası.

    Azərbaycan dilinin omonimlər lüğəti / avara

avara sözünün rus dilinə tərcüməsi

  • 1 1. бездельник, разгильдяй, лодырь, повеса, праздношатающийся, праздный, зевака; 2. неработоспособный, бродяга, мямля; 3. двухлетний буйволенок;

    Azərbaycanca-rusca lüğət / avara
  • 2 1 I сущ. разг. 1. бездельник, зевака, лодырь 2. бродяга. Yurdsuz avaralar бездомные бродяги 3. разгильдяй II прил. 1. бродяжный, бродячий 2. праздношатающийся, праздный. Avara həyat праздная жизнь; avara salmaq kimi сбивать, сбить с толку кого; avara düşmək скитаться, блуждать; avara qalmaq оказаться не у дел; avara qoymaq kimi оставлять, оставить без работы кого; avara olmaq nədən быть оторванным от чего: avara etmək kimi nədən отрывать, оторвать кого от чего; Məni işimdən avara etdin ты оторвал меня от дела; avara dolanmaq, gəzmək шататься без дела 2 сущ. диал. годовалый или двухлетний буйволёнок

    Azərbaycanca-rusca lüğət / avara

avara sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. loafer, waster; idler, slacker; 2. tramp, vagrant; amer. hobo; ~ qalmaq to be* under indefinite situation / in difficult condition; bir kəsi ~ qoymaq to leave* smb. under an indefinite condition / under an indefinite situation; bir kəsi ~ etmək to prevent smb. from doing smth.

    Azərbaycanca-ingiliscə lüğət / avara

avara sözünün fransız dilinə tərcüməsi

avara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. авари, гамишдин бала, барцӀак (кьве чӀуран).

    Azərbaycanca-ləzgicə lüğəti / avara
  • 2 [fars.] авара (1. сущ. куьчебан, са кардални машгъул тучиз буш-буш къекъведайди; кар-кеспи авачирди; // прил. кар алакь тийир, са кардинни иеси тушир, са куьнизни виже текъвер, ваякьан; 2. прил. кӀвал-югъ авачир, макан авачир, серсери, къекъвераг); ** avara dolanmaq (gəzmək) авара-авара къекъуьн, са карни тийиз буш-буш къекъуьн, куьчеда гьатун, куьчеяр алцумун; avara düşmək авара хьун, ватандивай, кӀваливай-къавай магьрум хьун, сиягь хьун; avara etmək кил. avara qoymaq (salmaq); avara qalmaq авара хьун, гьар са шей гъиляй акъатун, кӀваливай-къавай хьун; avara qoymaq (salmaq) авара авун, авара тун, кар-кеспидивай авун; кӀваливай-къавай авун; avara olmaq кил. avara qalmaq; avara-sərgərdan düşmək кил. avara düşmək; avara-sərgərdan etmək кил. avara etmək.

    Azərbaycanca-ləzgicə lüğəti / avara

"avara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avara nədir? #avara sözünün mənası #avara nə deməkdir? #avara sözünün izahı #avara sözünün yazılışı #avara necə yazılır? #avara sözünün düzgün yazılışı #avara leksik mənası #avara sözünün sinonimi #avara sözünün yaxın mənalı sözlər #avara sözünün əks mənası #avara sözünün etimologiyası #avara sözünün orfoqrafiyası #avara rusca #avara inglisça #avara fransızca #avara sözünün istifadəsi #sözlük