Azərbaycandakı sözü azərbaycan dilində

Azərbaycandakı

Yazılış

  • Azərbaycandakı • 99.9423%
  • AZƏRBAYCANDAKI • 0.0279%
  • azərbaycandakı • 0.0259%
  • AZərbaycandakı • 0.0040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycandakı qəsəbələr
Bu məqalə Azərbaycandakı qəsəbələrin siyahısını və əlaqəli məlumatları ehtiva edir. Azərbaycanda qəsəbə ölkə əhalisinin əksəriyyətinin iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahidinə verilən statusdur. İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır. Keçmişdə Azərbaycanın inzibati-ərazi bölgüsündə şəhər tipli qəsəbələr də var idi. Əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çox olurdusa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilirdi.
Azərbaycandakı şəhərlər
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Azərbaycandakı karvansaraların siyahısı
Azərbaycandakı karvansaraların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən karvansaralar. İlk karvansaralar 5–6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində — Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6–3 minillikdə, yəni 5–6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl 5 əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi.
Azərbaycandakı kilsələrin siyahısı
== Bakı ==
Azərbaycandakı mayakların siyahısı
== Mayaklar ==
Azərbaycandakı məscidlərin siyahısı
Azərbaycandakı məscidlərin siyahısı — Azərbaycan Respublikasında 2 mindən çox məscid mövcuddur. Sovetlərin son dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunmuşdur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. 1993–2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. == Tarix == Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. 1943 Tehran konfransından sonra Stalinlə əldə edilmiş razılaşmaya əsasən SSRİ ərazisində bir sıra dini məkanların açılmasına icazə verildi. Bununla əlaqədar Bakıda da Təzə Pir məscidi və Göy məscidin fəaliyyəti bərpa edildi.
Azərbaycandakı futbol klubları
Bu siyahı Azərbaycanda yaradılmış, fəaliyyət göstərən və fəaliyyətini dayandırmış futbol klublarını ehtiva edir. Siyahıda 282 klub vardır.
Azərbaycandakı quşların siyahısı
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Azərbaycandakı qəsəbələrin siyahısı
Bu məqalə Azərbaycandakı qəsəbələrin siyahısını və əlaqəli məlumatları ehtiva edir. Azərbaycanda qəsəbə ölkə əhalisinin əksəriyyətinin iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahidinə verilən statusdur. İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır. Keçmişdə Azərbaycanın inzibati-ərazi bölgüsündə şəhər tipli qəsəbələr də var idi. Əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çox olurdusa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilirdi.
Azərbaycandakı çayların siyahısı
Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar. Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar: Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları; Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları; Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları. == Ümumi məlumat == Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylar == Dağ çayları == Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Azərbaycandakı şəhərlərin siyahısı
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.
Rusiyanın Azərbaycandakı səfirlərinin siyahısı
Məqalədə Rusiya Federasiyasının Azərbaycandakı səfirlərinin siyahısı təqdim olunub.
Azərbaycandakı futbol klubları siyahısı
Bu siyahı Azərbaycanda yaradılmış, fəaliyyət göstərən və fəaliyyətini dayandırmış futbol klublarını ehtiva edir. Siyahıda 282 klub vardır.
