Avropa-Atlantika sözü azərbaycan dilində

Avropa-Atlantika

Yazılış

  • Avropa-Atlantika • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atlantika
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantika astanası
Atlantika astanası, – Atlantika okeanında sualtı qalxım. Qrenlandiya, İslandiya, Farer və Şetland adaları arasındadır. Atlantika astanası üzərində dərinlik təqribən 600 m-dir. Atlantika astanası Atlantika və Şimal Buzlu okeanlarının su mübadiləsinə mane olur. 700–800 m dərinlikdə astananın şimal yamacında suyun temperaturu 0°C-dən aşağı, cənub yamacında 3–5°C-dir. Şimali Atlantika axınının ilıq və duzlu suları Atlantika astanasından (əsasən, Şetland adaları və İslandiya arasındakı boğazdan) keçərək Norveç dənizinə gəlir. Danimarka boğazında Şimal Buzlu okeanının soyuq və nisbətən az duzlu sularının əks axını üstündür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Atlantika püstəsi
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Atlantika tornabeniyası
Tornabenia atlantica (lat. Tornabenia atlantica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin tornabenia cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu kollvaridir, tünd-boz rəngdə, KOH təsirindən rəngini dəyişmir. Lövhəcikləri ensizdir, enliliyi 0,6-1,5 mm-ə qədərdir, yuxarı hissəsi xovlu-kirpikcikli, şaxələnmiş, qıraqları fibrilsizdir. Apotesilərin diamteri 1–3 mm, diski çılpaq, yastı, qara rənglidir, qırağı qalın, boz rənglidir. Ağaclarda, daş üzərində olan torpaqda və qayalarda bitir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Kolavri həyati formaya malik, mezofit, işıqsevən növdür, sporla çoxalır. == Yayılması == Ağdaş rayonu (Türyançay qəsəbəsi yaxınlığında), Qəbələ rayonu (Svalan kəndi yaxınlığında), Quba rayonu (Qonaqkənd yaxınlığında), Abşeron yarımadası (şüvələn qəsəbəsi, Bakı buxtası, Biləcəri stansiyası yaxınlığında), Lənkəranın dağlıq hissəsi (Lerik, Şonaçola kəndi yaxınlığında), Xaçmaz rayonu (Yalama meşəsi).
Atlantika xartiyası
Atlantika xartiyası — antihitler koalisiyasının əsas proqram sənədlərindən biri. 1941-ci il 14 avqustda İngiltərənin baş naziri U.Çörçill və ABŞ prezidenti F.D. Ruzvelt arasında müzakirə edildi və Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul edildi. Daha sonra, 24 sentyabr 1941-ci ildə SSRİ və digər ölkələr də xartiyaya qoşuldu. == Tarixi == Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya və ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdilər. ABŞ SSRİ-ni müdafiə etdiyini bəyan etdi. 1941-ci ilin yayında ABŞ-la Böyük Britaniya "Atlantika xartiyası" adlanan sənəd imzaladı. Sənəddə qeyd olundu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. SSRİ Çexoslovakiya və Polşa mühacir hökumətlərini tanıyaraq sentyabrın 24-də "Atlantika xartiyası"na qoşuldu. 1942-ci il yanvarın 1-də 26 dövlət "Atlantika xartiyası"na qoşulmaq haqqında "Birləşmiş Millətlər Bəyannaməsi"ni imzaladı. Beləliklə, tədricən antihitler koalisiyası yarandı.
Atlantika uğrunda müharibə
Atlantika uğrunda müharibə (ing. Battle of the Atlantic) — İkinci dünya müharibəsi dövründə dəniz yollarına nəzarət uğrunda Antihitler koalisiyası ilə Üçüncü Reyx qüvvələri arasında aparılmış müharibə. 1939-cu ilin 3 sentyabr tarixində başlayan və 1945-ci ilin 8 may tarixinə qədər davam etmiş hərbi əməliyyatlar Üçüncü Reyxin məğlubiyyəti ilə nəticələnmişdir. 6 ilə yaxın müddət ərzində davam etmiş döyüşlər müharibənin ən uzun müdddətli hərbi toqquşmalarından hesab olunur.
