Ağakərim sözü azərbaycan dilində

Ağakərim

Yazılış

  • Ağakərim • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağakərim
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Ağakərim İsrafilbəyli
Ağakərim İsrafilbəyli (azərb. Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli‎; d. 4 dekabr 1948, Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi) — xanəndə. Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Muğamın sirlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənmişdir. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Həmçinin, münacatla başlanıb qəzəllərlə tamamlanan divanı var. Bir sıra müsabiqələrin qalibidir. Bir çox Avropa ölkələrində Azərbaycan muğamını təqdim etmişdir. == Həyatı == Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur.
Ağakərim Şərifov
Ağakərim Şərifov (1 noyabr 1949, Lənkəran) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 05.11.2000–02.12.2005-ci illər ərzində Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub. Hal-hazırda "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi" MMC director müavini vəzifəsində işləyir (12 fevral 2007-ci ildən). Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı və fəaliyyəti == Ağakərim Şərifov Şirəli oğlu 1 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1966-cı ildə Lənkəran 3 saylı orta məktəbi bitirib. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib, Avtomatik elektrik rabitə mühəndisi peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 tikinti idarəsindən başlayıb (1968–1969). 1971–1973-cü illər ərzində Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləyib. 1973–1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
Diktator Ağakərim
Diktator Ağakərim (1924, Bakı – 1976) — qanuni oğru. == Həyatı == Kərimov Ağakərim İbrahim oğlu 1924-cü ildə Bakıda anadan olub. Kriminal aləmdə Boq Urala, Myasnik Kərim, Maqiran, Zver Kərim, Diktator Ağakərim, Diktator Bakinski ayamalarıyla tanınan məşhur kriminal avtoritet olub. İlk məhkumluğun erməni zabitin öldürdüyünə görə həbsxanaya düşüb, ömrünün əksər hissəsin həbsxanada keçirib. Məhkəmənin çıxardığı hökümlə 1976-cı ildə güllələnib. == Fəaliyyəti == "Qanuni Oğru" adını almaq kriminal aləmdə sadə məsələ hesab edilmir. Bu qanunun ilk yeddi maddədən ibarət olan normativ sənədi Bakılı kriminal aftoritet Diktator Ağakərim tərəfindən hazırlanıb, sonradan bu qanun keçmiş sovet ittifaqında yayılıb.
Ağakərim (ad)
Ağakərim — kişi adı.
Ağakərim Şərifov (teatrşünas)
Ağakərim Şərifov (1899 – 1942) — teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru. == Həyatı == Ağakərim Şərifov Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin (1934) yaradıcısı və ilk direktoru olub. O, 1923-cü ildən Teatr Texnikumunda dərs deyib. 1926-cı ildə texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açıb. Sərgi Tağıyev teatrının foyesində açılıb və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunub. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edib. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılıb. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayıb. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilib. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərib.
Elvin Ağakərimov
Yamin Ağakərimzadə
Yamin Vüqar oğlu Ağakərimzadə (25 iyul 1992-ci ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. Yamin Ağakərimzadə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2012-ci ildən bu klubda çıxış edir. Debüt mövsümündə Yamin Bakı təmsilçisinin əvəzedicilər dəstəsində çıxış etmişdir. 2013-cü ildən isə klubun əsas yığmasında mübarizə aparır. Yamin Rəvan klubu ilə debütünü 15 dekabr 2013-cü ildə Topaz Premyer Liqasının XVII turu çərçivəsində Xəzər-Lənkəran klubuna qarşı oyunda etmişdir. Mövsümlər Azərbaycan çempionatı statistikası aşağıdakı kimidir: Yamin Rəvan klubu ilə Azərbaycan Kubokunda bir oyuna çıxmışdır. Yamin Premyer Liqada debütünü Rəvan klubu ilə 20 aprel 2014-cü ildə Yevlax klubuna qarşı oyunda etmiş və 85-ci dəqiqədə qolla yadda qalmışdır.

Oxşar sözlər

#ağakərim nədir? #ağakərim sözünün mənası #ağakərim nə deməkdir? #ağakərim sözünün izahı #ağakərim sözünün yazılışı #ağakərim necə yazılır? #ağakərim sözünün düzgün yazılışı #ağakərim leksik mənası #ağakərim sözünün sinonimi #ağakərim sözünün yaxın mənalı sözlər #ağakərim sözünün əks mənası #ağakərim sözünün etimologiyası #ağakərim sözünün orfoqrafiyası #ağakərim rusca #ağakərim inglisça #ağakərim fransızca #ağakərim sözünün istifadəsi #sözlük