azğın sözü azərbaycan dilində

azğın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • azğın • 86.1386%
  • Azğın • 12.8713%
  • AZĞIN • 0.9901%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.78 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 •••••••••••••••••••• 7.09
2004 0.34
2005 •• 0.67
2006 •• 0.45
2007 ••• 0.85
2008 ••••• 1.46
2009 0.32
2010 ••• 0.73
2011 ••• 0.94
2012 •• 0.52
2013 •• 0.58
2014 0.34
2015 •• 0.68
2016 •••• 1.39
2017 ••• 0.81
2018 0.15
2019 0.14
2020 •• 0.40

azğın sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Azmış, yolunu itirmiş. □ Azğın düşmək – yolunu itirmək, yurdundan, məskənindən avara düşmək. // məc. Yoldan çıxmaq, pis yola düşmək. 2. məc. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli. Azğın küləklərlə gəlib üz-üzə: Gah batdım dənizə, gah çıxdım üzə. H.Cavid. // İs. mənasında. Burada at çapdı keçən azğınlar. S.Vurğun. // Qudurğan, lovğa, təkəbbürlü. 3. Pozğun, namussuz. [Qohumlar] ataananı namussuz adlandırdılar, qıza azğın dedilər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / azğın

azğın sözünün etimologiyası

azğın sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qudurmuş — vəhşi — yırtıcı

    Azərbaycan dilinin sinonimlər lüğəti / azğın
  • 3 1. AZĞIN, QUDURMUŞ (məc.) Qan içməkdən doymazdı azğın, qudurmuş itlər; Makgini öldürdülər, qorxu yaradır deyə (S.Rüstəm); AĞZIKÖPÜKLÜ (dan.). Dağətəyi kəndi.. ağzıköpüklü ağalarına qarşı baş qaldırmış deyildi (S.Rəhimov); DƏLİ-QUDURMUŞ Görəsən yenə hansı dəli-qudurmuşa rast gəldi (M.F.Axundzadə); QUDURĞAN Qudurğan dövlətli cavanları arvada latayır söz qoşub oxuyur.. (Ə.Əbülhəsən); QUDUZ (məc.) Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı (M.Hüseyn); VƏHŞİ (bax). 2. AZĞIN, AZMIŞ, HARIN (məc.), YOLUNU İTİRMİŞ

    Azərbaycan dilinin sinonimlər lüğəti / azğın

azğın sözünün antonimləri (əks mənalı sözlər)

azğın sözünün rus dilinə tərcüməsi

  • 1 1. блуждающий; 2. необузданный, кичливый, неистовый, исступленный, потерявший совесть, бесчинствующий, заносчивый, оголтелый, буйный; 3. распущенный;

    Azərbaycanca-rusca lüğət / azğın
  • 2 I прил. 1. заблудший, заблудившийся 2. беспутный, блудный. Azğın oğul блудный сын 3. безудержный, необузданный. Azğın qüvvə безудержная сила, azğın düşmənçilik необузданная вражда 4. оголтелый. Azğın irtica оголтелая реакция 5. озверелый. Azğın antiazərbaycan təbliğatı озверелая (оголтелая) антиазербайджанская пропаганда 6. свирепый. Azğın fırtına свирепый ураган 7. буйный, бешеный, неукротимый; azğın düşmək: 1. заблудиться, скитаться; 2. выходить, выйти из повиновения

    Azərbaycanca-rusca lüğət / azğın

azğın sözünün inglis dilinə tərcüməsi

azğın sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) errant, -e ; égaré, -e ; perdu, -e ; vagabond,-e ; 2) effréné, -e ; effronté, -e ; déchaîné, -e ; désordonné, -e ; ventard ; impétueu||x, -se ; furieu||x, -se ; violent, -e ; enragé, -e ; relâché, -e, déréglé, -e ; malhonnête ; ~ adam énergumène m f ; ~ düşmən ennemi m effréné (déchaîné) ; ~ irtica réaction f déchaînée

    Azərbaycanca-fransızca lüğət / azğın

azğın sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. рехъ алатай, рехъ алатна къекъвезвай; // azğın düşmək а) рехъ алатун; ватандивай, кӀваливай-къавай къакъатна авара хьун; б) пер. рекьяй акъатун, чӀуру (пис) рекье гьатун; 2. пер. пехъи, кӀеви, вилик пад кьаз тежер, вагьши, амансуз; azğın külək пехъи гар; 3. азгъун, къудур, лавгъа, такабурлу; 4. ява, чӀуру рекье авай, намуссуз.

    Azərbaycanca-ləzgicə lüğəti / azğın

"azğın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azğın nədir? #azğın sözünün mənası #azğın nə deməkdir? #azğın sözünün izahı #azğın sözünün yazılışı #azğın necə yazılır? #azğın sözünün düzgün yazılışı #azğın leksik mənası #azğın sözünün sinonimi #azğın sözünün yaxın mənalı sözlər #azğın sözünün əks mənası #azğın sözünün etimologiyası #azğın sözünün orfoqrafiyası #azğın rusca #azğın inglisça #azğın fransızca #azğın sözünün istifadəsi #sözlük