* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn… Palıd, səni kim yıxdı? M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / ağacdələn1 Ağac və dəlmək sözlərindən əmələ gəlib. Bu quş ağac koğuşlarını dimdikləyir (dəlir) və oradakı cücülərlə qidalanır. Bəzi türk dillərində (və bizim bəzi dialektlərimizdə) ağacqaxan formasında işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağacdələn1 AĞACDƏLƏN (zool., quş) Hardasa taqqataqla; Ağacdələn ağac dəlir (M.Rzaquluzadə); DƏLƏYƏN Uşaqlıqda ağaclara dırmaşıb dələyən balaları çıxardığı irigövdəli palıd ağaclarının dövrəsində dolanacaqdır (S.Rəhimov); AĞACDEŞƏN (dial.).
Azərbaycan dilinin sinonimlər lüğəti / ağacdələn