azərilər sözü azərbaycan dilində

azərilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • azərilər • 55.1020%
  • Azərilər • 44.8980%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərilər
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Azərilərin məskunlaşması
Azərbaycanlıların tarixi məskunlaşma əraziləri — azərbaycanlıların Qafqazda və Orta Şərqdə tarixən yaşadığı ərazilər. Hal-hazırda azərbaycanlılar əsas olaraq Azərbaycan Respublikasında, İranda (Cənubi Azərbaycan), Qafqazda (Borçalı və Dağıstan) və Türkiyədə (İğdır və Qars illəri) yaşayırlar. Azərbaycan geomədəni regionunda Azərbaycan mədəniyyəti (Memarlıq, təsviri sənət, kino, mətbəx, milli rəqslər, milli geyimlər, ədəbiyyat, musiqi, mifologiya və teatr sənəti) və dili (Əlifba, orfoqrafiya və dialektlər) inkişaf etmişdir. == Tarixi yurdlar == === Azərbaycan Respublikası === Azərbaycanlılar Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir. The World Factbook təşkilatının verdiyi məlumata görə 1999-cu ildə Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlılardan ibarət idi. 2009-cu ildə keçirilən Azərbaycan əhalisinin siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasında 8,172,809 azərbaycanlı (ölkə əhalisinin 91,6%-i) yaşayırdı. === İran === İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılardır. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–35 milyon arasındadır, bu isə İran əhalisinin 18%–50%-ni təşkil edir. 1957-ci ildə Moskvada nəşr edilmiş "Ön Asiya xalqları" kitabında 1956-cı il üçün verilən ehtimala əsasən "bütün İranda təxminən 4,000,000 nəfərədək etnik azərbaycanlı yaşayırdı." Bundan əlavə tayfa bölgüsünü saxlamış, köçəri və yarım köçəri həyat sürən və dil həmçinin mədəniyyət baxımından azərbaycanlılara yaxın olan tayfalara mənsub əhalinin sayı isə təxminən 700,000 nəfər (400,000 əfşar, 180,000 şahsevən, 75,000 qaradağlı 25,000 qacar və 20,000 qarapapaq) idi. İran azərbaycanlıları əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar.

"azərilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azərilər nədir? #azərilər sözünün mənası #azərilər nə deməkdir? #azərilər sözünün izahı #azərilər sözünün yazılışı #azərilər necə yazılır? #azərilər sözünün düzgün yazılışı #azərilər leksik mənası #azərilər sözünün sinonimi #azərilər sözünün yaxın mənalı sözlər #azərilər sözünün əks mənası #azərilər sözünün etimologiyası #azərilər sözünün orfoqrafiyası #azərilər rusca #azərilər inglisça #azərilər fransızca #azərilər sözünün istifadəsi #sözlük