Azman sözü azərbaycan dilində

Azman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Azman • 72.6708%
  • azman • 22.9814%
  • AZMAN • 3.1056%
  • AzMAN • 1.2422%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 ••••• 0.45
2007 ••••• 0.42
2010 0.09
2011 •••••••••••• 1.12
2012 ••••••••••••••••• 1.55
2013 •••••••••••••••••••• 1.90
2014 ••••••••••••• 1.20
2017 •••• 0.33
2018 •••• 0.30

azman sözünün leksik mənası və izahı

  • 1 sif. Çox böyük, çox iri, çox yekə, əzəmətli, heybətli. Azman tikinti. Azman binalar. Azman qayalar. – Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belə azman yanğın gördükləri yadlarına gəlmir… Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / azman

azman sözünün etimologiyası

  • 1 Bu söz “aşıb-daşan, normaya sığmayan” mənalarında işlədilir. Bir mənası da “yaşlı, nəhəng heyvan” deməkdir (6 yaşlı keçiyə “azman” deyirik). Sözün kökü, əslində, aşmaq məsdəri ilə bağlıdır. Aşmaq isə daş (dışarı) kəlməsinin formaca dəyişməsi zəminində yaranıb. Daş (dış) – “kənar, kənara çıxmaq, xaric” (için əksi) deməkdir. Deməli, azman (əsli: aşman, daşman, dışman) – “normadan çox kənara çıxmaq”la bağlıdır ( -man şəkilçisi həmişə çoxluq bildirir: qocaman, ataman və s.). Bir yozuma görə, azğın sözü ilə qohumdur, “aşıb-daşan” (azğın olan) anlamında işlədilib, indi məna xeyli dəyişib. Başqa bir yozum: sözün kökü as (az, ys, yz) hissəsidir, “ağıl” deməkdir. Azman- “ağıllı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / azman

azman sözünün sinonimləri (yaxın mənalı sözlər)

azman sözünün rus dilinə tərcüməsi

azman sözünün fransız dilinə tərcüməsi

azman sözünün ləzgi dilinə tərcüməsi

azman sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, Ordubad) iri, çox böyük, nəhəng. – Bakidə azman öylər tikilir (Bakı); – Atam bir azman keçi aldı (Ordubad) II (Ağdam, Bakı, Beyləqan, Borçalı, Cəbrayıl, Füzuli, Qarakilsə, Ordubad, Şamaxı, Zəngilan) 1. altıillik “qoyun” (Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qarakilsə, Ordubad, Şamaxı) 2. dördillik “qoyun” (Ordubad, Zəngilan) 3. qocalmış qoyun, keçi (Ağdam, Borçalı, Füzuli)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

böyük, nəhəng; şalban; qarışıq; az tapılan kişi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"azman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azman nədir? #azman sözünün mənası #azman nə deməkdir? #azman sözünün izahı #azman sözünün yazılışı #azman necə yazılır? #azman sözünün düzgün yazılışı #azman leksik mənası #azman sözünün sinonimi #azman sözünün yaxın mənalı sözlər #azman sözünün əks mənası #azman sözünün etimologiyası #azman sözünün orfoqrafiyası #azman rusca #azman inglisça #azman fransızca #azman sözünün istifadəsi #sözlük