Açe sözü azərbaycan dilində

Açe

Yazılış

  • Açe • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Açe Sultanlığı
Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı. Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir. == Tarix == VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər.
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. == Tarixi == === Açe Osmanlı əlaqələri === Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.Portuqaliyalı admiral Fernan Mendes Pinto xatirələrində 1539-cu ildə təxminən 300 "türk"ün olduğu bir donanmanın gəlməsi ilə bağlı yazmışdır.
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Açehdə müsəlman cinayət hüququ
Müsəlman cinayət hüququnun müddəalarının tətbiq olunduğu yeganə İndoneziya əyaləti Açehdir. Açehdə müsəlman cinayət hüququ qısaca cinayət adlanır. Müvafiq qanunvericilik isə "İslam cinayət məcəlləsi" mənasını verən Qanun Cinayət və ya Hüküm Cinayət kimi adlandırılır. İndoneziyanın əsas dünyəvi qanunlarının Açehdə tətbiq olunmasına baxmayaraq, İndoneziya əyalətlərə regional tənzimləmələr (perda) tətbiq etmək səlahiyyəti və İslam qanunvericiliyini həyata keçirmək üçün Açehə xüsusi muxtariyyət verdikdən sonra, Açeh əyalət hökuməti İslam cinayət hüququndan irəli gələn bəzi əlavə qaydalar qəbul etdi. Qanunvericiliklə qadağan edilmiş cinayətlərə alkoqollu içkilərin istehlakı, istehsalı və dövriyyəsi, qumar, zina, zorlama, nikahdankənar yaxınlıq və müəyyən homoseksual hərəkətlər daxildir. Cəzalar qırmanclama, cərimə və azadlıqdan məhrumetmədən ibarətdir. Daşlama ilə bağlı müddəa nəzərdə tutulmamışdır: 2009-cu ildə həmin cəzanın qanunvericiliyə daxil edilməsi ilə bağlı təklifə qubernator İrvandi Yusuf tərəfindən veto verilmişdir. 2016-cı ildə Açehdə müsəlman cinayət hüququnun tətbiq olunduğu 324 birinci instansiya məkəmə işinə baxılmış və ən az 100 iş üzrə qırmanclama cəzası verilmişdir. Müsəlman cinayət hüququnun tərəfdarları müvafiq hüququn tətbiq olunmasının qanuniliyini Açehə verilmiş xüsusi muxtariyyətlə izah edir və Açeh əhalisinin din azadlığı hüququ ilə əhatə olunduğunu bildirirlər. Amnesty International da daxil olmaqla bir çox tənqidçilər qırmanclamanın cəza kimi tətbiqinə, eləcə də nikahdankənar yaxınlığın kriminallaşdırılmasına etiraz edirlər.
Açerra
Açerra (it. Acerra) — İtaliyanın Kampaniya regionunda şəhər.
Gevork Açemyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Mkrtiç Açemyan
Mkrtiç Açemyan (erm. Մկրտիչ Աճէմեան; 10 noyabr 1838, Konstantinopol – 28 avqust 1917, Konstantinopol) — erməni şairi, tərcüməçi, dramaturq və teatr xadimi. İstanbulun Ortköy rayonunda anadan olmuşdur və ibtidai təhsilini erli erməni məktəbində almışdır. Daha sonra Venesiyada, Murad Rafaelyanın erməni məktəbində oxudu və Gevond Alişanın rəhbərliyi altında öz ədəbi istedadını inkişaf etdirdi. 1858-ci ildə İstanbula qayıtdı və orada 1860-cı illərin sonundan mədəni, xüsusilə teatr sahəsində aktiv iştirak edirdi, pyesa və şeirlər yazırdı. Onun "Təbəssüm və göz yaşları" (erm. Ժպիտք և արտասունք) adlı poeziyasının birinci toplusu 1871-ci ildə dərc edilmişdi. Açemyanın yaradıcılığının əsas mahiyyəti sosial haqsızlığa qarşı etirazdan ibarətdir. Onun böyük şəhərdə çalışan ermənilərin ağır həyatını təsvir edən şeirləri məşhurluq qazanmışdılar. Açemyanın şeirləri dövri nəşrlərdə dərc edilirdilər və debütdən savayı daha sonra "İşıq və kölgələr" (erm.
Vera Açeva
Vera Açeva (mak. Вера Ацева; 24 noyabr 1919, Oreoveç (indiki Prilep), Makedoniya Sosialist Respublikası, Yuqoslaviya SFR – 10 noyabr 2006, Skopye, Makedoniya Respublikası) — Makedoniya əsilli Yuqoslaviya kommunisti, İkinci Dünya Müharibəsi iştirakçısı və Yuqoslaviya Milli Qəhrəmanı. == Bioqrafiya == Maddi çətinliklər üzündən Açeva oxuduğu gimnaziyanın ikinci ilindən təhsilini yarımçıq qoymalı və iş axtarmalı olmuşdur. O, tütün sənayesində işləmişdir.O, 1940-cı ilin əvvəllərində Yuqoslaviya Kommunist Liqasının üzvü olmuşdur. Həmin ilin sentyabr ayında o, əyalət yığıncağında Yuqoslaviya Kommunist Liqasının Regional Komitəsinə Makedoniyadan üzv seçilmişdir. Vera 1940-cı ilin sentyabrından 1941-ci ilin noyabrına qədər Prilepdə yerli Komitənin Katibi olmuşdur. Açeva Prilep Partizan Hərəkatının ilk təşkilatçılarından biri idi. O, 1944-cü ilin yanvarında Makedoniya Kommunistlər Liqasının üçüncü və dördüncü ərazi komitəsi üzrə siyasi katib olmuşdur. Açeva 1944-cü ilin avqustunda Makedoniya Milli Azadlıq Hərəkatı Antifaşist Yığıncağının birinci sessiyasında iştirak edərək həmin orqanın rəhbər heyətinə seçilmişdir.Azadlıq əldə edildikdən sonra Aceva daha çox idarəedici vəzifələrdə olmuşdur. 1948-ci ildə o, Skopye şəhərinin bələdiyyə sədri olmuşdur.
Çinua Açebe
Çinua Açebe (ing. Chinua Achebe, d. 16 noyabr 1930, Oqidi, Nigeriya – ö. 21 mart 2013, Boston, Massaçusets, ABŞ) — Nigeriyalı yazıçı, şair və tənqidçi. "Afrika ədəbiyyatının babası" kimi tanınırdı == Həyatı == 16 noyabr 1930-cu ildə Nigeriyanın Oqidi şəhərində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdur. == Təhsili == Universitetdə əvvəlcə tibb, daha sonra isə ingilis dili və tarixini öyrənmişdi. == Diplomatik fəaliyyəti == Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra Respublikasının diplomatı kimi çalışmışdır. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətəninə qayıtmışdır. == Vəfatı == 1990-ci ildə avtoqəzada iflic olan Açebe, bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-də yaşamışdır. == Əsərləri == Əsərləri onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.34
2013 ••••••••••••••••• 0.29

"açe" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#açe nədir? #açe sözünün mənası #açe nə deməkdir? #açe sözünün izahı #açe sözünün yazılışı #açe necə yazılır? #açe sözünün düzgün yazılışı #açe leksik mənası #açe sözünün sinonimi #açe sözünün yaxın mənalı sözlər #açe sözünün əks mənası #açe sözünün etimologiyası #açe sözünün orfoqrafiyası #açe rusca #açe inglisça #açe fransızca #açe sözünün istifadəsi #sözlük