Avro-Atlantik sözü azərbaycan dilində

Avro-Atlantik

Yazılış

  • Avro-Atlantik • 85.1429%
  • Avro-atlantik • 11.4286%
  • avro-atlantik • 3.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir. == Üzvlər == 50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.
Atlantik
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik (dairə)
Atlantik Dairə (ing. Atlantic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Atlantik əyalətində 252552 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 271.712 nəfərə qədər artmışdır. Dairənin ən böyük şəhəri — Atlantik-Siti. Dairənin inzibati mərkəzi statistik məqsədlə müəyyənləşdirilmiş ərazidə yerləşir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Atlantik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. == Anatomiya və fiziologiya == Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. == Haqqında == Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. == Həyat tərzi == Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Atlantik tipli sahil
Atlantik tipli sahil- 1) sahil xəttinin istiqaməti materikin sahil zonasında yerləşmiş sıra dağlardan asılı olmayıb, tektonik qırılmalara-faylara uyğun gələn, dəniz sahili.Bunlar üçün qədim sahil xətlərinin və terrasların olmnası səciyyəvidir; 2) müəyyən dərəcədə dağ qurumları ilə pozulmuş dəniz sahilləri.
Şimali Atlantik Şurası
Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir. Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur. Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Bumgardner, Sherrod Lewis, redaktorNATO Legal Deskbook (PDF) (2nd). Belgium. 2010.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Müasir Atlantik İncəsənət Mərkəzi
Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir. == Təsviri == Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, Afrika və Avropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır. == Muzeyin binası == Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur. == Tarixi == Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.
UEFA Avro 1912
UEFA Avropa Kuboku 2012 - Qalibi – İspaniyadır. AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. == Seçmə mərhələ == Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
UEFA Avro 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
UEFA Avro 1964
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. == Reqlament == Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. == Tarixi == Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
UEFA Avro 1968
Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir. Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir. SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir.
UEFA Avro 1972
Futbol üzrə 4-cü Avropa çempionatı — final turniri 1972-ci il 14-18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir. 1/2 oyunları, üçüncü yer uğurunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı. Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur. Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir. == İştirakçılar == Almaniya SSRİ Belçika Macarıstan == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === 1/2 final === === 3-cü yer uğrunda oyun === === Final === == Bombardirlər == 4 top Gerd Müller1 top: Herbert Vimmer Anatoli Konkov Odilon Polleönis Raul Lambert Pol van Himst Layoş Kyu == Simvolik yığma komanda == Q Yevgeni Rudakov M Revaz Dzodzuaşvili M Frans Bekkenbauer M Murtaz Xurtsilava M Paul Braytner Ym Uli Höness Ym Günter Netser Ym Herbert Vimmer H Raul Lambert H Yupp Haynkes H Gerd MüllerMənbə: UEFA == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası (ing.) 1972.
UEFA Avro 1976
Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi. Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, Polşa və SSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.
UEFA Avro 1980
Futbol üzrə 6-cı Avropa çempionatı — 1980-ci il 11-22 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Əvvəlki Avropa çempionatlarından fərqli olaraq bu çempionatın final mərhələsində ilk dəfə 8 komanda iştirak etmişdir: seçmə mərhələnin 7 qalibi və turnirin ev sahibi olaraq İtaliya milli futbol komandası (ev sahibi komandaya bu imtiyaz da turnir tarixində ilk dəfə idi verilirdi). Çempionatın keçirilmə sxemi də dəyişmişdir: 8 komanda 2 yarımqrupa bölünmüşdür. Bu yarımqrupların qalibləri birbaşa finala vəsiqə qazanmışlar. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda keçirilən oyunda bürünc medalların taleyini müəyyənləşdirmişlər. Ümumilikdə turnir çox da maraqlı keçməmiş, əsasən komandaların çoxunun ehtiyatlı oyun oynaması, aşağı məhsuldarlıq (oyun başına 1,93 qol), azarkeşlərin oyunlara marağının aşağı səviyyəsi, eləcə də ingilis azarkeşlərin tribunalarda səbəb olduqları qarışıqlıqlar ilə yadda qalmışdır. == İştirakçılar == İngiltərə Belçika Yunanıstan İspaniya İtaliya Niderland Almaniya Çexoslovakiya == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === A qrupu === === B qrupu === === 3-cü yer uğrunda oyun === === Final === == Bombardirlər == 3 top Klaus Allofs2 top Zdenek Neqoda Horst Hrubeş Kes Kist (1-i penaltidən) == Simvolik yığma komanda == Q Dino Dzoff M Klaudio Centile M Qaetano Şirea M Karl-Haynts Förster M Hasn-Peter Brigel Ym Marko Tardelli Ym Yan Kulemans Ym Bernd Şuster Ym Hasni Müller H Karl-Haynts Rummenigge H Horst HrubeşMənbə: UEFA == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) UEFA Avropa çempionatlarının tarixi. 1980.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2012 ••• 0.09
2013 ••••••••••• 0.44
2014 ••••• 0.17
2015 •••••••••••••••••••• 0.85

Oxşar sözlər

#avro-atlantik nədir? #avro-atlantik sözünün mənası #avro-atlantik nə deməkdir? #avro-atlantik sözünün izahı #avro-atlantik sözünün yazılışı #avro-atlantik necə yazılır? #avro-atlantik sözünün düzgün yazılışı #avro-atlantik leksik mənası #avro-atlantik sözünün sinonimi #avro-atlantik sözünün yaxın mənalı sözlər #avro-atlantik sözünün əks mənası #avro-atlantik sözünün etimologiyası #avro-atlantik sözünün orfoqrafiyası #avro-atlantik rusca #avro-atlantik inglisça #avro-atlantik fransızca #avro-atlantik sözünün istifadəsi #sözlük