ayıq sözü azərbaycan dilində

ayıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayıq • 92.0290%
  • Ayıq • 7.0048%
  • AYIQ • 0.9662%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhməd Ayıq
Əhməd Ayıq (türk. Ahmet Ayık d. 31 mart 1938; Sivas, Türkiyə) — türk güləşçi. Dünya və Olimpiya çempionu olan Əhməd Ayıq, Türkiyənin sərbəst güləş üzrə ən uğurlu idmançılarından biridir. Sultan Əbdüləziz pəhləvanlarından Qaraoğlanın nəvəsidir. Köhnəkənddə ilk dəfə qaraqucaq güləşi ilə məşğul oldu. Əsgərliyi əsnasında döşəyə çıxdı. 1961-ci ildə milli güləş komandasına seçildi. Sərbəst güləş ilə məşğul oldu. Adriatik Kubokunda qazandığı ikincilik onun beynəlxalq sahədə əhəmiyyətli dərəcəsi oldu (1962).
Adi ayıqulağı
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Ayıqulaq sığırquyruğu
Ayıqulaq sığırquyruğu (lat. Verbascum thapsus) - sığırquyruğu cinsinə aid bitki növü.
Ayıqulağı
Ayıqulağı (lat. Arctostaphylos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Şam işığı ayıqlığı
Şam işığı ayıqlığı — insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır.Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimin niyə keçirildiyini və nəyi təmsil etdiyini izah edən nitq söyləyir. Bu mərasimlərin dini mənası da ola bilər. Milad bayramında bir çıx kilsələr Şam işığı ayıqlığı keçirirlər Bu mərasimlər iştirak edənləri birləşdirmək və dəstəkləməklə bərabər zor göstərmədən məlumatlandırmağı və dəyişikliyə motivasiya etməyi də mümkün edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.26 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 13.70
2003 ••••••••••••• 8.27
2004 •••••••••• 6.74
2005 ••• 2.02
2006 •••••••••••• 8.11
2007 ••••••••• 5.50
2008 •••• 2.19
2009 ••••••• 4.32
2010 ••••••• 4.27
2011 •••••• 3.77
2012 •••• 2.15
2013 •••••••• 4.96
2014 •••••• 3.95
2015 ••• 1.70
2016 •••••• 3.64
2017 ••••• 3.09
2018 •••••••••• 6.29
2019 ••••••• 4.17
2020 •••••••• 5.30

ayıq sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf 1. Bayğınlığı, məstliyi keçmiş, ağlı başında. İnsanlar(ın) elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. M.S.Ordubadi. 2. Yuxuda olmayan, oyanıq, sərvaxt. Hamı yatmışdı, tək mən ayıq idim. 3. məc. Sayıq, gözüaçıq, ağlı başında, özünü aldatmayan, ehtiyatlı, sağlam fikirli. Ayıq adam. Ayıq olmaq. İşlərə ayıq baxmaq. – İclas bitdikdən sonra tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. M.S.Ordubadi. Həmişə ayıq olan Araz yaxınlıqda ayaq səsləri eşidib yerindən dik atıldı. A.Şaiq. □ Ayıq salmaq – qəflətdə olanı ayıltmaq, ayılmasına səbəb olmaq. Puan Qay çinliləri ayıq salır, onlara edilən zülmü öz oyunları ilə nümayiş etdirir. S.S.Axundov. Dəstədən bir nəfər dilləndi: – Növbətçi görər, siqnal verib almanları ayıq salar. M.Hüseyn. [Firidun] itləri ayıq salacağından qorxaraq, nəfəsini belə çıxarmırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ayıq

ayıq sözünün etimologiyası

  • 1 Mənbələrdə göstərilir ki, oy (ay) sözünün bir mənası “ağıl”, “fikir” deməkdir. Oyaq və oyan sözlərinin törəmə etimoloji kökü “oya”dır. Daha qədim kök isə “oy”dur. -a şəkilçisi isə onu feilə (yaş-a-maq modeli üzrə), -q şəkilçisi (əsli; -aq şəkilçisi) isə sifətə çevirmiş, -n şəkilçisi isə feilin qayıdış növünü yaratmışdır. Ayıq, “ağıllı”, “fikri yerində olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayıq

ayıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ayıq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AYIQ – BAYĞIN Xəfiyyə vaxtında üstünə düşüb, yaman ayıqdırlar ha! (M.İbrahimov); Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq). AYIQ – YUXULU Lakin hər ayıq və zirək adamı ağıllı hesab etmək olmaz (M.Talıbov); Gecədir... Kənd yuxulu; nə işıq var, nə tüstü (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti / ayıq

ayıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. бдительный, чуткий, настороженный, сметливый; 2. трезвый, бодрый, бодрствующий; 3. находящийся в сознании (о больном); 4. востряк;

    Azərbaycanca-rusca lüğət / ayıq
  • 2 I прил. 1. бдительный, настороженный. Ayıq olun будьте бдительны 2. чуткий (быстро реагирующий). Ayıq at чуткий конь 3. трезвый. Ayıq baxış трезвый взгляд 4. сметливый, сообразительный, догадливый, находчивый II нареч. чутко. Ayıq yatmaq спать чутко, спать некрепким сном ◊ ayıq ol держи ухо востро, держи ушки на макушке; ayıq salmaq kimi взбудоражить; ayıq olmaq: 1. бодрствовать; быть начеку; 2. быть трезвым; qazdan ayıq сметливый, сообразительный

    Azərbaycanca-rusca lüğət / ayıq

ayıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. (yatmamaış) awake, wakeful; ~ gecələr wakeful nights; ~ gözlər wakeful eyes; ~ olmaq 1) (yatmamaq) to be* awake; bütün gecəni ~ olmaq / yatmamaq to lie* awake all night; 2) (sayıq olmaq) to be* watchful / vigilant; 2. (sayıq) vigilant, watchful; 3. (içməmiş) sober; not drunk II. z. light, vigilantly; ~ yatmaq to sleep light; ~ salmaq to awaken (d. to), to arouse (d.)

    Azərbaycanca-ingiliscə lüğət / ayıq

ayıq sözünün fransız dilinə tərcüməsi

ayıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. уях, кьил-кьилел алай, вич-вичел алай; // нареч. уях, уяхдиз; 2. ксанвачир, ахвара авачир, уях; 3. пер. вилер ахъа, фад хабар кьадай, фад гьисс ийидай, мукъаят, игьтиятлу, аюх; ayıq adam аюх кас; ayıq olmaq аюх хьун; ayıq salmaq пер. аюхарун, вилер ахъаюн.

    Azərbaycanca-ləzgicə lüğəti / ayıq

"ayıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayıq nədir? #ayıq sözünün mənası #ayıq nə deməkdir? #ayıq sözünün izahı #ayıq sözünün yazılışı #ayıq necə yazılır? #ayıq sözünün düzgün yazılışı #ayıq leksik mənası #ayıq sözünün sinonimi #ayıq sözünün yaxın mənalı sözlər #ayıq sözünün əks mənası #ayıq sözünün etimologiyası #ayıq sözünün orfoqrafiyası #ayıq rusca #ayıq inglisça #ayıq fransızca #ayıq sözünün istifadəsi #sözlük