azuqə sözü azərbaycan dilində

azuqə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • azuqə • 89.1892%
  • Azuqə • 9.9099%
  • AZUQƏ • 0.9009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2009 •••••••••••••••••• 0.64
2010 ••• 0.09
2011 ••••• 0.17
2013 •••••••••••••••••••• 0.73
2014 •••••••••• 0.34
2015 ••••••••••••••••••• 0.68
2016 •••••••••• 0.35
2020 •••• 0.13

azuqə sözünün leksik mənası və izahı

  • 1 is. Qida ehtiyatı, ərzaq ehtiyatı. Azuqə ilə təmin etmək. – Kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər… S.S.Axundov. Səriyyə xala və Gülnaz … evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. M.İbrahimov. Bu halda Almaz qucağında qəzetə bükülü azuqə içəri girdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / azuqə

azuqə sözünün etimologiyası

  • 1 1. Yemək şeylərinə azıq demişik. Azmaq feili olub və “çeynəmək” anla­mın­da işlədilib. Azuqə həmin feildən əmələ gəlib və özümüzün doğma sözümüzdür, (azı diş ifadəsi də buradandır, “əzən dişlər” deməkdir). 2. Bu sözü alimlərimiz alınma hesab edirlər. Əslində, azuqə kəlməsi aş sözü zəmi­nin­də yaranıb və bizim dilimizdən başqa dillərə keçərək forma dəyişmələrinə məruz qalıb. Mənbələrdə aşla (yemək), aşlıq (mətbəx), aş (голодать) kimi sözlərə çox təsadüf olunur. Tatar dilində azıq (съестные припасы), azımaq (жевать) sözləri var. Azı diş birləşməsindəki azı sözü də “aş”la (əzmək, çey­nəmək, yemək) bağlıdır. Deməli, azuqə və aş (bu, qədim zamanlarda plov yox, ümumiyyətlə, “yemək” mə­nasını əks etdirib; aşpaz, aşxana, nə tökərsən aşına... kimi söz və ifadələr də bunu sübut edir) eyni kökə malik olan sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / azuqə

azuqə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 AZUQƏ (ərzaq ehtiyatı, yeyəcək ehtiyatı) İndi Həsi çaqqıldayan dəyirmanın unluğu qabağında çalışır, bəylik üçün azuqə hazırlayırdı (S.Rəhimov); ƏRZAQ Hissə irəli getdikcə, mən yük maşınında döyüşçülər üçün ərzaq daşıyır, səyyar mətbəxlərə çatdırırdım (Y.Əzimzadə); MƏKULAT (köhn.) ..Evin illik məkulatı ayrıca göndərilirdi.. (Çəmənzəminli); RİZQ (köhn.) [Cavan Bəzirgan:] Qanlı dərədə heyrətli bir quldur yolumuzu kəsdi.. Malımızı, rizqimizi aldı.. (Anar); RUZİ Sevil: İndi Allah bizim üçün bir parça ruzi yetirmişdir... (C.Cabbarlı); SURSAT (hərbi ərzaq) Bu maşınların çoxu ön xəttə hərbi sursat daşıyır (X.Hasilova); YEYİNTİ (dan.) Molla Zaman arvadına: Bir az yeyinti al gətir (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / azuqə

azuqə sözünün rus dilinə tərcüməsi

  • 1 провизия, продовольствие, провиант, съестные припасы, запасы продовольствия

    Azərbaycanca-rusca lüğət / azuqə
  • 2 сущ. пищевые продукты, продовольствие, провизия. Qışa azuqə yığmaq накопить продукты на зиму, həftəlik azuqə продовольствие на неделю

    Azərbaycanca-rusca lüğət / azuqə

azuqə sözünün inglis dilinə tərcüməsi

azuqə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) approvisionnement m ; 2) stock m ; reserve f ; vivres f pl ; 3) provision f ; ravitaillement m ; 4) victuailles f pl ; ~ almaq faire ses provisions ; ~ ehtiyatı comestible m

    Azərbaycanca-fransızca lüğət / azuqə

azuqə sözünün ləzgi dilinə tərcüməsi

"azuqə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azuqə nədir? #azuqə sözünün mənası #azuqə nə deməkdir? #azuqə sözünün izahı #azuqə sözünün yazılışı #azuqə necə yazılır? #azuqə sözünün düzgün yazılışı #azuqə leksik mənası #azuqə sözünün sinonimi #azuqə sözünün yaxın mənalı sözlər #azuqə sözünün əks mənası #azuqə sözünün etimologiyası #azuqə sözünün orfoqrafiyası #azuqə rusca #azuqə inglisça #azuqə fransızca #azuqə sözünün istifadəsi #sözlük