Cənubi-Atlantika silsiləsi
Cənubi-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkib hissəsinə daxil olan və Atlantik okeannın mərkəzi hissəsi boyunca uzanır. Çayn qırılma xəttindən başlayaraq cənuba uzanır. Silsilənin uzunluğu 10,5 min km uzanır. Silsilə Buve adası rayonu yaxınlığında Afrika-Antarktika silsiləsinə keçir. Silsilə üzərində okeananın dərinliyi 1800–3400 m arasında dəyişir. Silsilələrin eeniş hissələrində sualtı ulkanlar fəaliyyət göstərir. Silsilənin bəzi hissələrində vulkanik adalara rast gəlmək olar (Askenson adası, Müqəddəs Yelena adası, Tristan-da-Kunya, Buve adası).
Orta Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — nəhəng Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil silsilə. Bu silsilə Tektonik plitələrin toqquşması nəticəsində meydana gəlmişdir. Atlantik okeanın dibində Şimali Amerika plitəsi ilə Avrasiya plitəsi, Afrika plitəsi və Cənubi Amerika plitəsi arasında yerləşir. == Açılışı == Atlantik okeanın dibi ilə silsilənin mövcudluğu Metyu Fonteyn Mori tərəfindən 1850 ildə irəli sürülür. Silsilə ilk dəfə 1872-ci ildə «Çelencer» gəmisi vastəsi ilə aşkarlanır. Belə ki, Transatlantik teleqraf kabel xətti çəkilişi zamanı aşkarlanır. 1925-ci il araşdırmaları ilə tam olaraq təstiqlənir.Dünya okeanının 1950-ci il araşdırmaları onu göstərir ki, bu hissədə seysmikliyin yüksəkliyi müəyyənləşir. Üstəlik Şimali-Atlantika silsiləsinin Orta-Okean silsiləsinin bir hissəsi olması müəyyənləşir. Bu isə Hərəkət edən materiklər nəzəriyyəsini irəli sürən Alferd Venegerin fikirini təstiqləyirlər. == Silsilənin tərkibi == Silsilənin uzunluğu 18 min km təşkil edir: Mona silsiləsi İslandiya-Yanmayenski silsiləsi Reykyanes silsiləsi ( 52° ş.
Şimali-Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkibinə daxil olub, Atlantik okeanın mərkəzindən keçir. 52° ş. e başlayaraq Ekvator yaxınlığına qədər uzanır. Meridian istiqamətində qövsvari şəkildə 8,2 min km məsafədə uzanır, maksimal eni isə 1500 km təşkil edir. Sualtı silsilənin su səthinə ən yaxın nöqtəsi 128 m təşkil edir. Bununla belə bəzən adalar əmələ gəlir Azor adaları və b.). Bəzən rif dərələri əmələ gətirir.
Şimali Atlantika cərəyanı
Şimali Atlantika cərəyanı— güclü isti dəniz cərəyanı. Qolfstrim cərəyanının şimal-şərq uzantısı olaraq bilinir. 6500 km məsafədə hərəkət edir. Böyük Nyufaundlend bankəsindən başlayaraq İrlandiya adasına qədər uzanır. Burada iki qola ayrılır. Cənuba istiqamətlənən qol Kanar cərəyanı adlanır. Digəri isə şimala yönəlir. o isə öz nönbəsində Farer adaları və İslandiya arasında iki qola bölünür:Norveç cərəyanı və Qərbi İslandiya cərəyanı. Bu cərəyan Avropanın iqliminə böyük təsir göstərir. == Ədəbiyyat == The North Atlantic Current.