Azərbaycandakı olimpiya idman kompleksləri
Azərbaycandakı olimpiya idman komplekslərinin siyahısı == İdman Komplekslərinin siyahısı == Tofiq Bəhramov adına Respublika Stadionu Bakı İdman Sarayı Respublika Velotreki ​​Heydər Əliyev adına İdman və Konsert Kompleksi Bakı Tennis Akademiyası Bakı Kristal Zalı Milli Gimnastika Arenası Bakı Atıcılıq Mərkəzi Bakı “Su İdman Sarayı” Bakı Avropa Oyunları Parkı Velopark == Olimpiya İdman Komplekslərinin siyahısı == Respublika Olimpiya Mərkəzi Bakı Olimpiya İdman Kompleksi Gəncə Olimpiya İdman Kompleksi Maştağa Olimpiya İdman Kompleksi Paralimpiya İdman Kompleksi “Sərhədçi” İdman Olimpiya Mərkəzi Hövsan Olimpiya İdman Kompleksi Bakı Olimpiya Stadionu Naxçıvan Olimpiya İdman Kompleksi Şəki Olimpiya İdman Kompleksi Bərdə Olimpiya İdman Kompleksi Lənkəran Olimpiya İdman Kompleksi Quba Olimpiya İdman Kompleksi Şamaxı Olimpiya İdman Kompleksi Zaqatala Olimpiya İdman Kompleksi Masallı Olimpiya İdman Kompleksi Qazax Olimpiya İdman Kompleksi Ağdam Olimpiya İdman Kompleksi Salyan Olimpiya İdman Kompleksi Qusar Olimpiya İdman Kompleksi Oğuz Olimpiya İdman Kompleksi Sabirabad Olimpiya İdman Kompleksi Biləsuvar Olimpiya İdman Kompleksi Şəmkir Olimpiya İdman Kompleksi Şərur Olimpiya İdman Kompleksi İsmayıllı Olimpiya İdman Kompleksi Şağan Olimpiya İdman Kompleksi Ağdaş Olimpiya İdman Kompleksi Göyçay Olimpiya İdman Kompleksi Balakən Olimpiya İdman Kompleksi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Füzuli Olimpiya İdman Kompleksi Tovuz Olimpiya İdman Kompleksi İmişli Olimpiya İdman Kompleksi Qəbələ Olimpiya İdman Kompleksi Sumqayıt Olimpiya İdman Kompleksi Astara Olimpiya İdman Kompleksi Cəlilabad Olimpiya İdman Kompleksi Qobustan Olimpiya İdman Kompleksi Şirvan Olimpiya İdman Kompleksi Xaçmaz Olimpiya İdman Kompleksi Qax Olimpiya İdman Kompleksi Saatlı Olimpiya İdman Kompleksi Göygöl Olimpiya İdman Kompleksi Goranboy Olimpiya İdman Kompleksi Yardımlı Olimpiya İdman Kompleksi Tərtər Olimpiya İdman Kompleksi Ağcabədi Olimpiya İdman Kompleksi Beyləqan Olimpiya İdman Kompleksi Abşeron Olimpiya İdman Kompleksi Horadiz Olimpiya-İdman Kompleksi Kürdəmir Olimpiya İdman Kompleksi === İşğaldan azad edilmiş ərazilərdə === Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən Olimpiya idman komplekslərinin tikintisi, Gənclər evlərinin tikintisi, Universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisi nəzərdə tutulur. Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Olimpiya kompleksləri kimə və hara məxsusdur? Olimpiya İdman Komplekslərində vəziyyət ürəkaçan deyil Olimpiya İdman Komplekslərinin İDMANA DƏXLİ YOXDUR... - NAZİRİN NƏZƏRİNƏ...
Azərbaycandakı seysmik stansiyaların siyahısı
Azərbaycanın seysmik stansiyaları — Azərbaycanda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası var. == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Bu telemetrik seysmik stansiyalar vasitəsilə ölkə ərazisində müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir. Dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.
Azərbaycandakı supermarket şəbəkələrinin siyahısı
Bu səhifədə Azərbaycanda yaradılmış və fəaliyyət göstərən supermarket şəbəkələrinin siyahısı verilmişdir. "OBA" Azərbaycanda ən çox filiala malik market şəbəkəsidir. "Grandmart" 2022-ci ildə Qazaxıstanın Aktau şəhərində filial açmış və xarici ölkədə filialı olan ilk yerli supermarket şəbəkəsi olmuşdur. "Bravo" və "Neptun" ölkədə hipermarket açan yeganə supermarket şəbəkələridir. == Hazırda fəaliyyət göstərən == == Keçmişdə fəaliyyət göstərən == Bizim Market Almalı Favorit == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdi?
Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu
Azərbaycandakı türk şəhidliklərinin siyahısı
Azərbaycandakı türk şəhidliklərinin siyahısı — 1918-ci ilin yay və payız aylarında Azərbaycanın müxtəlif yerlərində şəhid olmuş Qafqaz İslam Ordusunun türk şəhidlərinə qoyulmuş abidələrin siyahısı. Şəhidliklər daha çox şəhid olmuş türk əsgərlərin qəbirlərinin üzərində qurulub. Bu qəbirlərin əksəriyyəti sovet işğalından sonra yerli insanlar tərəfindən qorunub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə həmin qəbirlərin yerləşdikləri yerlərdə şəhidliklər tikilib.
