Ağamusa sözü azərbaycan dilində

Ağamusa

Yazılış

  • Ağamusa • 98.0716%
  • AĞAMUSA • 1.1019%
  • ağamusa • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağamusa Axundov
Axundov Ağamusa Ağası oğlu (2 fevral 1932, Kürdəmir – 5 sentyabr 2015, Bakı) — Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990). == Həyatı == Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950–1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959–1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958–1959), baş müəllimi (1959–1961), dosenti (1961–1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967–1974 və 1980–1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981–1999). AMEA-nin Dilcilik institunun direkroru (1990–2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur. Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir. Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965–1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-də olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Ağamusa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1849, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 4 mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.

ağamusa sözünün leksik mənası və izahı

Oxşar sözlər

#ağamusa nədir? #ağamusa sözünün mənası #ağamusa nə deməkdir? #ağamusa sözünün izahı #ağamusa sözünün yazılışı #ağamusa necə yazılır? #ağamusa sözünün düzgün yazılışı #ağamusa leksik mənası #ağamusa sözünün sinonimi #ağamusa sözünün yaxın mənalı sözlər #ağamusa sözünün əks mənası #ağamusa sözünün etimologiyası #ağamusa sözünün orfoqrafiyası #ağamusa rusca #ağamusa inglisça #ağamusa fransızca #ağamusa sözünün istifadəsi #sözlük