Azərbaycan-ana sözü azərbaycan dilində

Azərbaycan-ana

Yazılış

  • Azərbaycan-ana • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Ana Vətən Partiyası (Azərbaycan)
Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir. == Tarixi == 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil Hüseynli və Fəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər. Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir. Tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir, lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi, amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi. == Rəhbərlik == Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur.
Azərbaycan Ana Torpaq Partiyası
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. == Haqqında == Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur.Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib.1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub.Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
Ak Ana
Al Ana
Albaniya Ana
Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl. == Təsviri == Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir.Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır.Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır.Heykəl betondan hazırlanıb. == Tarix == Heykəl 1971-ci ildə ucaldılmışdır. Heykəlin yerləşdiyi qəbiristanlıqda təxminən 28.000-dən çox alban partizan döyüşçüsünün qəbri var ki, onların hamısı İkinci Dünya müharibəsi zamanı həlak olublar.Qəbiristanlıq əvvəllər Albaniyanın siyasi xadimi Ənvər Xocanın qəbri də yerləşirdi, ancaq daha sonra onun qəbri başqa bir ictimai qəbiristanlığa daşınmışdır.. Onun heykəltəraşları – Kristas Rama, Mümtaz Drami və Şaban Haderi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Albaniya Ana ilə əlaqəli mediafayllar var.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998).Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb. 2005-ci ildən bəri Ana Harlamenko "Capitala Komrat" qəzetinin baş redaktoru vəzifəsini icra edir. 2007-ci ildə Moldova Respublikasının ən yaxşı jurnalisti seçilmişdir.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Sokliç
Ana Sokliç (10 aprel 1984) — Sloveniyalı müğənni. Ana Sokliç Sloveniyanı Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Ana Səhifə
Ana Tatancelo
Ana Tatancelo(it. Anna Tatangelo) (9 yanvar 1987-ci ildə İtaliyanın Sora şəhərində anadan olub) italyan model, müğənni və aparıcıdır. Anna Tatangelo 9 yanvar 1987-ci ildə İtaliyanın Frozinone şəhərindəki Sora şəhərində anadan olub və musiqi həyatına 1994-cü ildə uşaq mahnı müsabiqələrində iştirak etməklə başlayıb. Anna Tatangelonun ailəsi çörəkçi ailəsindəndir və o, ailənin dördüncü övladıdır. Anna Tatangelo musiqi karyerasına 2000-ci ildə İtaliyanın Rai televiziyasında yayımlanan mahnı müsabiqəsi üçün oxuduğu Dov'é il Coraggio mahnısı ilə başlamışdır. O, San Remo Mahnı Müsabiqəsində ifa etdiyi Essere Una Donna mahnıları ilə uğur qazanmışdır. İstanbul. Anna Tatangelo mahnı oxumaqla yanaşı, Masterchef, X Factor və Ballando con le stelle kimi bir çox müsabiqələrdə münsiflər heyətinin üzvü və iştirakçı kimi iştirak edib, bir çox İtalyan jurnallarında modellik edib və bir çox moda nümayişlərində modellik edib. Anna Tatangelo da məşhur italyan müğənnisi Gigi D'Alessio ilə eşq yaşadı və 2019-cu ildə La Fortuna Sia Con Me albomunu buraxdı.
Ana Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ayı Ana
Ağac Ana

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#azərbaycan-ana nədir? #azərbaycan-ana sözünün mənası #azərbaycan-ana nə deməkdir? #azərbaycan-ana sözünün izahı #azərbaycan-ana sözünün yazılışı #azərbaycan-ana necə yazılır? #azərbaycan-ana sözünün düzgün yazılışı #azərbaycan-ana leksik mənası #azərbaycan-ana sözünün sinonimi #azərbaycan-ana sözünün yaxın mənalı sözlər #azərbaycan-ana sözünün əks mənası #azərbaycan-ana sözünün etimologiyası #azərbaycan-ana sözünün orfoqrafiyası #azərbaycan-ana rusca #azərbaycan-ana inglisça #azərbaycan-ana fransızca #azərbaycan-ana sözünün istifadəsi #sözlük