Avrora sözü azərbaycan dilində

Avrora

Yazılış

  • Avrora • 94.3503%
  • avrora • 4.5198%
  • AVRORA • 1.1299%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avrora
Avrora (mifologiya) — mifologiya Avrora (kreyser) — kreyser Avrora (kəpənək) — kəpənək Avrora (qəsəbə) — Lənkəran rayonunda qəsəbə Avrora metrostansiyası — Qara Qarayev metrostansiyasının əvvəlki adı. Avrora Qrup — Azərbaycan şirkəti.
Avrora (kreyser)
Avrora (rus. Аврора) — Rusiya imperiyasının dəniz qüvvələrinə məxsus döyüş gəmisi. 1957-ci ildən etibarən Sankt-Peterburqda Neva çayı kənarında gəmi muzeyində saxlanılır.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. == Görünüşü == Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. == İnkişaf == Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. === Yarımnövləri === A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Avrora (mifologiya)
Avrora (lat. Aurora) — Roma mifologiyasına görə dan şəfəqi ilahəsi. Yunan mifologiyasında Avrora Eos adlanır. Qütb parıltıları öz elmi adını məhz ilahə Avroranın adından götürmüşdür. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Avrora (müğənni)
Avrora Aksnes (15 iyun 1996, Stavanqer[d]) — Aurora kimi tanınan Norveçli müğənni, mahnı-müəllifi və musiqi prodüseri. Altı yaşında ilk mahnılarını yazmağı və rəqs etməyi öyrənməyə başlayıb. Onun bəzi mahnıları internetə yükləndikdən və Norveçdə məşhurlaşdıqdan sonra o, 2014-cü ildə Petroleum Records, Decca və Glassnote Records ilə səsyazma müqaviləsi imzaladı. Avrora debüt mini albomu olan "Running with the Wolves" (2015) ilə tanındı, albom "Runaway" hitini ehtiva edirdi.
Avrora (qəsəbə)
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Avrora Qrup
== Haqqında == Avrora Qrup distribütor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. “Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribütor şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribütor şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. 2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır.
Avrora Salamova
Avrora Əbdüləziz qızı Salamova (19 iyun 1933 – 1986) — Azərbaycan SSR Əməkdar memarı. == Həyatı == Avrora Salamova 19 iyun 1933-cü ildə anadan olub."Azərdövlətlayihə" İnstitutunda işləmişdir. 1986-cı ildə vəfat etmişdir. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Avrora Salamovaya həsr edilmişdir.
Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Avrora adası
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Avrora metrostansiyası
Qara Qarayev metrostansiyası (1991-ə qədər Avrora metrostansiyası) — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda Qara Qarayevin "Yeddi Gözəl" baletindən fraqment səslənir. == Memarlığı == Metrostansiyanın baş memarı Hənifə Ələsgərov olmuşdur.
Avrora (nəşriyyat)
Avrora — SSRİ və Rusiya ixtisaslaşmış nəşriyyatı. Mərkəzi Sankt-Peterburqdadır, lakin Moskvada da filialı var. 1969-cu ildə "Sovetski xudojnik" nəşriyyatının Leninqrad filialının bazasında yaradılmışdır. Nəşriyyat bədii albomlar, rəsm əsərlərinin reproduksiyaları, rus və xarici dillərdə mətnləri olan açıqcalar və bukletlər nəşr edir. "Avrora" nəşriyyat evinin saytında yerləşdirilən məlumata görə, nəşriyyatın mövcud olduğu dövrdə ümumi tirajı 1,300,000,000 nüsxədən çox olan 23 minə yaxın nüsxə buraxılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Власов В. Г. «Аврора» // Виктор Власов (redaktor). Новый энциклопедический словарь изобразительного искусства. 1. СПб.: Азбука-Классика. 2004.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2004 ••••••••• 0.67
2006 ••••••••••••••••• 1.35
2007 •••••••• 0.63
2008 ••••••••••••• 0.97
2009 •••••••••••• 0.96
2010 •••••••••••••••• 1.27
2011 •••••• 0.43
2012 ••••• 0.34
2013 •••••••••••••••••••• 1.60
2014 ••••• 0.34
2015 ••••••••••••••• 1.19
2016 ••••••••••••• 1.04
2017 ••••••• 0.49
2019 •• 0.14
2020 •• 0.13

Oxşar sözlər

#avrora nədir? #avrora sözünün mənası #avrora nə deməkdir? #avrora sözünün izahı #avrora sözünün yazılışı #avrora necə yazılır? #avrora sözünün düzgün yazılışı #avrora leksik mənası #avrora sözünün sinonimi #avrora sözünün yaxın mənalı sözlər #avrora sözünün əks mənası #avrora sözünün etimologiyası #avrora sözünün orfoqrafiyası #avrora rusca #avrora inglisça #avrora fransızca #avrora sözünün istifadəsi #sözlük