Azərbaycandakı ukraynalılar
Azərbaycan ukraynalıları ukr. Українці в Азербайджані — Azərbaycan Respublikası ərazisindəki etnik icmalardan biri. 2009-cu ilin siyahıyaalınmasına əsasən, azərbaycanlı ukraynalıların sayı 21,5 min nəfər idi - bu, Azərbaycanda onuncu ən böyük etnik qrup, slavyan qrupları arasında ikincidir. Ukraynalılar əsasən Bakı şəhərində yaşayırlar. Bakıda onların sayı 21 min nəfərdir. 21 dekabr 2011-ci ildən 25 may 2016-cı il tarixədək Azərbaycan Respublikasında cəmi 61 nəfər “xarici ukraynalı” statusu alıb. Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hazırda 4000-ə yaxın Azərbaycan vətəndaşı özlərini ukraynalı (və ya Ukrayna diasporunun təşkilatlarına cəlb olunur) hesab edir. Azərbaycanın Ukrayna icmasının məlumatına görə, dilini qoruyub saxlayan, adət-ənənələrinə riayət edən, Ukrayna özünüidentifikasiyasını qoruyub saxlayan ukraynalıların sayı 3 min nəfərdən çox deyil. == Tarixi == Ehtimal olunur ki, ukraynalıların müasir Azərbaycan ərazisinə gəlməsinin başlanğıcı I Pyotrun başçılığı ilə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü (1722-1723) və Səfəvilərlə Rusiya arasında 1723-cü il Peterburq müqaviləsinin bağlanması nəticəsində Xəzər dənizinin qərb sahili Tabasaran ilə birlikdə Rusiya imperiyasının nəzarətinə keçdiyi zaman baş vermişdir. Rusiya imperiyasının Qafqazda aparıcı qüvvəsi V.L.Veliçkonun "Qafqaz" (1904) kitabında qeyd etdiyi kimi, kazaklar idi.
Azərbaycandakı otellərin siyahısı
== Bakı ==
Azərbaycandakı sinaqoqların siyahısı
Azərbaycandakı sinaqoqların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən sinaqoqlar. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərində məskunlaşıblar. Yəhudilər Azərbaycanda 3 icma ilə — Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Qennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir. == Sinaqoqların siyahısı == == Həmçinin bax == Azərbaycan yəhudiləri Xabad-Or-Avner təhsil mərkəzi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Azərbaycandakı sinaqoqlar ilə əlaqəli mediafayllar var.
Azərbaycandakı uzunömürlülərin siyahısı
Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər. Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümovdur və o, 168 il yaşayıb. "Hər kim yüz il yaşamasa" adlı kitabda Gədəbəyin 100 yaşlıları haqqında ətraflı məlumat verilir. Kitabda 100 yaşı keçən qadınlar üstünlük təşkil edir. Ümumsayca ən çox uzunömürlülərə Talış dağlarında yerləşən rayonlarda rast gəlinir.. Azərbaycan Milli Elmlər Akademiyasının Fizialogiya İnstitutunda "Uzunömürlülüyün fizialogiyası" laboratoriyası fəliyyət göstərir. 1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb.