Şimali Atlantika müqaviləsi
Şimali Atlantika müqaviləsi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə. "Vaşinqton müqaviləsi" də adlanır. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində imzalanıb. Vaşinqton müqaviləsinin əsas məqsədi siyasi və hərbi vasitələrdən istifadə etməklə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. == Haqqında == Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində ABŞ diplomatı Teodor Axillesin sədrlik etdiyi komitə tərəfindən hazırlanaraq imzalanmaq üçün təqdim edilib. Müqavilə ilə əlaqədar gizli danışıqlar 22 mart və 1 aprel 1948-ci ildə Pentaqonda keçirilmişdir. Bu müzakirələrlə bağlı Axilles qeyd edirdi: Axillesin qeyd etdiyinə görə müqavilənin digər əsas müəllifi Con Dyui Hikerson idi: Müqavilə fikrən Sovet İttifaqının Qərbi Avropaya silahlı hücumu ilə əlaqədar yaradılmışdır, lakin Soyuq müharibə dövründə qarşılıqlı özünümüdafiə məsələsi qaldırılmamışdır. Əksinə, bu məsələ ilk dəfə 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və Pentaqona 11 sentyabr 2001-ci il tarixli hücumlara cavab kimi qaldırılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, NATO müqavilənin 5-ci maddəsinə də bütün tarixi ərzində ilk dəfə 2001-ci il hadisələrindən sonra müraciət etmişdir.Brüssel müqaviləsi Qərbi Avropa İttifaqının təsisolma sənədi olmaqla yanaşı, Şimali Atlantika müqaviləsinin imzalanmasına aparan yolda ilk addım oldu. Adı çəkilən müqavilənin imzalanmasından sonra ABŞ və Kanada ilə vahid Şimali Atlantika İttifaqının yaradılmasına dair danışıqlara başlanıldı.
Avropa
Avropa (XX əsrin əvvəllərində Yevropa) — tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean , qərbdə Atlantik okean , cənubdan Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir. Avropa, ümumiyyətlə, Ural və Qafqaz dağlarının, Ural çayının, Xəzərin və Qara dənizlərin və Türk Boğazlarının su yollarının Asan bölgədən ayrıldığı hesab olunur. Bu sərhədin çox hissəsi quruda olsa da, böyük fiziki ölçüsü və tarixi və ənənəsinin ağırlığına görə ümumiyyətlə Avropaya tam bir qitə statusu verilir. Avroll təqribən 10.180.000 kvadrat kilometr və ya Yer səthinin 2%-ni əhatə edir və bu, altıncı ən böyük qitədir. Siyasi baxımdan, Avropa qitənin 39% -ni əhatə edən və əhalisinin 15% -ni təşkil edən ən böyük və ən çox məskunlaşdığı əlli suveren dövlətə bölünür. 2018-ci ildə Avropanın ümumi əhalisi təxminən 741 milyon idi. Avropa iqlimi Asiya və Şimali Amerikadakı iqlimin şiddətli olduğu enliklərdə belə qitənin çox hissəsində qışı və yayı isti keçən Atlantik cərəyanlarından təsirlənir. Dənizdən başqa mövsümi fərqlər sahilə yaxın olduğundan daha çox nəzərə çarpır. Avropa, xüsusən də qədim Yunanıstan və qədim Roma Qərb sivilizasiyasının doğma yurdu idi.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Şimali Atlantika Müqaviləsi Təşkilatı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 31 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Avropa Avropa (teleserial, 2011)
Avropa Avropa 2011-ci ildən 2013-cü ilə qədər TRT 1-də yayımlanan sitcom janrında Türkiyə serialıdır. == Məzmunu == 31 dekabr 2011-ci ildən, yəni yeni ildən Türkiyənin Avropa Birliyinə üzv olacağını Egemen Bağış bildirir. Bu hadisənin İstanbulda "Avrupa" binası sakinlərinə təsiri göstərilir. Koparan ailəsi ilə Beceren ailəsi arasındakı mübahisələr ön plandadır. Koparan ailəsinin qızı Gül ilə Beceren ailəsinin oğlu Can arasında sevgi münasibəti, bunu gizlətmək üçün etdikləri də serialın mövzularındandır. Serialın başqa mövzusu isə Ferdi ilə Mahirin iş ortaqları olduqları halda Gülbahar ilə Nermin arasındakı mübahisələrə görə bunu onlara deməyi bacarmadıqlarıdır. Serialın 2-ci mövsümündə Gül və Canın evləndikdən sonra çəkdikləri əzablar, 3-cü mövsümdə isə Gül və Nerminin hamilə olmaları ön plandadır. şüarlar: "Sonunda Türkiye AB'ye girdi", "Bundan sonra hiç bir şey eskisi gibi olmayacak!" == Aktyorlar/aktrisalar və rolları == Tarık Ünlüoğlu 1-79 (Ferdi Koparan): Koparan ailəsinin atasıdır. Yük maşını sürücüsü olub. Gül və Emre adında iki uşağı var.
