Sol ayağım (kitab)
Sol ayağım — Kristi Braunun 5 iyun 1932-ci ildə Dublində serebral iflic olmasından sonra 1954-cü ildə yazdığı avtobioqrafik əsər.
== Məzmun ==
Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi.
Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan "Hər gün nisgil" romanını yazmışdır.