aybaşı sözü azərbaycan dilində

aybaşı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aybaşı • 89.6552%
  • Aybaşı • 8.6207%
  • AYBAŞI • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.64
2010 •••••••••••• 0.36
2011 ••• 0.09
2013 ••••• 0.15
2014 •••••• 0.17
2016 ••••••••••• 0.35
2019 ••••••••• 0.28

aybaşı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı; adət, heyz. Aybaşı orta beyindəki cinsiyyət mərkəzləri ilə tənzim olunur. 2. Ürəkkeçmə.

    Azərbaycan dilinin izahlı lüğəti / aybaşı

aybaşı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 AYBAŞI (həddi-büluğa çatmamış qızlarda, həmçinin qadınlarda hər ay müəyyən vaxtlarda uşaqlıqdan qan ifrazı); HEYZ Heyz, ər ilə arvadın əlaqəsi, doğmaq, balanın cismani tərbiyəsi – bunların hamısının sirlərinə agah olmağa tibbə dair geniş məlumat lazımdır (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / aybaşı

aybaşı sözünün rus dilinə tərcüməsi

  • 1 1. регулы, менструация, месячные (у женщины); 2. помесячная плата;

    Azərbaycanca-rusca lüğət / aybaşı
  • 2 сущ. 1. месячные; менструация, регулы. Aybaşının ləngiməsi задержка менструации 2. припадок; aybaşı görmək менструировать, aybaşının kəsilmə dövrü климактерий, климакс

    Azərbaycanca-rusca lüğət / aybaşı

aybaşı sözünün inglis dilinə tərcüməsi

aybaşı sözünün fransız dilinə tərcüməsi

aybaşı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. вацран кьилер (агакьнавай рушарин, дишегьлийрин аялдин кӀваляй гьар вацра иви къведай вахт); 2. чӀур хьун, вич-вичелай фин (рикӀ элкъвена); чӀур жедай хесет.

    Azərbaycanca-ləzgicə lüğəti / aybaşı

Oxşar sözlər

#aybaşı nədir? #aybaşı sözünün mənası #aybaşı nə deməkdir? #aybaşı sözünün izahı #aybaşı sözünün yazılışı #aybaşı necə yazılır? #aybaşı sözünün düzgün yazılışı #aybaşı leksik mənası #aybaşı sözünün sinonimi #aybaşı sözünün yaxın mənalı sözlər #aybaşı sözünün əks mənası #aybaşı sözünün etimologiyası #aybaşı sözünün orfoqrafiyası #aybaşı rusca #aybaşı inglisça #aybaşı fransızca #aybaşı sözünün istifadəsi #sözlük