Avropa marmotu
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Avropa meşənovruzu
Cyclamen purpurascens (lat. Cyclamen purpurascens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Avropa meşәçәtirotusu
Hündürlüyü 20-50 sm, gövdəsi düz, adətən tək və sadə olan çoxillik çılpaq ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, görünüşünə görə dəyirmi ürəkşəkillidir, barmaqvari 3-5 ədəd ayrı, daha iri orta dilimlidir; yan dilimləri enli pazvari əksinə yumurtaşəkillidir, qismən dərin üç bölümlüdür, kənarları dairəvi dişlidir, sivri ucluqla qurtaran dişləri vardır. Gövdə yarpaqları yoxdur və ya onlar az saydadır və az kəsilmişdir. == Çiçək == Çətirləri xırdadır, qurtaracağı vardır, şüaların ucunda yerləşmişdir. Kasacığın dişləri bizşəkillidir. Ləçəkləri yumurtaşəkillidir, 1,5 mm-ə yaxındır, ağ və ya qırmızımtıl rəngdədir. == Meyvə == Meyvələrinin uzunluğu 4–5 mm-dir, yumurtaşəkilli-şarşəkillidir, qısa tikanlarla sıx örtülmüşdür. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Yuxarı dağ qurşağına qədər.
Avropa muflonu
Avropa muflonu (lat. Ovis orientalis musimon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinin muflon növünə aid heyvan yarımnövü. Həmçinin ev qoyunlarından törənmiş Asiya muflonu da mövcuddur. == Xarici görünüşü == Muflonların orta uzunluğu 130 sm-ə çatır. Boyu 90 sm, erkəklərin kütləsi 50 kq, dişilərin kütləsi isə 35 kq-a qədər olur. == Davranışı == Yayılma yerləri dağ landşatlarıdır. Dişilər və balalar sayı 100-ə yaxın olan sürülər təşkil edir. Erkəklər isə yalqız gəzirlər və cütləşmə vaxtı sürülərə birləşirlər.
Avropa qızılsarmaşığı
Avropa qızılsarmaşığı (lat. Cuscuta europaea) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Avropa siyasətçiləri
Avropa siyasəti — Avropa qitəsində daim inkişaf edən siyasətlə məşğul olur. Bu, bir sıra amillərə, o cümlədən regionda milli dövlətlərin uzun tarixinə, eləcə də Avropa dövlətləri arasında siyasi birliyin artması istiqamətində mövcud tendensiyaya görə digər qitələrə nisbətən daha ətraflı mövzudur. Avropanın indiki siyasətini qitədə baş verən tarixi hadisələrdən götürmək olar. Eynilə, coğrafiya, iqtisadiyyat və mədəniyyət Avropanın hazırkı siyasi quruluşuna öz töhfəsini verib. Müasir Avropa siyasəti Dəmir Pərdənin süqutundan və kommunist dövlətlərin Şərq Blokunun dağılmasından sonra Avropa İttifaqının hökmranlığı altındadır. Soyuq Müharibə bitdikdən sonra AB keçmiş kommunist ölkələrini də əhatə etməklə şərqə doğru genişləndi. 31 yanvar 2020-ci il tarixinə Aİ-nin 27 üzvü var. Bununla belə, əsasən Avropa dövlətləri olan və ya açıq şəkildə Avropa mənşəli olduğunu iddia edən bir sıra digər beynəlxalq təşkilatlar var, o cümlədən 47 dövlətdən ibarət Avropa Şurası (müharibədən sonra Avropa İttifaqının sələfi hesab edilən ilk Avropa təşkilatı) və Təhlükəsizlik Təşkilatı və 57 ölkənin daxil olduğu Avropada Əməkdaşlıq (ATƏT). == Mövcud siyasi ab-hava == Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya ilə Qərbi Avropa dövlətləri arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, son vaxtlar "Qərb" təşkilatlarının, xüsusilə Aİ və NATO-nun şərqə doğru keçmiş SSRİ ölkələrinə genişlənməsi səbəbindən gərginlik artmışdır. Bir çox Avropa dövlətləri ya Avropa İttifaqına daxil olub, ya da ona qoşulmaq niyyətlərini bəyan ediblər.
