Avstraliyada sözü azərbaycan dilində

Avstraliyada

Yazılış

  • Avstraliyada • 99.8789%
  • avstraliyada • 0.1211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstraliyada islam
Avstraliyada islam (ing. Islam in Angola) — islam dini Avstraliya ərazisində. == Tərəfdarları == 2015-ci ilin noyabrında Sidney şəhərində Avstraliya Müsəlman Partiyası adlı siyasi qurum yaradılıb. Bu ölkədə ilk müsəlman partiyasıdır. Partiyanın qurucusu Diaa Mohameddir. == Əleyhdarları == Avstraliyada 6 antiislam partiyası fəaliyyət göstərir. Onlar məscdilərin bağlanmasını, halal məhsulların qadağan olunmasını tələb edirlər.
Avstraliyada multikulturalizm
Avstraliyada multikulturalizm — dünya multikulturalizm siyasətini Kanadadan sonra rəsmi olaraq tətbiq edən ölkə Avstraliyadır. Avstraliya materikinə Avropa mənşəli insanlar hələ gəlməmişdən əvvəl bu məkanda çoxlu sayda aborigen xalqlar yaşamışdır. Bu ölkədə 200-dən 400-ə qədər azsaylı xalqların dilləri ünsiyyət vasitəsi olaraq qalmaqda davam edir. Son verilən məlumatlara görə, hələ də bu ölkədə 260 dildə danışan kiçik birliklər və xalqlar mövcuddur. == Müasir Avstraliya əhalisi == Müasir Avstraliya əhalisinin əksəriyyətini XIX əsrin əvvəllərindən başlayaraq avropalıların immiqrasiya dalğası formalaşdırmışdır. Avstraliya əhalisi çox multi-kultural xalqdır. İkinci dünya müharibəsindən sonra ölkəyə 7 milyon insan köçmüşdür. Bu gün əhalisinin 22 milyonu ölkə xaricində dünyaya gələn insanlardan ibarətdir. İmmiqrantladan başqa Avstraliyada 260 dildə danışan və özlərini müxtəlif qəbilə soyları ilə identifikasiya edən 270-dən çox yerli xalq vardır. Avstraliya hökuməti multikulturalizmi milli maraqlar çərçivəsində götürərək, ölkə əhalisinin bütün sosial qruplarının maraqlarını əsas tutaraq, ədalət və inteqrasiya prinsiplərinə söykənir.
Avstraliyada din
Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər. == Tarixi == Avropa məskunlaşması zamanı avstraliyalı aborigenlərin öz dini adət-ənənələri var idi, xüsusən də Yuxu vaxtı, məsələn, Mirça Eliade onları belə müəyyənləşdirir: "Avstraliyanın yerli əhalisi arasında əsas inam var ki, dünya, insan, müxtəlif heyvanlar və bitkilər sonradan yoxa çıxan bəzi fövqəltəbii varlıqlar tərəfindən yaradılmışdır".
Avstraliyada ali təhsil
Avstraliyada ali təhsil — Avstraliya təhsil sisteminin tərkib hissəsi. == Qəbul == Avstraliya ali məktəblərində qəbul imtahanı yoxdur. Universitetlərə qəbul orta məktəbi birməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə görə aparılır. Sertifikatın adı müxtəlif ştatlarda müxtəlif cür adlansa da, qəbul zamanı onlar eyni götürülür. == Avstraliyada ali təhsil == Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar. Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlara yönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.
Avstraliyadakı vulkanların siyahısı
Aşağıdakı cədvəldə Avstraliya ərazisində yerləşən vulkanların siyahısı haqqında məlumatlar verilmişdir.

"avstraliyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avstraliyada nədir? #avstraliyada sözünün mənası #avstraliyada nə deməkdir? #avstraliyada sözünün izahı #avstraliyada sözünün yazılışı #avstraliyada necə yazılır? #avstraliyada sözünün düzgün yazılışı #avstraliyada leksik mənası #avstraliyada sözünün sinonimi #avstraliyada sözünün yaxın mənalı sözlər #avstraliyada sözünün əks mənası #avstraliyada sözünün etimologiyası #avstraliyada sözünün orfoqrafiyası #avstraliyada rusca #avstraliyada inglisça #avstraliyada fransızca #avstraliyada sözünün istifadəsi #sözlük