azlıqların sözü azərbaycan dilində

azlıqların

Yazılış

  • azlıqların • 96.8142%
  • Azlıqların • 3.1858%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azlıqların hüquqları
Azlıqların hüquqları — irqi, etnik, sinif, dini, dil, gender və ya cinsi azlıqların üzvlərinə aid edilən fərdi hüquqlardır; bura o cümlədən hər hansı bir azlığa verilən kollektiv hüquqlar da daxildir. Azlıqların hüquqları eyni zamanda hər hansı bir çoxluğa daxil olmayan hər kəsin fərdi hüquqlarına da şamil edilə bilər. Vətəndaş hüquqları hərəkatları tez-tez hər hansı azlığa üzvlük səbəbindən fərdi hüquqların inkar edilməməsini təmin etməyə çalışırlar. Bu cür vətəndaş hüquqları müdafiəçiləri arasında qlobal qadın hüquqları və qlobal LGBT hüquqları hərəkatları və dünyadakı müxtəlif irqi azlıqların hüquqları üzrə hərəkatlar (ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatı) yer alır. Əsas insan hüquqlarının pozulması milli demokratik dövlətlərdə dözülməz qəbul edilir. Bununla belə, bir milli dövlətin milliyətçilik prinsiplərinin azlıqların təməl insan hüquqlarına münasibətdə təzyiqlərə və ayrı-seçkiliyə səbəb ola biləcəyi iddia edilir. Vətəndaşlarına qarşı ayrı-seçkilik tədbirləri tətbiq edən millətçiliyin ilk arqumenti fransız millətçiliyi nümunəsi ilə göstərilə bilər. Fransa demokratik dünyəvi dövlət kimi qəbul edilir; fransız millətçiliyi prinsipi bərabərliyi və qadın hüquqları ideologiyasını tətbiq edir. Müsəlmanlarla bağlı qadağa millətçilik prinsiplərinin insanın əsas seçim azadlığı hüququna tətbiq edilə biləcəyini göstərir. Konkret olaraq, qərb yarımkürəsindəki azlıq qrupları üçün şəxsin dini geyim seçimində fransız müsəlman qadınlara qarşı daha aydın şəkildə bu büruzə verir.
Türkiyədə etnik azlıqların mətbuatı
Türkiyədə etnik azlıqların mətbuatı (türk. Türkiye'de azınlık basını) — Türkiyədə yaşayan və etnik mənsubiyyət baxımından azlıq olaraq qəbul edilmiş xalqların nümayəndələri tərəfindən müxtəlif vaxtlarda çap edilmiş və hələ də, nəşr edilməyə davam etdirilən qəzet və jurnallara verilən ümumi ad. Türkiyədə etnik azlıqların ilkin mətbuat fəaliyyətləri hələ Osmanlı imperiyası dövrünə təsadüf etməkdədir. Osmanlı imperiyası zamanında imperiya daxilində yaşayan etnik azlıqlar gayrimüslim (azərb. geyri-müsəlmanlar‎) formasında təsinafatlandırılmışdır və bu səbəbdən məqalədə göstərilən dövrü-mətbuat nümunələri əsasən geyri-müsəlmanlara aiddir. Osmanlı imperiyasında yəhudi, erməni və yunan kimi xalqlar din və adət-ənənə baxımından Avropada yaşayan xalqlara daha yaxın olduqlarından etnik azlıqların ilkin mətbuat nümunələri də əsasən bu xalqlara məxsusdur. Ümumilikdə Osmanlıda etnik azlıqlara məxsus necə ədəd qəzet-jurnalın nəşr edildiyi dəqiq məlum deyildir. Bunun əsas səbəbi bəzi qəzetlərin periodik formada nəşr edilməsi, bəzilərinin isə cəmi bir sayının çap edilməsidir. Qalatasaray Universitetindən olan Simge Süllünün son araşdırmalarına əsasən Osmanlı imperiyası zamanı etnik azlıqlar tərəfindən çap edilmiş qəzetlərin sayı 1.746 ədəd olmuşdur. Bunlardan 29-u almanca, 300-dən çoxu ərəbcə, 11-i albanca, 11-i boşnakca 39-u bolqarca, 2-si çərkəzcə, 601-i ermənicə, 11-i farsca, 700-dən çoxu fransızca, 1-i gürcücə, 2-si xorvatça, 7-si yunanca, 6-sı rusca, 6-sı serbçə, 2-si urduca və 102-si yəhudicə çap olunmuşdur.
Etnik Azlıqların İşləri Komitəsi
Etnik Azlıqların İşləri Komitəsi (vyet. Uỷ ban Dân tộc) — Vyetnamda ölkə daxilində etnik azlıqların işləri üzrə dövlət idarəçiliyi funksiyalarını həyata keçirən nazirlik səviyyəli agentlik. Komitəyə rəis rəhbərlik edir.
