axışqan sözü azərbaycan dilində

axışqan

Yazılış

  • axışqan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axışqan
Fizikada Axışqan ya Səyyal, tətbiq olunan kəsmə gərginliyi və ya xarici qüvvə altında davamlı deformasiyaya uğrayan (axan) maye, qaz və ya digər materialdır. Onların kəsmə modulu sıfırdır və ya daha sadə dillə deyilsə, onlara tətbiq edilən hər hansı kəsmə qüvvəsinə müqavimət göstərə bilməyən maddələrdir. Axışqan termini ümumiyyətlə həm maye, həm də qaz fazalarını əhatə etsə də, onun tərifi elm sahələri arasında dəyişir. Bərk cism tərifləri də dəyişir və sahədən asılı olaraq bəzi maddələr həm maye, həm də bərk ola bilər.
Axışqanlar mexanikası
Hidroaeromexanika — axıcı maddələrin (mayelərin, qazların və plazmaların) mexanikasını və onlara təsir edən qüvvələri öyrənən fizika sahəsi. Onun mexaniki, mülki, kimyəvi və biotibbi mühəndislik, geofizika, okeanoqrafiya, meteorologiya, astrofizika və biologiya da daxil olmaqla geniş spektrdə tətbiqləri var. Onu maye və qazların statikasına, yəni sükunətdə olan axıcıların öyrənilməsinə və onların dinamikasına, yəni qüvvələrin axıcıların hərəkətinə təsirinin öyrənilməsinə ayırmaq olar. O maddənin atomlardan təşkil olunduğunu nəzərə almadan onu modelləşdirən bütöv mühit mexanikasının bir qoludur; yəni burada maddə mikroskopik yox, makroskopik baxımdan modelləşdirilir. Hidroaeromexanika, xüsusən də hidroaerodinamika tipik olaraq kompleks riyazi aktiv tədqiqat sahəsidir. Bir çox problemlər qismən və ya tamamilə həll edilməmişdir və ən yaxşı formada isə ədədi üsullarla, adətən, kompüterlərdən istifadə etməklə həll edilmişdir. Hesablamalı hidroaerodinamika adlanan müasir elm sahəsi bu yanaşmaya həsr edilmişdir. Axınların vizuallaşdırılması və analizi üçün eksperimental üsul olan hissəciklərin sürətinin vizual ölçülməsi də axının yüksək vizual təbiətinə əsaslanır. == Qısa tarix == Hidroaeromexanikaya dair çalışmalar öz başlanğıcını ən azı Antik Yunanıstandan götürür. Bu dövrün ən sanballı çalışması Arximed tərəfindən maye və qazların statikasına və qaldırma qüvvəsinin tədqiqinə həsr olunmuş "Üzən Cisimlərə Dair" əsəridir.

Oxşar sözlər

#axışqan nədir? #axışqan sözünün mənası #axışqan nə deməkdir? #axışqan sözünün izahı #axışqan sözünün yazılışı #axışqan necə yazılır? #axışqan sözünün düzgün yazılışı #axışqan leksik mənası #axışqan sözünün sinonimi #axışqan sözünün yaxın mənalı sözlər #axışqan sözünün əks mənası #axışqan sözünün etimologiyası #axışqan sözünün orfoqrafiyası #axışqan rusca #axışqan inglisça #axışqan fransızca #axışqan sözünün istifadəsi #sözlük