Avstriyan sözü azərbaycan dilində

Avstriyan

Yazılış

  • Avstriyan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstriyanın dövlət quruluşu
Avstriyanın dövlət quruluşu — Avstriya Respublikasında dövlət hakimiyyəti. == Xüsusiyyətləri == Avstriya federativ respublikadır. Qüvvədə olan konstitusiyası 1920-ci ildə qəbul olunmuşdur. Dövlət başçısı olan federal prezident əhali tərəfindən 6 il müddətinə seçilir. Ali qanunverici hakimiyyət orqanı olan parlament iki palatadan – Milli Şura və Federal Şuradan ibarətdir. İcraedici hakimiyyəti hökumət (kansler, vitse-kansler və nazirlər) həyata keçirir. Prezident kansleri və onun təqdimatı ilə nazirləri təyin edir. Hökumət Milli Şura qarşısında məsuldur. Hər ərazinin öz konstitusiyası və parlamenti (landtaqı) var.19 yaşına çatmış vətəndaşlar aktiv (seçmək), 25 yaşına çatmış vətəndaşlar isə passiv (seçilmək) seçki hüququna malikdir. Hər ərazisə seçkili orqanları olan yerli və vilayət icmaları var.
Avstriyanın inzibati bölgüsü
Konstitusiyaya görə, Avstriya federativ respublikadır və 9 torpaqdan (alm. Bundesländer‎) ibarətdir.
Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag‎) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich‎) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı — Avstriya ərazisinin Müttəfiqlər dövlətlərin silahlı qüvvələri tərəfindən müvəqqəti işğalı. İşğal 1945-ci ilin aprelində Müttəfiqlərin nəzarəti altında olan Avstriyanın Vyana əməliyyatının nəticəsi olaraq Almaniyadan müstəqilliyini elan etməsi ilə başlamış və 27 iyul 1955-ci ildə Avstriya ilə dövlət müqaviləsi nəticəsində sona çatmışdır. 1938-ci ildə baş tutmuş Anşlussdan sonra Avstriya ümumiyyətlə Nasist Almaniyasının bir hissəsi kimi tanınmışdır. Bununla belə, 1943-cü ildə Müttəfiqlər Moskva Bəyannaməsində Avstriyanın nasist cinayətlərindəki rolu inkar edilməmək şərtilə ölkənin nasist təcavüzünün ilk qurbanı kimi qəbul ediləcəyi, müharibədən sonra azad edilmiş və müstəqil ölkə kimi rəftar ediləcəyi barədə razılığa gəlmişdilər. İkinci Dünya müharibəsindən dərhal sonra Avstriya dörd zonaya bölünmüş, Britaniya, Sovet İttifaqı, ABŞ və Fransa tərəfindən birgə işğal edilmişdir. Vyana da eyni şəkildə bölünmüşdür, lakin mərkəzi rayon Müttəfiq Nəzarət Şurası tərəfindən kollektiv şəkildə idarə olunmuşdur. Almaniya 1949-cu ildə Şərqi və Qərbi olmaqla iki hissəyə bölündüyü halda, Avstriya 1955-ci ilə qədər Qərb Müttəfiqləri və Sovet İttifaqının birgə işğalı altında qalmışdır. Onun statusu Soyuq müharibədə Xruşşov mülayimləşməsi dövrünə qədər mübahisəli mövzuya çevrilmişdir. Avstriyanın əbədi neytrallıq vədlərindən sonra 15 may 1955-ci ildə Avstriyaya tam müstəqillik verilmişdir və sonuncu işğal qoşunları həmin il 25 oktyabr tarixində ölkədən ayrılmışdır. == Zəmin == 1943-cü il Moskva konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Almaniyanın Avstriyanın ilhaqını "boş və etibarsız" hesab etmək qərarına gəlmişdilər.

"avstriyan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avstriyan nədir? #avstriyan sözünün mənası #avstriyan nə deməkdir? #avstriyan sözünün izahı #avstriyan sözünün yazılışı #avstriyan necə yazılır? #avstriyan sözünün düzgün yazılışı #avstriyan leksik mənası #avstriyan sözünün sinonimi #avstriyan sözünün yaxın mənalı sözlər #avstriyan sözünün əks mənası #avstriyan sözünün etimologiyası #avstriyan sözünün orfoqrafiyası #avstriyan rusca #avstriyan inglisça #avstriyan fransızca #avstriyan sözünün istifadəsi #sözlük