açmaq sözü azərbaycan dilində

açmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • açmaq • 98.8385%
  • AÇMAQ • 0.9895%
  • Açmaq • 0.1721%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.91 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 ••••••••••• 19.68
2004 ••••••••••••••• 27.29
2005 ••••••••••• 18.89
2006 ••••••••••• 19.37
2007 •••••••••• 18.82
2008 ••••••• 12.42
2009 •••••••••• 18.40
2010 •••••••••• 16.97
2011 •••••••••• 17.93
2012 •••••••••• 17.64
2013 ••••••••••• 19.98
2014 ••••••••• 15.79
2015 ••••••• 11.57
2016 ••••••• 12.67
2017 •••••• 10.08
2018 ••••• 9.29
2019 ••••••• 12.66
2020 •••••••• 13.39

açmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq. Qazanın ağzını açmaq. Qutunu açmaq. Sandığın qapağını açmaq. // Örtülü bir şeyin örtüyünü qaldırmaq, götürmək, çılpaq etmək. Döşünü açmaq. Başını açmaq. – Niqabın üzdən aç, ey gül, kim olsun dilguşa məclis. S.Ə.Şirvani. 2. Açıq hala gətirmək, qapının, pəncərənin taylarını aralamaq. Qapını açmaq. Pəncərəni açmaq. Pərdəni açmaq. Yol açmaq. // məc. Aradakı maneəni qaldırmaq. Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın. A.Səhhət. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narın tökülən yağışa yol açırdı. M.İbrahimov. 3. Qatlanmış, bükülmüş, sarınmış, yığılmış, bürünmüş, düyünlənmiş şeyin qatlarını, büküyünü, qırışığını və s.-ni açmaq. Bayrağı açmaq. Boğçanı açmaq. Çətiri açmaq. Düyünü açmaq. Gəminin yelkənlərini açmaq. Palazı açmaq. 4. İp və s. ilə bağlı olan şeyi bağdan azad etmək. Ayaqqabının qaytanını açmaq. Belini açmaq. Qayışı açmaq. Lenti açmaq. Tayları açmaq. – [Məstəli şah:] Xurcunu yerə qoy, ağzının bağını aç, … taxta parçaları(nı) çıxart! M.F.Axundzadə. 5. Qoşqudan azad etmək. Atları açmaq. Arabanı açmaq. Öküzləri kotandan açmaq. 6. Qıfıl, kilid və s. ilə bağlanmış şeyi açıq hala gətirmək. Sandığı açmaq. Qıfılı açmaq. – [Oruc:] Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! M.F.Axundzadə. Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə. 7. Örtülü, qapalı şeyi aralamaq. Ağzını açmaq. Gözlərini açmaq. Kitabı açmaq. – Ləbini açsa o gül məhfilə şəkkər tökülür. S.Ə.Şirvani. Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı. A.Səhhət. 8. Axışı dayandırılmış şeyin axıb getməsinə imkan vermək, yol vermək, buraxmaq. Qazı açmaq. Suyu açmaq. 9. Başlamaq, işə salmaq. İclası açmaq. Mübahisə açmaq. – Yenə bir neçə yerdən pulemyot atəşi açıb təkrar hücuma qalxışdılar. M.Hüseyn. Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı, danışdı. Mir Cəlal. O vaxt olub-keçəni gətirib bir-bir yada; Mən söhbət açacağam əsgərlikdən, davadan. Ə.Cəmil. 10. Əsasını qoymaq, təsis etmək, təşkil etmək. Məktəb açmaq. Klub açmaq. Yeni dəmiryol xətti açmaq. // Düzəltmək. Hər biri min gunə iş icad edir; Məclis açıb, nitqlər irad edir. M.Ə.Sabir. 11. Yaratmaq, vermək, vücuda gətirmək. Fəaliyyət üçün geniş meydan açmaq. Yeni tapılan neft yataqları bu yerlərin inkişafı üçün geniş imkanlar açır. 12. İnanıb söyləmək, bildirmək, xəbər vermək, açıqcasına demək. Həqiqəti açmaq. Öz qəlbini açmaq. – …Lakin Mirzə Süleyman bəy ürəyini açmayırdı. B.Talıblı. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, düyələrin əhvalatını da açmaq, … onun azarını üzünə demək istəyirdi. S.Rəhimov. Yox… sənin səsində bir titrəyiş var; Gəl məndən gizlətmə, aç, söylə aşkar. S.Vurğun. // Gizli bir şeyi başqalarına bildirmək, faş etmək, demək, açıb söyləmək. Sirri açmaq. – [Teymur ağa:] Vallah, hər kəs mənim bura gəlməyimi açmış olsa, bu xəncəri dəstəsinədək ürəyindən çaxacağam. M.F.Axundzadə. Sirri-dəhəni-yarı könül, axtar özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani. [Südabənin] danışıq və rəftarında bir səmimiyyət duyan Firidun kasıb bir tələbə olduğunu açıb ona söylədi. M.İbrahimov. 13. Üstünü açmaq, ifşa etmək, aşkara çıxarmaq, meydana çıxarmaq, araşdırıb tapmaq. Cinayəti açmaq. – [Ağa Mərdan:] Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar… M.F.Axundzadə. 14. Çiçəklənmək, güllənmək, yarpaqlanmaq. Ağaclar gül açmışdı. Çöllərdə lalələr açmışdır. – [Südabənin anası:] Yəqin indi oralarda badam güllənir, hə?… Bir azdan sonra ərik də, alma da gül açar. M.İbrahimov. 15. məc. dan. Xoşuna getmək, ürəyinə yatmaq, işinə yaramaq, sevindirmək. Nə də ki, o durna gözlərin sənin; Artıq güldürməyir, açmayır məni. S.Vurğun. Xüsusən təyyarə meydançası haqqındakı məlumat məni açdı. M.Hüseyn. 16. Deşmək, dəlmək, qazımaq (bir yeri, bir şeyi və s.). Dəlik açmaq. Qapı açmaq. Yerin altından yol açmaq. Tunel açmaq. Lağım açmaq. Divardan pəncərə açmaq. 17. Genişlətmək, vüsətləndirmək; uzatmaq, böyütmək, genəltmək. Otağın arasını açmaq. Paltarın ətəyini açmaq. Paltonun dalını bir qədər açmaq lazımdır. 18. Cilalandırmaq, pardaqlamaq, sürtüb ağartmaq, parıldatmaq, işıldatmaq, təmizləmək. Bıçaqları qumla sürtüb açmaq. Pəncərələrin şüşəsini silib açmaq. 19. Həll etmək, yoluna salmaq, tədbir görmək. Vidadi! Darıxma, bizdə məsəl var; Bir yandan bağlayan, bir yandan açar. S.Vurğun. [Molla Qafar:] Bilirsən, həmşirə, – dedi, – bu bədəməl şəriətə sığmır, heç bilmirəm ki, bu müşkülatı nə gunə açım? S.Rəhimov. 20. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürək açmaq, könül açmaq, ağız açmaq, göz açmaq, fal açmaq. ◊ Açıb ağartmaq – bax ağartmaq 5-ci mənada. Ülfət oğlunun bir qız ilə gəzdiyini bilirdisə də, açıb ağartmırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / açmaq

