Avesta sözü azərbaycan dilində

Avesta

Yazılış

  • Avesta • 91.3545%
  • avesta • 7.4928%
  • AVESTA • 1.1527%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünya görüşlüdür. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir == Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.70 dəfə / 1 mln.
2004 ••••••• 0.67
2006 ••• 0.23
2007 •••••••••••• 1.27
2010 •• 0.18
2011 ••• 0.26
2012 ••••••••••••••••••• 2.07
2013 •••••••••••••••••• 1.90
2014 •••••••••••••••••••• 2.23
2016 •• 0.17
2017 •••••• 0.65
2019 ••••••• 0.70
2020 •••••• 0.66

avesta sözünün leksik mənası və izahı

  • 1 is. Qədim, əfsanəvi peyğəmbər Zərdüştə isnad edilən müqəddəs kitablar külliyyatı. Avestanın yazıldığı dili bəzən Midiya dili adlandırırlar. Ərəb işğalları dövründə və sonralar Sasanilər dövrü Avestasının xeyli hissəsi məhv olmuşdu.

    Azərbaycan dilinin izahlı lüğəti / avesta

avesta sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. “Авеста” (собрание священных книг зороастризма – религии, распространённой в древности и в раннем средневековье в Иране, Ср. Азии, Азербайджане, Афганистане)

    Azərbaycanca-rusca lüğət / avesta

avesta sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. авеста (Зардуштан тӀварцӀихъ галаз алакъалу тир мукъаддас улубрин кӀватӀал).

    Azərbaycanca-ləzgicə lüğəti / avesta

avesta sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsna-sında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

atəşpərəstlərin dini kitabının adı.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"avesta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avesta nədir? #avesta sözünün mənası #avesta nə deməkdir? #avesta sözünün izahı #avesta sözünün yazılışı #avesta necə yazılır? #avesta sözünün düzgün yazılışı #avesta leksik mənası #avesta sözünün sinonimi #avesta sözünün yaxın mənalı sözlər #avesta sözünün əks mənası #avesta sözünün etimologiyası #avesta sözünün orfoqrafiyası #avesta rusca #avesta inglisça #avesta fransızca #avesta sözünün istifadəsi #sözlük