Avropa skeptisizmi
Avroskeptisizm və ya Aİ-skeptisizm kimi də yazılan avroskeptisizm Avropa İttifaqı (AB) və Avropa inteqrasiyası ilə bağlı tənqidləri ehtiva edən siyasi mövqedir. Bu, müəyyən Aİ təsisatlarına və siyasətlərinə qarşı çıxan və islahat axtaranlardan (Avrorealizm, Avrotənqidi və ya yumşaq Avroseptisizm) Aİ üzvlüyünə qarşı çıxan və Aİ-ni islah oluna bilməyən (AB əleyhinə, Aİ əleyhinə və ya sərt Avroseptisizm) hesab edənlərə qədər dəyişir. Avroseptizmin əksi avropapərəstlik və ya Avropa birliyi kimi tanınır. Avroskeptisizmin əsas səbəbləri inteqrasiyanın milli suverenliyi və milli dövləti zəiflətməsi, Aİ-nin elitist olması və demokratik legitimliyin və şəffaflığın olmaması, həddən artıq bürokratik və israfçı olmasıdır. yüksək səviyyəli immiqrasiyanı təşviq edir və ya fəhlə sinfi hesabına böyük biznes elitasına xidmət edən qənaət siyasətinə cavabdeh olan və özəlləşdirməni təşviq edən neoliberal təşkilatdır. Avroskeptisizm həm solda, həm də sağda siyasi spektrin müxtəlif qruplarında müşahidə edilir və çox vaxt populist partiyalarda rast gəlinir. Eyni səbəblərə görə AB-ni tənqid edərkən, solçu avroskeptik populistlər daha çox Avropa borc böhranı və Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı kimi iqtisadi məsələlərə diqqət yetirirlər, Avroskeptik sağ -qanad populistlər Avropa miqrant böhranına diqqət yetirirlər.O, daha çox millətçilik və immiqrasiya kimi məsələlərə diqqət yetirir. 2000-ci illərdən bəri radikal sağ partiyaların artması avroskeptisizmin artması ilə güclü şəkildə bağlıdır. == Terminologiya == Mübahisə etmək olar ki, Avroskeptik düşüncənin bir neçə fərqli növü var ki, onlar öz tərəfdarlarının Aİ-yə üzv dövlətlər arasında inteqrasiyanı rədd etmə dərəcələri və bunun səbəbləri ilə fərqlənirlər. Aleks Szczerbiak və Paul Taggart onlardan ikisini sərt və yumşaq avroskeptisizm olaraq təyin etdilər.
Avropa tarixi
Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir. Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar.
Avropa tüviyi
Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb. == Qısa təsviri == Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#avropa-atlantika nədir? #avropa-atlantika sözünün mənası #avropa-atlantika nə deməkdir? #avropa-atlantika sözünün izahı #avropa-atlantika sözünün yazılışı #avropa-atlantika necə yazılır? #avropa-atlantika sözünün düzgün yazılışı #avropa-atlantika leksik mənası #avropa-atlantika sözünün sinonimi #avropa-atlantika sözünün yaxın mənalı sözlər #avropa-atlantika sözünün əks mənası #avropa-atlantika sözünün etimologiyası #avropa-atlantika sözünün orfoqrafiyası #avropa-atlantika rusca #avropa-atlantika inglisça #avropa-atlantika fransızca #avropa-atlantika sözünün istifadəsi #sözlük