açmaq sözünün etimologiyası

  • 1 Sinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi dü­yünü açdı” mənasında işlədilib. Yazılmaq sözü ruscaya “быть развязанным” kimi tərcümə edilib. Məncə, açmaq feili həmin yazmaq kəlməsinin dəyişmiş formasıdır. Elə yaz (bahar) sözü də təbiətin oyanması, çiçəklərin açılması ilə bağlıdır. Yaz (bahar), yaşıl sözləri ilə qohumdur, ikinci sözdəki (yaşıl) -ıl şəkilçisi məhz feilə ar­tırılıb, sonra söz substantivləşib. “Nəmli” mənasında yaşıq kəlməsi də mənbə­lərdə öz əksini tapıb. Yaz və yaşıl eyni kökə malik sözlərdir.   Güllə açıldı, atəş açıldı kimi cümlələrdə aç sözünün əsli atmaq feili ilə bağ­lıdır. İndi həm aç, həm də at paralel işlədilir: güllə at, atəş aç və s. Beşatılan və beşaçılan sözləri paralel işlədilir. Tarixi baxımdan atmaq feili açmaq felindən qə­dimdir və ikinci söz birincinin dəyişmiş formasıdır.  

    Azərbaycan dilinin etimologiya lüğəti / açmaq

açmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

açmaq sözünün antonimləri (əks mənalı sözlər)

açmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. открывать, отворять; 2. раскрывать, раскрыть, обнаруживать, обнаружить; 3. развязывать, развязать, распутать; 4. расстегивать, расстегнуть; 5. отпрягать, отпрячь; 6. отцеплять, отцепить; 7. рскутывать, раскутать, развернуть, развертывать, распаковывать, распаковать; 8. раскручивать, раскрутить, разматывать, размотать; 9. рассучивать, рассучить; 10. раскупоривать, раскупорить; 11. разжимать, разжать, разинуть; 12. катать, раскатать (тесто); 13. нравиться, устраивать, удовлетворять (кого); 14. начинать (разговор, беседу); 15. распускаться, распустить, расцветать, расцвести;

    Azərbaycanca-rusca lüğət / açmaq
  • 2 1 глаг. kimi 1. устраивать, удовлетворять кого. Belə iqlim məni açır такой климат по мне (по моему вкусу, меня устраивает) 2. нравиться, быть приятным кому-л. Bu məsələ məni açır это дело мне нравится (по мне); məkələnin axırı məni açmır конец статьи мне не нравится 3. kimə идти, быть к лицу кому. Bu paltar səni açır это платье тебе идёт (тебе к лицу) 4. kimi радовать, обрадовать кого, быть по душе кому. Bu xəbər məni açdı эта весть обрадовала меня 2 глаг. 1. открывать, открыть: 1) распахивать. Qovluğu açmaq открыть папку 2) размыкать (что-л. сомкнутое). Ağzını açmaq открыть рот 3) положить начало существованию чего-л. Uşaq bağçası açmaq открыть детский сад 4) устанавливать существование, наличие чего-л. (путём изучения, поисков и т.д.). Yeni neft yataqları açmaq (aşkar etmək) открыть новые залежи нефти 5) делать, сделать досягаемым. Yeni üfüqlər açmaq открыть новые горизонты 6) начинать, начать что-л. Navigasiyanı açmaq открыть навигацию, sezonu açmaq открыть сезон 2. раскрывать, раскрыть: 1) разворачивать, развернуть. Çətiri açmaq раскрыть зонт 2) освобождать, освободить от упаковки. Banderolu açmaq раскрыть бандероль 3) обнаруживать, делать известным, объяснять что-л. тайное, неизвестное. Məsələnin mahiyyətini açmaq раскрыть существо дела, sirri açmaq раскрыть тайну (секрет) 3. отпирать, отпереть. Qıfılı açmaq открыть замок 4. отцеплять, отцепить. Sancağı açmaq отцепить булавку 5. распрягать, распрячь (освободить от упряжки); отпрягать, отпрячь. Atları (qoşqudan) açmaq распрягать лошадей 6. отвязывать, отвязать: 1) освобождать от привязи (о животных). Buzovu açmaq отвязать телёнка, qayığı açmaq отвязать лодку 2) развязывая, отделять (верёвку, шнур и т.