aysorlar sözü azərbaycan dilində

aysorlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aysorlar • 62.5000%
  • Aysorlar • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aysorlar
Aysorlar, asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar. Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar. == Tarixi == Kökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar.
Gürcüstan aysorları
Gürcüstan aysorları — 2014-cü il əhalinin siyahıya alınmasına görə Gürcüstanda 2377 nəfər aysor yaşayır (1989-cu ildə - 6206 nəfər). == Tarixi == Gürcüstan torpağına ayaq basmış ilk aysorlar Müqəddəs Yəhya Zedaznlı və 6-cı əsrdə Suriyadan gəlmiş 12 şagirdi hesab olunur. Onlar Gürcüstan monastırlığının qurucuları olmuş, gürcü mədəniyyətində və mənəviyyatında görkəmli rol oynamışlar. XVIII əsrin ikinci yarısında Kartli-Kaxeti çarı II İraklinin rəhbərliyi altında, Gürcüstanı öz protektoratlığına çevirən Rusiya İmperiyasının dəstəyi ilə çox sayda xristian, o cümlədən aysor Osmanlı İmperiyasından Gürcüstana köçürr. İran və Türkiyədən əmək miqrasiyası şəklində yeni köçürmə dalğası, 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsindən sonra başlayır. Nəhayət aysorların Önqafqaza ən böyük köçü 1915-1917-ci illərdə, Osmanlı İmperatorluğunun şərqində yaşayan aysorların çoxunun köç etmək məcburiyyətində qaldığı dövrdə baş verir. Bu gün Gürcüstanda olan aysorların əksəriyyəti elə həmin köçkünlərin nəsilləridir. == Yayılması == Gürcüstan aysorları əsasən şəhərlərdə yaşayırlar - Tiflis, Qardabani, Rustavi, Kutaisi, Batumi, Zuqdidi. Gündəlik həyatda yeni arami, gürcü və rus dillərində danışırlar. Qardabani şəhərində yaşayan aysorların bir hissəsi yeni arami dilinin Şimaliboxtan ləhcəsində danışır.
Azərbaycan aysorları
Azərbaycan aysorları (özünüadlandırma: süry. ܣܘܿܓܪܵܚ, soqrax):148 — aysor diasporunun bir hissəsi, Azərbaycanda yaşayan etnik qrup. Aysorların Cənubi Qafqaza ilk köçləri xristianlığın yayılması ilə əlaqədardır və VI əsrə aid Keşikçidağ məbədinin On üç aysor ataya aid edilir. Onların əsas köçü Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiya imperiyası tərəfindən kurasiya edilmişdir. Birinci Dünya müharibəsində Osmanlı imperiyası tərəfindən həyata keçirilən "səyfo" nəticəsində Azərbaycana daha çox aysor köçmüşdür. Onlardan bəri XX əsrin ortalarında SSRİ hakimiyyəti tərəfindən sürgün edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı çox sayda aysor ksenofobiya səbəbilə Azərbaycanı tərk edərək Rusiyaya, həmçinin Ermənistana və tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisinə köç etmişdir. Əksəriyyəti xristian olan Azərbaycan aysorları Azərbaycan adət-ənənələrini mənimsəmiş və islamdan təsirlənmişdir, həmçinin Azərbaycan dilini bilirlər. Onlar asoru şəxs adlarından istifadə edirlər. == Tarixi == Azərbaycanda aysorların müxtəlif köç mərhələləri olmuşdur.

aysorlar sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#aysorlar nədir? #aysorlar sözünün mənası #aysorlar nə deməkdir? #aysorlar sözünün izahı #aysorlar sözünün yazılışı #aysorlar necə yazılır? #aysorlar sözünün düzgün yazılışı #aysorlar leksik mənası #aysorlar sözünün sinonimi #aysorlar sözünün yaxın mənalı sözlər #aysorlar sözünün əks mənası #aysorlar sözünün etimologiyası #aysorlar sözünün orfoqrafiyası #aysorlar rusca #aysorlar inglisça #aysorlar fransızca #aysorlar sözünün istifadəsi #sözlük