Azərbaycandakı vulkanların siyahısı
Azərbaycandakı aktiv və sönmüş vulkanların siyahısı. Bu siyahı lava püskürən vulkanlar haqqındadır. == Mənbə == Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Fransanın Azərbaycandakı səfirliyi
Fransanın Azərbaycan səfirliyi — Fransa Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyidir. Paytaxtda — Bakı şəhərində yerləşir. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 2022-ci ildən Ann Buayondur == Tarixi == Fransanın Azərbaycandakı səfirliyi 16 mart 1992-ci ildə açılıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlərinin siyahısı
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
Azərbaycandakı diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycandakı olimpiya idman komplekslərinin siyahısı
Azərbaycandakı olimpiya idman komplekslərinin siyahısı == İdman Komplekslərinin siyahısı == Tofiq Bəhramov adına Respublika Stadionu Bakı İdman Sarayı Respublika Velotreki ​​Heydər Əliyev adına İdman və Konsert Kompleksi Bakı Tennis Akademiyası Bakı Kristal Zalı Milli Gimnastika Arenası Bakı Atıcılıq Mərkəzi Bakı “Su İdman Sarayı” Bakı Avropa Oyunları Parkı Velopark == Olimpiya İdman Komplekslərinin siyahısı == Respublika Olimpiya Mərkəzi Bakı Olimpiya İdman Kompleksi Gəncə Olimpiya İdman Kompleksi Maştağa Olimpiya İdman Kompleksi Paralimpiya İdman Kompleksi “Sərhədçi” İdman Olimpiya Mərkəzi Hövsan Olimpiya İdman Kompleksi Bakı Olimpiya Stadionu Naxçıvan Olimpiya İdman Kompleksi Şəki Olimpiya İdman Kompleksi Bərdə Olimpiya İdman Kompleksi Lənkəran Olimpiya İdman Kompleksi Quba Olimpiya İdman Kompleksi Şamaxı Olimpiya İdman Kompleksi Zaqatala Olimpiya İdman Kompleksi Masallı Olimpiya İdman Kompleksi Qazax Olimpiya İdman Kompleksi Ağdam Olimpiya İdman Kompleksi Salyan Olimpiya İdman Kompleksi Qusar Olimpiya İdman Kompleksi Oğuz Olimpiya İdman Kompleksi Sabirabad Olimpiya İdman Kompleksi Biləsuvar Olimpiya İdman Kompleksi Şəmkir Olimpiya İdman Kompleksi Şərur Olimpiya İdman Kompleksi İsmayıllı Olimpiya İdman Kompleksi Şağan Olimpiya İdman Kompleksi Ağdaş Olimpiya İdman Kompleksi Göyçay Olimpiya İdman Kompleksi Balakən Olimpiya İdman Kompleksi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Füzuli Olimpiya İdman Kompleksi Tovuz Olimpiya İdman Kompleksi İmişli Olimpiya İdman Kompleksi Qəbələ Olimpiya İdman Kompleksi Sumqayıt Olimpiya İdman Kompleksi Astara Olimpiya İdman Kompleksi Cəlilabad Olimpiya İdman Kompleksi Qobustan Olimpiya İdman Kompleksi Şirvan Olimpiya İdman Kompleksi Xaçmaz Olimpiya İdman Kompleksi Qax Olimpiya İdman Kompleksi Saatlı Olimpiya İdman Kompleksi Göygöl Olimpiya İdman Kompleksi Goranboy Olimpiya İdman Kompleksi Yardımlı Olimpiya İdman Kompleksi Tərtər Olimpiya İdman Kompleksi Ağcabədi Olimpiya İdman Kompleksi Beyləqan Olimpiya İdman Kompleksi Abşeron Olimpiya İdman Kompleksi Horadiz Olimpiya-İdman Kompleksi Kürdəmir Olimpiya İdman Kompleksi === İşğaldan azad edilmiş ərazilərdə === Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən Olimpiya idman komplekslərinin tikintisi, Gənclər evlərinin tikintisi, Universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisi nəzərdə tutulur. Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Olimpiya kompleksləri kimə və hara məxsusdur? Olimpiya İdman Komplekslərində vəziyyət ürəkaçan deyil Olimpiya İdman Komplekslərinin İDMANA DƏXLİ YOXDUR... - NAZİRİN NƏZƏRİNƏ...
Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin siyahısı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Böyük Britaniyanın Azərbaycan Respublikasındakı ən əsas diplomatik nümayəndəsi və Böyük Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəridir. Sovet İttifaqının dağılmasından sonra Böyük Britaniya 1991-ci ilin dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb.

Oxşar sözlər

#azərbaycandakı nədir? #azərbaycandakı sözünün mənası #azərbaycandakı nə deməkdir? #azərbaycandakı sözünün izahı #azərbaycandakı sözünün yazılışı #azərbaycandakı necə yazılır? #azərbaycandakı sözünün düzgün yazılışı #azərbaycandakı leksik mənası #azərbaycandakı sözünün sinonimi #azərbaycandakı sözünün yaxın mənalı sözlər #azərbaycandakı sözünün əks mənası #azərbaycandakı sözünün etimologiyası #azərbaycandakı sözünün orfoqrafiyası #azərbaycandakı rusca #azərbaycandakı inglisça #azərbaycandakı fransızca #azərbaycandakı sözünün istifadəsi #sözlük