п.) 7. развязывать, развязать: 1) разъединять концы чего-л. связанного. Qalstuku açmaq развязать галстук 2) освобождать от упаковки. Tayı açmaq развязать тюк 8. разматывать, размотать (распутывать, снимать намотанное). Dolağı açmaq размотать обмотку, yumağı (kələfi) açmaq размотать клубок 9. расплетать, расплести (что-л. свитое, сплетённое). Hörükləri açmaq расплести косу 10. распутывать, распутать (разматывать, размотать что-л. спутанное). Düyünü açmaq распутать узел 11. раскутывать, раскутать, освобождать от чего-л. закутывающего). Uşağı (bələkdən) açmaq раскутать ребёнка 12. отвёртывать, отворачивать, отвернуть: 1) вращая по винтовой резьбе, отвинчивать. Gaykanı açmaq отвернуть гайку 2) разворачивая, открывать. Qapı sürgüsünü açmaq отвернуть щеколду 13. отвинчивать, отвинтить; откручивать, открутить. Vintləri açmaq отвинчивать винтики 14. раскручивать, раскрутить. Kəndiri açmaq раскрутить верёвку, sapı açmaq раскрутить нитку 15. разжимать, разжать. Barmaqlarını açmaq разжать пальцы 16. пробивать, пробить; прорубать, прорубить (делать проход при помощи каких-л. инструментов). Deşik açmaq пробить отверстие, yol açmaq пробить дорогу, tunel açmaq прорубить туннель 17. вскрывать, вскрыть. Məktubu açmaq вскрыть письмо 18. откупоривать, откупорить. Butulkanı açmaq откупоривать бутылку, konserv bankasını açmaq откупорить консервную банку 19. расстёгивать, расстегнуть; отстёгивать, отстегнуть. Paltonun yaxasını açmaq расстегнуть ворот пальто, köynəyin düymələrini açmaq расстегнуть пуговицы рубашки 20. разворачивать, развернуть: 1) раскатывая что-л., расправлять что-л. свёрнутое, скатанное. Xəritəni açmaq развернуть карту 2) освобождать от обёртки. Konfetin kağızını açmaq развернуть конфету, bağlamanı açmaq развернуть свёрток 21. обнажать, обнажить: 1) оставлять нагим, освобождать от покрова. Başını açmaq обнажить голову 2) перен. оставлять незащищённым. Sol cinahı açmaq обнажить левый фланг 22. раздвигать, раздвинуть. Stolu açmaq раздвинуть стол 23. пускать, пустить. Arxdan su açmaq пустить воду из арыка, bağa su açmaq пустить воду в сад 24. распускаться, распуститься (о почках, цветках). Ağaclar yarpaq açdı на деревьях распустились листья, qızılgül açdı роза распустилась ◊ dil açmaq 1) начать говорить 2) распустить язык; əl açmaq просить подаяния; ayaq açmaq 1) начать ходить 2) hara повадиться ходить куда; könlünü açmaq kimin развеселить кого; süfrə açmaq 1) расстелить скатерть 2) накрыть стол; yeni səhifə açmaq nədə открыть новую страницу в чём, stol açmaq устроить угощение; yol açmaq открыть дорогу; gözünü açmaq kimin открыть глаза кому (на что); açıb ağartmaq предавать, предать огласке; açıb göstərmək раскрывать, раскрыть, показывать, показать что-л.; açıb tökmək высказать всё, что накопилось на душе; Amerika açmaq открывать Америку (объявить о том, что всем давно известно)

