Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd.
== Tarixi ==
Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.