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention for the Protection of National Minorities) — 1 fevral 1995-ci ildə imzalanan Avropa Şurası konvensiyası. Fransa, Monako, Andorra və Türkiyə tərəfindən imzalanmamış Avropa Şurasına üzv dövlətlərdən; imzalanmış, lakin Belçika, Yunanıstan, İslandiya və Lüksemburq tərəfindən təsdiqlənməmişdir. Konvensiyanın həyata keçirilməsinə iştirakçı ölkələrin hesabatlarını qiymətləndirən Məşvərət Komitəsi və CC-nin fikirlərinə əsasən tövsiyələr verən Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Fərdi şikayət mexanizmi yoxdur və konvensiya zəif bir mexanizm kimi qəbul edilir. == Strukturu == Preambula və I hissə (maddə 1-3) - konvensiyanın məqsədləri, prinsipləri və orada təsbit edilmiş hüquqlardan istifadə hüququ. II hissə (maddə 4-19) - konvensiya tərəflərinin öhdəliklər kataloqu: Maddə 4. Ayrı-seçkiliyin qadağan edilməsi. Maddə 5. Asimilyasiya siyasətinin qadağan edilməsi.
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri (fars. حوزه‌های انتخابیه مجلس شورای اسلامی برای اقلیت‌های دینی‎) — İran parlamentində ölkədə yaşayan dini azlıqları üçün ayrılmış millət vəkili yerləri. Hal-hazırda bu məqsədlə istifadə olunan 5 nəfərlik millət vəkili yeri var. Məşrutə inqilabından sonra qəbul edilmiş yeni konstitusiyaya görə ölkədə yaşayan dini azlıq nümayəndələrinə parlamentdə təmsil olunmaq hüququ verilmişdir. Bu hüquq 1979-cu ildə baş verən İran İslam İnqilabından sonrada saxlanılmışdır. Hal-hazırda 5 nəfərlik millət vəkili mantdatı bütün çağırış parlament seçkilərində sözügedən dini azlıqlar üçün saxlanılır. İran erməniləri ölkə parlamentində 2 nəfər millət vəkili ilə təmsil olunurlar. Şəxslərdən biri ölkənin şimal hissəsində, əsasən Təbriz şəhərində yaşayan lokal erməni icmasından seçilir və şərti olaraq şimal ermənilərini təsmil edir. Digər etnik erməni millət vəkili isə İsfahan şəhərindəki Yeni Culfa mərkəzli olmaqla şərti olaraq cənub ermənilərindən seçilir və burada yaşayan erməniləri təmsil etməkdədir. Digər üç millət vəkili yeri isə müvafiq olaraq İranda yaşayan aysorlar, yəhudilər və zərdüştlər arasında bölünmüşdür.
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası (ing. European Charter for Regional or Minority Languages, fr. Charte européenne des langues régionales ou minoritaires) — 5 noyabr 1992-ci ildə Strasburqda ingilis və fransız dillərində qəbul edilmiş, hər iki mətn eyni dərəcədə orijinaldır və bir nüsxədə Avropa Şurasının arxivinə qoyulur. Avropa Şurasının Baş Katibi Xartiyanın nüsxələrini Avropa Şurasının hər bir üzv dövlətinə və bu Xartiyaya qoşulmağa dəvət olunmuş hər hansı bir dövlətə göndərir. == Xartiyanın məzmunu == Preambula. I hissə — Ümumi müddəalar. Təriflər və s. II hissə — "2-ci maddənin 1-ci bəndinə uyğun olaraq həyata keçirilən məqsəd və prinsiplər". Bu hissədə tərəflərin ərazilərindəki bütün regional və ya azlıq dillərinə tətbiq etməyi öhdələrinə götürdükləri ümumi müddəalar yer alır. III hissə — “2-ci maddənin 2-ci bəndinə uyğun olaraq regional və ya azlıqların dillərinin ictimai həyatda istifadəsini təşviq etmək üçün tədbirlər”.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.57 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••••••••••••••••••• 39.76
2004 •••••••••••• 21.90
2005 •••••••• 14.17
2006 •••••••••••• 23.20
2007 •••••••• 14.38
2008 •••••• 9.99
2009 ••••••• 12.48
2010 •••••• 10.08
2011 •••••• 11.15
2012 •••••• 11.79
2013 ••••••• 13.42
2014 ••••• 9.78
2015 •••• 7.14
2016 ••• 4.69
2017 ••• 5.37
2018 ••• 4.49
2019 •• 3.48
2020 ••• 4.24

"azlıqların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azlıqların nədir? #azlıqların sözünün mənası #azlıqların nə deməkdir? #azlıqların sözünün izahı #azlıqların sözünün yazılışı #azlıqların necə yazılır? #azlıqların sözünün düzgün yazılışı #azlıqların leksik mənası #azlıqların sözünün sinonimi #azlıqların sözünün yaxın mənalı sözlər #azlıqların sözünün əks mənası #azlıqların sözünün etimologiyası #azlıqların sözünün orfoqrafiyası #azlıqların rusca #azlıqların inglisça #azlıqların fransızca #azlıqların sözünün istifadəsi #sözlük