    Azərbaycanca-rusca lüğət / açmaq

açmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. to open; məktəb açmaq to open a school; qapını açmaq to open the door; çətirini açmaq to open one’s umbrella; gözünü açmaq to open one’s eyes; mötərizə açmaq to open brackets; yeni dövr / səhifə açmaq to open a new era / page; iclas açmaq to open a sitting / meeting; to declare a meeting / sitting open; mübahisə açmaq to open a debate; atəş açmaq to open a fire; hesab açmaq 1) müh. to open an account; 2) id. to open the score; bir kəsin gözünü açmaq məc. to open smb.’s eyes; bir kəsə ürəyini açmaq to open one’s heart to smb.; 2. (kranı) to turn on; kranı açmaq to turn on the tap; 3. (yol) to clear (d.); yol açmaq to clear the way; 4. to bare (d.), to uncover (d.); sinəsini / döşünü açmaq to bare one’s chest / breast, to lay* one’s chest / breast bare; ürəyini açmaq 1) to cheer up, to make* glad, to cause joy (to); 2) to reveal one’s secret (to), to bare one’s heart / soul, to lay* bare one’s heart; Siz ürəyinizi mənə açmalısınız, axı mən sizin bacınızam You ought to lay bare your heart to me. I’m your sister, you know; 5. to inaugurate (d.), to unveil (d.); abidəni açmaq to inaugurate / to unveil the monument; 6. (sirri) to let* out (d.), to reveal (d.), to lay* bare (d.); to discover (d.); qəsdin üstünü açmaq to reveal / to discover a plot; 7. (bağdan) to untie O, atı bağdan açdı He / She untied the horse; kəndiri açmaq to unbind the rope; bir kəsin əllərini açmaq to untie smb.’s hands; məc. to leave* smb. free to act; 8. (paltarı) to unfasten (d.); paltonun qabağını açmaq to unfasten the coat; 9. (düyməni) to unbutton (d.); Onun paltosunun düyməsini aç(ın) Unbutton his / her coat; 10. (qarmağı) to unhook (d.); 11. (kəməri) to unbuckle (d.); kəməri açmaq to unbuckle the belt; 12. (bağlamanı) to unpack (d.); 13. (düyünü, yumağı) to untwist (d.); düyünü açmaq to untwist a knot; 14. (xəmiri) to roll out (d.); xəmiri açmaq to roll out the dough / paste; 15. (süfrə) to lay* (d.); süfrə açmaq to lay the table; f. əl açmaq to ask for alms, to go* begging; dil açmaq to begin* / to start to speak; məc. to loosen tongue; f. ayaq açmaq 1) to begin* / to start to walk; 2) to begin* / to start to visit; f. könül açmaq 1) to cheer up, to make* glad, to brighten up; 2) to declare one’s love; açıb-ağartmaq to make* known (d.), to give publicity (d.); açıb göstərmək to disclose (d.), to lay* bare (d.); açıb tökmək məc. to tell* everything that one knows; qazanın ağzını açmaq to take* the lid off a saucepan; Amerika açmaq ≅ to retail stale news II. f. 1. to like, to satisfy; to be* convenient; Belə hava məni açır I like such weath er, Such weather satisfies me; 2. (sevindirmək) to make* glad, to cause joy (to); Bu xəbər məni açdı This news made me glad

