azadfikirlilik sözü azərbaycan dilində

azadfikirlilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • azadfikirlilik • 95.0000%
  • Azadfikirlilik • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azadfikirlilik
Azadfikirlilik — dini ehkamların rasional qavranışının qadağan olunması əleyhinə çıxan və həqiqəti axtarmaqda zəkaya sərbəstlik verən ictimai fikir cərəyanı. == Tarixi == Tarixən azadfikirlilik dinin müxtəlif formada tənqidində təzahür edir. "Azadfikirlilik" terminini ilk dəfə ingilis deisti Entoni Kollinz "Azadfikirlilik haqqında mühakimə" (1713) traktatında işlətmişdir.Quldarlıq cəmiyyətində azadfikirlili Şərq və Qərb mütəfəkkirlərinin materialist təlimlərində, xüsusən Heraklitin, Empedoklun, Demokritin, Epikürün, Lukresi Karın, Lukianın və başqalarının əsərlərində öz ifadəsini tapmışdır. Dini ideologiyanın tam hökmran olduğu orta əsrlərdə azadfikirliliyin formalarından biri elmi həqiqətlərin və dini görüşlərin müstəqil və bərabər hüquqlu əhəmiyyəti haqqında ideyanı təsdiq edən "ikili həqiqət" nəzəriyyəsi idi ki, İbn Sina, İbn Rüşd və başqaları bu nəzəriyyə ilə çıxış etmişlər. XII əsr gürcü şairi Şota Rustaveli, XVI əsr rus mütəfəkkiri Feodosi Kosoy azadfikirliliyin görkəmli nümayəndələri olmuşlar. Pyotro Pomponassi, Ulrix fon Hutten, Rotterdamlı Erazm və başqalar kimi intibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər. Böyük Fransa inqilabı ərəfəsində azadfikirliliyin ən tanınmış nümayəndələrindən biri dinin tənqidində görkəmli rol oynayan Volter olmuşdur. Həmin dövrdə azadfikirlilik ənənələrini tanrı ideyasını inkişaf etdidən Lametri, Holbax, Didro və başqaları ardıcıl inkişaf etdirmişlər. Sonralar dini məsələri maneəsiz müzakirə etmək cəhdləri XVIII–XIX əsrlər burjua inqilabları ideoloqlarının müxtəlif ölkələrdə irəli sürdükləri vicdan azdlığı tələbində ifadə olunmuşdur. XVIII əsrdə Rusiyada azadfikirlilik ideyalarını Mixail Lomonosov, İvan Tretyakov və başqaları parlaq ifadə etmişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2019 •••••••••••••••• 0.14

azadfikirlilik sözünün leksik mənası və izahı

  • 1 is. Azad düşünən, müstəqil düşünən adamın dünya görüşü, məsləki. İntibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər.

    Azərbaycan dilinin izahlı lüğəti / azadfikirlilik

azadfikirlilik sözünün rus dilinə tərcüməsi

azadfikirlilik sözünün inglis dilinə tərcüməsi

azadfikirlilik sözünün fransız dilinə tərcüməsi

azadfikirlilik sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#azadfikirlilik nədir? #azadfikirlilik sözünün mənası #azadfikirlilik nə deməkdir? #azadfikirlilik sözünün izahı #azadfikirlilik sözünün yazılışı #azadfikirlilik necə yazılır? #azadfikirlilik sözünün düzgün yazılışı #azadfikirlilik leksik mənası #azadfikirlilik sözünün sinonimi #azadfikirlilik sözünün yaxın mənalı sözlər #azadfikirlilik sözünün əks mənası #azadfikirlilik sözünün etimologiyası #azadfikirlilik sözünün orfoqrafiyası #azadfikirlilik rusca #azadfikirlilik inglisça #azadfikirlilik fransızca #azadfikirlilik sözünün istifadəsi #sözlük