avstraliyalılar sözü azərbaycan dilində

avstraliyalılar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avstraliyalılar • 83.8710%
  • Avstraliyalılar • 16.1290%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstraliyalılar
Avstraliyalılar (ing. Australians) — Avstraliyada yaşayan və ya vətəndaşlığı ilə əlaqəli insanlara verilən ad. Bu əlaqə yaşayış, hüquqi, tarixi və ya etnomədəni formada ola bilər. Əksər avstraliyalılar üçün bu əlaqələrin bir neçəsi (yaxud hamısı) mövcuddur. Avstraliya qanunu vətəndaşlığın irqi və ya etnik komponentini təmin etmir, bunun əvəzinə hüquqi status kimi vətəndaşlığa əsaslanır. İkinci Dünya müharibəsindən sonrakı dövrdən etibarən Avstraliya rəsmi multikulturalizm siyasəti yürüdür və 2019-cu ildə immiqrantlar əhalinin 30 faizini təşkil edirdi.
Anql-Avstraliyalılar
Anql-Avstraliyalılar, avstraliyalılar – Avstraliyanın əsas əhalisi, xalq. == Ümumi məlumat == Sayı 13,8 mln. nəfərdir (2000). Həmçinin Yeni Zelandiya, Papua–Yeni Qvineya, B.Britaniya, ABŞ və s. ölkələrdə yaşayırlar. İngilis dilinin Avstraliya variantında danışırlar. Dindarları xristiandır. Anql-Avstraliyalılar etnogenezində, əsasən İrlandiya, Şotlandiya və İngiltərədən, həmçinin İtaliya, Almaniya və Niderlanddan köçüb gələnlər iştirak etmişlər. 19-cu əsrin 50-ci illərində qızıl yataqlarının kəşf edilməsindən sonra B.Britaniyadan bu yerlərə mühacirət daha da gücləndi. Avstraliyanın müstəmləkələşdirilmə dövründə aborigenlər – avstraliyalılar və tasmaniyalılar məhv edilir və ya əlverişsiz ərazilərə sıxışdırılırdı.
Yerli avstraliyalılar
Yerli avstraliyalılar — Britaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləri və Torres boğazı adalıları daxildir. Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır. Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər. Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.

Oxşar sözlər

#avstraliyalılar nədir? #avstraliyalılar sözünün mənası #avstraliyalılar nə deməkdir? #avstraliyalılar sözünün izahı #avstraliyalılar sözünün yazılışı #avstraliyalılar necə yazılır? #avstraliyalılar sözünün düzgün yazılışı #avstraliyalılar leksik mənası #avstraliyalılar sözünün sinonimi #avstraliyalılar sözünün yaxın mənalı sözlər #avstraliyalılar sözünün əks mənası #avstraliyalılar sözünün etimologiyası #avstraliyalılar sözünün orfoqrafiyası #avstraliyalılar rusca #avstraliyalılar inglisça #avstraliyalılar fransızca #avstraliyalılar sözünün istifadəsi #sözlük