    Azərbaycanca-ingiliscə lüğət / açmaq

açmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) ouvrir vt ; décacheter vt, déboucher vt (nəyinsə ağzını ~) ; déboucler vt (toqqasını ~) ; découvrir vt (kəşf etmək, üstünü ~) ; déballer vt, desemballer vt, dépaqueter vt (qablaşdırılmış şeyi ~) ; dépingler vt (sancağı ~) ; déployer vt, déplier vt (qatlanmış şeyi ~) ; dérouler vt, dénouer vt (sapı, yumağı ~) ; démêler vt, dévider vt (boşaltmaq) ; ikinci cəbhəni ~ ouvrir le deuxième front ; özünə yol ~ frayer (se) un chemin, un passage ; üstünü ~ dévoiler vt ; bir az ~ entr’ouvrir vt ; entre-bâiller vt ; vinti ~ dévisser vt ; kölnünü ~ divertir vt ; dərdini ~ confier ses peines ; sirri ~ initier qn à un secret ; 2) satisfaire vt (arranger) qn ; plaire vi ; être agréable à qn ; causer de la joie à qn ◊ iş ~ donner du fil à retordre à qn ; bu məni açır cela fait mon affaire ; c’est bien ce qu’il me fait ; cela m’arrange tout à fait ; bu paltar səni açır cet habit te va bien ; bu xəbər məni açdı cette nouvelle m’a causé de la joie

    Azərbaycanca-fransızca lüğət / açmaq

açmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ахъаюн; düyünü açmaq тӀвал ахъаюн (алудун); yarpaq açmaq пеш ахъаюн, къацу хьун; 2. пер. шад авун, рикӀ аладарун, шадарун; könül açmaq рикӀ аладарун; 3. акъудун, эгъуьнун; dəlik açmaq тӀеквен акъудун; ** dərdini açmaq дерт ахъаюн, дерт лугьун.

    Azərbaycanca-ləzgicə lüğəti / açmaq

açmaq sözünün türk dilinə tərcüməsi

"açmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#açmaq nədir? #açmaq sözünün mənası #açmaq nə deməkdir? #açmaq sözünün izahı #açmaq sözünün yazılışı #açmaq necə yazılır? #açmaq sözünün düzgün yazılışı #açmaq leksik mənası #açmaq sözünün sinonimi #açmaq sözünün yaxın mənalı sözlər #açmaq sözünün əks mənası #açmaq sözünün etimologiyası #açmaq sözünün orfoqrafiyası #açmaq rusca #açmaq inglisça #açmaq fransızca #açmaq sözünün istifadəsi #sözlük